Bakıda qadına tüfənglə atəş açıldı - DETALLAR
Paytaxt sakini Cəmilə Məmmədovanın keçmiş həyat yoldaşı tərəfindən açılan atəş nəticəsində ağır xəsarət alması ilə bağlı cinayət işinin məhkəmə istintaqı başa çatıb.
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən Rəşad Əsədzadəyə hökm oxunub.
O, 15 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Rəşad Əsədzadənin törətdiyi cinayətin ağır olmasını və ictimai təhlükəliliyini nəzərə alaraq ona daha ağır cəza, 17 il azadlıqdan məhrum edilməsini məhkəmə heyətinə təklif edib.
Xatırladaq ki, hadisə 2024-cü ilin yanvarında Rəşad Əsədzadə ilə keçmiş həyat yoldaşı Cəmilə Məmmədova arasında mütəmadi davam edən gərgin münasibətlər zəminində baş verib. O, Cəmilə Məmmədovanın Səbail rayonu ərazisində yaşadığı ünvana gələrək öncədən hazırladığı qundağı və lüləsi kəsilmiş "İJ" markalı ov silahı ilə ona atəş açıb. Ağır xəsarət alan Cəmilə Məmmədova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olub.
Hadisədən çox keçməmiş hüquq mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Rəşad Əsədzadə saxlanılaraq istintaqa cəlb olunub. Onun cinayət zamanı istifadə etdiyi silah da maddi sübut kimi müsadirə edilib. Rəşad Əsədzadə barədə cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 946 Tarix: 06 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəzarətsiz ərazidə 22 yaşlı gənc batdı - Axtarılır
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-i
15.07.2026 341 ABŞ-İran müharibəsi yenidən alovlandı: Neft qiymətləri kəskin bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ və İran arasında yenidən artan hərbi gərginlik dünya enerji bazarını diqqət mərkəzinə gətirib. Hörmüz boğazında yaranan vəziyyət isə qlobal neft tədarükü ilə bağlı narahatlıqları daha da artırıb. Dünyada daşınan neftin əhəmiyyətli hissəsinin məhz bu strateji marşrutdan keçməsi səbəbindən bazarlard
11:08 198 Ləman Mərrih və Emil Abdullayevin övladı oldu
Aktrisa Ləman Mərrih ana olub. Axşam.az xəbər verir ki, rejissor Emil Abdullayevlə ailəli olan aktrisanın oğlu dünyaya gəlib. Qeyd edək ki, Emil "My name is İntiqam", "25 ilin akkordları", "Axırıncı yol", "Stalinin başı" filmlərinin rejissorudur. Ləman Mərrih is
10:24 320 İordaniya İranın 8 raketini vurub, dövlət mediası xəbər verir
Dövlət mediasının verdiyi məlumata görə, İordaniya ordusu cümə axşamı səhər yerli vaxtla səhər saatlarında ölkəyə doğru gedən səkkiz İran raketini hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirib və vurub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, İordaniya Silahlı Qüvvələrinin Petra dövlət xəbə
12:24 157 Nazirin keçmiş müavininə yeni vəzifə verildi
Bu gün Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, toplantıda qəbul olunan qərara əsasən, Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib. Qey
14:51 164 İsveçdən Ukraynanın bərpasına 127 milyon avroluq dəstək
İsveç hökuməti Ukraynanın bərpası və yenidən qurulmasına dəstək məqsədilə Dünya Bankının yeni maliyyə mexanizmi çərçivəsində 1,4 milyard İsveç kronu (təxminən 127 milyon avro) ayırıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, qərar hökumətin bugünkü iclasında təsdiqlənib. Ayrılan vəsait Düny
15:22 167 Sabah 35 dərəcə isti olacaq
İyulun 17-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiq
12:42 156 ABŞ rəsmiləri Kubaya mümkün hərbi ssenariləri müzakirə edir - CBS
ABŞ və İran arasında davam edən gərginlik fonunda Pentaqonun diqqətinin Kubaya yönəldiyi iddia olunur. CBS News-un məlumatına görə, adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bildiriblər ki, hərbi planlaşdırma ilə məşğul olan qurumlar son həftələrdə Kubaya qarşı müxtəlif əməliyyat ssenarilərin
16:01 155 Bakıda açıq ərazidə yanğın başlayıb
Bakıda açıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
17:39 121