Avrora şirkəti "İstisu" təbii mineral sularının rəsmi distribütoru oldu
"Avrora" MMC və "İstisu" mineral su zavodu arasında partnyorluq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən "Avrora" MMC "İstisu" brendi adı altında istehsal olunan təbii mineral suların Azərbaycan üzrə ticarət nöqtələrinə satışını həyata keçirəcək. "İstisu" təbii mineral sularının istehlakçılara əlçatanlığını təmin etmək üçün Avrora şirkəti 12000-dən çox ticarət nöqtəsinə məhsulların dağıtımını edəcək.
Məlumat üçün bildirək ki, mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan "İstisu" təbii mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Aparılmış tədqiqatlara görə, suyun tərkibinin hidrokarbonat, sulfat və natriumla zəngin olması səbəbindən "İstisu" suyu "hidrokarbonatlı, sulfatlı və natriumlu təbii mineral su" kimi təsnif edilir.
Kəlbəcərin İstisu qəsəbəsində SSRİ dövründə də zavod fəaliyyət göstərmişdir. Lakin erməni işğalı zamanı bir çox iqtisadi mərkəzlərimiz kimi "İstisu" sanatoriyaları və zavodu dağıdılıb istifadəsiz qalmışdı. Qarabağda tarixi zəfərimizdən sonra "İstisu" təbii mineral su zavodunun təməli 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub və zavodda quruculuq işləri 2024-cü ildə tam başa çatdırılıb. 2024-cü ilin sentyabrın 2-sində isə zavodun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə rəsmi açılışı olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 907 Tarix: 06 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇin İranı, yoxsa öz gələcəyini müdafiə edir? - Hörmüzün arxasındakı əsas səbəb
ABŞ-ın Şimali Karolina ştatının Eşvil şəhərində sentyabrın 1-2-də G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı keçirilib. Görüşün diqqət çəkən məqamlarından biri Çinin Hörmüz boğazından "azad, təhlükəsiz və proqnozlaşdırılan" keçidi tələb edən mətnə qoşulmaması olub. Digə
04.09.2026 184 Qatlanan "iPhone" bu tarixdə çıxır: görüntüləri sızdırıldı
"Apple"ın ilk qatlana bilən "iPhone" modelinin təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir. Lakin cihazın ehtimal olunan prototipi rəsmi təqdimatdan bir həftə əvvəl videoda nümayiş etdirilib. xəbər verir ki, məşhur amerikalı texnobloqer Lyuis Hilsenteqer "Apple"ı
04.09.2026 182 "Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil"
Yaxın Şərqdə dərinləşən böhran və Hörmüz boğazı ətrafında gərginləşən hərbi-siyasi vəziyyət qlobal təhlükəsizlik sistemini yeni sınaq qarşısında qoyub. Regionda hərbi balansı dəyişən bu qarşıdurma, eyni zamanda Cənubi Qafqazın və Azərbaycanın təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edir. Mövcu
04.09.2026 176 Bu ərzağı istifadə edənlər diqqətli olsun
Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay
04.09.2026 186 Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı
"Akeso" və "Summit Therapeutics" biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb. xəbər verir ki, klinik sınaqların üçüncü mərhələsində preparat təxminə
04.09.2026 178 İsrail siyasətində yeni mərhələ: Netanyahu seçki öncəsi mövqelərini qoruyacaq?
The Times of İsrael nəşrində dərc olunan son analitik materialda ölkənin siyasi sistemində ciddi dəyişikliklərin baş verdiyi vurğulanır. Nəşrin yazdığına görə, son sorğular Benyamin Netanyahu tərəfdarları ilə ona qarşı olan siyasi blok arasında balansın əvvəlki dövrlərlə müqayisədə dəyişdiyini göstərir
04.09.2026 217 Paşinyanın ermənicə mesajı: dil dəyişdi, bəs Ermənistanın kursu hara dəyişir? - KÖŞƏ YAZISI
Bəzən beynəlxalq siyasətdə bir dövlət başçısının seçdiyi dil onun söylədiyi cümlələrdən daha çox şey deyir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında keçirilən sammitdə Nikol Paşinyanın rus dilində deyil, erməni dilində çıxış etməsi də belə jestlərdəndir. Əlbəttə, Ermənista
04.09.2026 232 Nepal və Tibetdə dəhşətli daşqın: ölənlərin sayı 1 280-ə çatıb
Himalaylarda baş verən güclü daşqınlar Nepal və Tibetdə ağır humanitar böhrana səbəb olub. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, fəlakət nəticəsində azı 1 280 nəfər ölüb, 5 600-dən çox insan isə itkin düşüb. Daşqınlar avqustun 26-dan etibarən bölgədə ciddi dağıntılara səbəb olub. Nepalın şimalınd
04.09.2026 219 Rusiyanın Avropaya qarşı hibrid müharibəsi: Təhlükə böyüyür - POLİTOLOQDAN AÇIQLAMA
Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığı ilə bağlı narahatlıqlar getdikcə artır. Sabotaj, kiberhücumlar, casusluq, kritik infrastruktura müdaxilə, pilotsuz uçuş aparatlarından istifadə və dezinformasiya kampaniyaları Avropa ölkələrinin təhlükəsizlik gündəmində əsas məsələlərdən birinə çevrilib
04.09.2026 273