Kanadalı modelyer təcavüzə görə 11 il həbs cəzasına məhkum edildi
Toronto məhkəməsi 83 yaşlı kanadalı modelyer Peter Nayqardı 11 il müddətinə azadlıqdan məhrum edib. O, 16-20 yaşlı qadınların zorlanması ilə bağlı dörd ittiham üzrə təqsirli bilinib. Artıq həbsdə olduğu vaxtı nəzərə alsaq, o, 7 ildən az müddətə həbsdə qalacaq. Prokurorlar onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.
Qaynarinfo CBC-yə istinadən xəbər verir ki, məhkəmədə Piter Nayqardın 1980-ci illərin sonu və 2005-ci illər arasında təcavüz edib döydüyünü iddia etdiyi dörd qadının ifadəsi araşdırılıb.
Həmin vaxt onlardan üçünün təxminən 20, dördüncünün isə 16 yaşı olub. Məhkəmə qərara belə qənaətə gəlib ki, modelyer var-dövlətindən və gücündən istifadə edərək qadınları yaradığı Nayqard şirkətinin baş ofisinə ekskursiyalara cəlb edib. O, epizodların biri üzrə zorlamada təqsirli bilinməyib.
"The New York Times" qeyd edir ki, Peter Nayqardın vəkili məhkəmədə modelyerin keçmiş biznes tərəfdaşları, vəkilləri, dostları və ona zəmanət verən pastorlardan 17 tövsiyə məktubu təqdim edib. Peter Nayqard əvvəlki ifadəsində onu zorakılıqda ittiham edən qadınları çox az xatırladığını və danışdıqları hadisələrin versiyalarının onun xarakterinə uyğun olmadığını söyləyib.
Hökmün elan edilməsi dəfələrlə təxirə salınıb. Səbəblərdən biri Nayqardın komandasından bir neçə vəkilin etik səbəblərə görə onun maraqlarını təmsil etməkdən imtina etməsi olub. Bir neçə aydan sonra Monreal və Vinnipeqdə cinsi cinayətlər ittihamı üzrə məhkəmələr başlayacaq. Sonra modelyer ABŞ-a ekstradisiya edilməlidir - Nyu-York məhkəməsi onu cinsi istismar məqsədilə insan alverində ittiham edib.
Qeyd edək ki, Peter Nayqard 1967-ci ildə qadın geyimləri ilə məşğul olan "Nygard International" şirkətini qurub. 2020-ci ildə o, Vinnipeqdə saxlanılıb, bundan sonra şirkət rəhbəri vəzifəsini tərk edib. Daha sonra "Nygard International" şirkəti iflasa uğrayıb. Həmin il modelyerə qarşı 84 qadın zorlama iddiası ilə (bəziləri 14-15 yaşlarında) iddia qaldırıb. Bundan az əvvəl onun iki oğlu məhkəməyə müraciət edib. Onlar atalarını yeniyetməlik illərində seks işçiləri ilə cinsi əlaqəyə sövq etməkdə ittiham ediblər. Modelyer bütün ittihamları rədd edib.
Nizami Bağırov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 746 Tarix: 10 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999