Media xidmətləri göstərən onlayn platforma fəaliyyətə başlayıb - Azərbaycanda İLK
Azərbaycanda ilk dəfə olaraq bir çox media xidmətini bir arada təqdim edən "MediaServis" adlı internet platforması fəaliyyətə başlayıb.
Bu barədə Moderator.az-a platformanın rəhbəri jurnalist Elgün Mənsimov məlumat verib.
Onun sözlərinə görə, ölkə mediası üçün yeni olan bu platformada media sahəsinə aid xidmətlər peşəkar səviyyədə təqdim ediləcək. Xidmətlərlə tanış olmaq üçün www.mediaservis.az saytına daxil olmaq lazımdır. Sayt üç dildə - Azərbaycan, rus və ingilis dillərində yayımlanır.
E.Mənsimov qeyd edib ki, sifariş əsasında "MediaServis" tərəfindən istənilən mövzu və janrda məqalələr, reportajlar hazırlanır və redaktə olunmuş formada sifarişçiyə təqdim olunur. "MediaServis" xəbər, məqalə, elan və reklamların sayt və qəzetlərdə dərcini də təşkil edir. Bundan başqa, istənilən mövzuda olan məqalələrin ingilis, rus və fransız dillərinə tərcüməsi (eləcə də əksinə) edilir: "Bütün bunlar media sektorunda çalışan təcrübəli jurnalist və tərcüməçilər tərəfindən həyata keçirilir. Eyni zamanda, sifariş əsasında müxtəlif sahələr üzrə obyektlərə, idarə və müəssisələrə mediaturlar təşkil edilir, həmçinin jurnalistlərin konfranslarda, müxtəlif tədbirlərdə iştirakı təmin olunur. Tədbir və mərasimlərin peşəkar foto və videoçəkilişləri də bizim xidmət sahələrinə daxildir".
Platformanın rəhbəri bildirib ki, "MediaServis" xüsusən də kütləvi informasiya vasitələri (KİV) üçün bir özəllik təqdim edir. Belə ki, istənilən media obyektinin məsul şəxsləri www.mediaservis.az-a daxil olaraq "Xəbər al" bölməsində təqdim olunan özəl xəbərləri və araşdırma yazıları əldə edə və onu öz məhsulları kimi media resurslarında dərc edə bilərlər. Məhsulu alan şəxsə müəlliflik hüququ da verilir. Müəlliflik hüququ verilməyən məqalələrdə isə "MediaServis"ə istinad mütləqdir.
Həmçinin, bu sayt üzərindən jurnalistlər, eləcə də ayrı-ayrı şəxslər (istənilən vətəndaş) maddi gəlir əldə edə bilərlər. Belə ki, onlar özəl xəbər və araşdırma yazılarını www.mediaservis.az vasitəsilə sata biləcəklər. Təqdim edilən yazılar plagiat olmadan, maraqlı, gündəmə uyğun, eləcə də peşəkar yazılmalıdır. Bu yazılar ekspert qrupu tərəfindən dəyərləndirildikdən sonra saytın ana manşetində - "XƏBƏR AL" bölməsində bağlı formada yerləşdirilir. Həmin xəbər və ya məqalə öncədən müəyyən edilmiş məbləğə satıldığı təqdirdə bu məbləğin 90 faizi müəllifə təqdim olunur. Bu zaman anonimliyə tam zəmanət verilir.
E.Mənsimov əlavə edib ki, "MediaServis"in göstərdiyi xidmətlərlər bunlarla da bitmir. Platforma KİV-də monitorinq, konfrans və tədbirlərin təşkili, media hüquq məsləhətxanası kimi əlavə xidmətlər də təqdim edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 615 Tarix: 06 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya-Ukrayna müharibəsində SON DURUM: Putin sülh mesajı verdi, Kiyev isə yeni hücumlara məruz qaldı
Rusiya-Ukrayna müharibəsində həm diplomatik, həm də hərbi istiqamətdə gərginlik davam edir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin başa çatdırılması üçün sülh razılaşmasına nail olmaq imkanının olduğunu bildirib. Putin ABŞ və Çin də daxil olmaql
04.09.2026 226 HƏMAS-ın əks-kəşfiyyat rəhbəri belə ələ keçirildi
İsrail qüvvələri Qəzzada keçirilən reydlər zamanı HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin (əks-kəşfiyyat) rəhbəri Muain Əl-Arabidi ələ keçiriblər. xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrail Katz məlumat verib. Məlumata görə, Arabid Qəzzanın Əl-Katib rayonunda ÇAXAL və ŞABAK-ın xüsusi təyinatl
04.09.2026 152 Qızıl almaq istəyənlərin nəzərinə
Sentyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, Azərbaycanda 1 unsiya qızılın qiyməti 7 544,6170 manat, 1 qram qızılın qiyməti isə 242,56 manat təşkil edib. 99 əyarlı təmiz qızılın 1 qramı 242,56 manat, 750 əyarlı İtalyan qızılının 1 qramı 182,11 manat, 585 əyarl
04.09.2026 178 Bakıda bu 2 yol təmirə bağlanır
Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb
04.09.2026 196 İsrail siyasətində yeni mərhələ: Netanyahu seçki öncəsi mövqelərini qoruyacaq?
The Times of İsrael nəşrində dərc olunan son analitik materialda ölkənin siyasi sistemində ciddi dəyişikliklərin baş verdiyi vurğulanır. Nəşrin yazdığına görə, son sorğular Benyamin Netanyahu tərəfdarları ilə ona qarşı olan siyasi blok arasında balansın əvvəlki dövrlərlə müqayisədə dəyişdiyini göstərir
04.09.2026 217 ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü
ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar
04.09.2026 138 Gedişhaqqı artırılır - Bakıda ictimai nəqliyyatda YENİ BAHALAŞMA - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyat sistemində illərdir həllini tapmayan avtobus qıtlığı, uzun intervallar, sıxlıq və bərbad xidmət səviyyəsi sərnişinlərin hər gün qarşılaşdığı əsas acı həqiqətdir. Paytaxt sakinləri dayanacaqlarda saatlarla gecikən avtobusları gözləməyə məcbur edildiyi bir şəraitdə, aidiyyəti qurumları
04.09.2026 1395 Dövlət torpaqlarının icarəyə verilməsində yeni mexanizm - güzəştlər kimlərə şamil olunur?
"2026-cı ildən dövlət torpaqlarının, xüsusilə iri ölçülü torpaq sahələrinin icarəyə verilməsi mexanizmində mühüm yeniliklər tətbiq edilir. Nazirlər Kabinetinin 8 may 2026-cı il tarixli 138 nömrəli qərarı ilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, eləcə də hüquqi və fiziki şəxslər tərəfində
04.09.2026 193 SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
Hizbullahın 100-ə yaxın döyüşçüsü, o cümlədən SEPAH-ın Qüds Qüvvələrindən olan iranlı məsləhətçilər iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki tunellərdə mühasirədə qalıb. xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti SEPAH-dakı mənbəyə istinadla məlumat yayıb. "Bi
04.09.2026 142