Bakıda idmançı QƏTLƏ YETİRİLDİ

Bakıda idmançı QƏTLƏ YETİRİLDİBakıda idmançını qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Yusif İsmayılov 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şosesi, 15 ünvanında xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Yusif İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərlik edən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətlə yetirilən Etibar Fətəliyev fitnes üzrə peşəkar idmançı olub. Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif İsmayılov isə Etibarın xalası oğludur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1148   Tarix: 10 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Makron ABŞ-ni etibarsız müttəfiq hesab edir

Fransanın dövlət başçısı Emmanuel Makron Vaşinqtonu tam güvənilən tərəfdaş kimi qəbul etmədiyini açıqlayıb. -ın məlumatına görə, o bu fikirləri Yunanıstanın paytaxtı Afinada "Kathimerini" nəşrinin təşkilatçılığı ilə baş tutan debatda səsləndirib. "Hər kəsə aydındır ki, dünyanın bir nömrəl

18:30 0
.

Qayınanası onu oğluna qısqandığı üçün öldürübmüş - Video

Xəbər verdiyimiz kimi, keçmiş "gözəllik kraliçası" Karolina Flores Qomes Mexiko şəhərindəki mənzilində öldürülüb. "Qafqazinfo" xəbər verir ki, Karolinanın qətlə yetirildiyi anın görüntüsü yayılıb. Yayılan kadrlarda Karolinanın qayınanası Erika Mariya ilə mübahisə etdiyi əks olunub

10:48 350
.

Günay görünüşü ilə təəccübləndirdi

Müğənni Günay İbrahimli uzun müddət sonra yeni görüntüsünü izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, ifaçı açıq rəngli geyimdə obyektiv qarşısına keçib. Günayın fərqli görünüşü diqqət çəkib. Sənətçi xeyli çəki atıb və günəş vannası qəbul edib

12:15 283
.

DİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilər

Aprelin sonundan may ayının ortalarına qədər "Eta Aquarid" meteor yağışı müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən məlumata görə, meteor yağışının maksimum aktivliyi 5-6 may tarixlərinə təsadüf edəcək. Meteorlar təxminən 6

24.04.2026 373
.

1977-ci ildə görünən "qar adamı" ilə bağlı sübutlar FTB-yə təqdim edildi

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəqəmsal arxivlərində "qar adamı" (Bigfoot/Yeti) ilə bağlı illərlə davam edən araşdırmaya dair 22 səhifəlik sənədlər aşkarlanıb və ictimaiyyətə açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" məlumat yayıb. Sənədləri

24.04.2026 457
.

Azmərtəbəli binalarla bağlı YENİ QAYDA

Nazirlər Kabineti "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ı təsdiq edib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. Qərara əsasən, çoxmənzilli yaşayış binaları layihələndirilərkə

19:10 0
.

Tehran aeroportu fəaliyyətini bərpa etdi

İranın paytaxtı Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanı öz işini yenidən bərpa edib. xəbər verir ki, bu barədə IRIB məlumat yayıb:. "Aprelin 25-də sübh çağı Tehran üzərində beynəlxalq aviareyslərin icrasına yenidən başlanılıb". Müharibə ilə bağlı dayandırılmış fəaliyyət bərpa olunduqda

17:30 108
.

Naxçıvanda "Mercedes" yük maşınına çırpıldı: Xəsarət alanlar var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Naxçıvan-Sədərək yolunun Duzdağ ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "Changan" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 1996-c

17:20 114
.

"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır"

"Meyxanaçıların çoxunun pis vərdişlərə qurşanmasının səbəbi diqqətdən kənar qalmaqdıq. İnsan yorulur, aləm dəyir bir-birinə. Bəziləri bu zəifçiliyə tabe olur". Axşaç.az xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "Zarafat bir yana" proqramında deyib. O, meyxana ifaçılarını

11:46 257
.

TOP MP3