Arvadının intim görüntülərini yayacağını deyən əmisi oğlunu qətlə yetirdi - Cinayətin DETALLARI

Arvadının intim görüntülərini yayacağını deyən əmisi oğlunu qətlə yetirdi - Cinayətin DETALLARIBakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Şahbaz qısqanclıq zəminində yaranan mübahisə zamanı 1988-ci il təvəllüdlü əmisi oğlu Muxtarı (adlar şərti verilib - red.) öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Şahbaz arvadı Vəsilə ilə iş yoldaşı Sabir arasında sevgi münasibəti saxlaması, habelə onların intim görüntülərinin Muxtarda olması və Muxtarın Vəsilə barədə rüsvayedici məlumatlar yaymasını bildikdən sonra 2023-cü ilin fevral ayından etibarən onunla dəfələrlə bu məzmunda söhbətlər edib.

Şahbaz arvadının xəyanətini təsdiq edən görüntüləri təqdim etməsini, əks halda bu söz-söhbəti yekunlaşdırmasını xahiş etməsinə baxmayaraq, əmisi oğlu hər dəfə müxtəlif bəhanələr gətirib, görüntüləri təqdim etməkdən yayınıb. 2023-cü ilin fevral ayından həmin ilin aprel ayınadək olan müddət ərzində arvadını gizli formada izləyərək, ona xəyanət etmədiyinə əmin olduqdan sonra əmisi oğlunun böhtan atdığını anlayıb.

Şahbaz Muxtarın bu hərəkətlərini özünə qarşı təhqir kimi qəbul edib və hiddətlənərək, qisas məqsədilə onu öldürmək qərarına gəlib. 5 oktyabr 2023-cü ildə işlədiyi Mahaçqala şəhərindən Bakıya qayıdıb. Oktyabrın 12-də Muxtarın işlədiyi Bakıxanov qəsəbəsindəki marketə gedib. Muxtarı orada tapmayanda növbəti gün, yəni oktyabrın 13-də saat 12 radələrində yenidən həmin mağazaya gəlib.

Muxtarla söhbət etmək və birlikdə çay içmək bəhanəsi ilə onu mağazadan uzaqlaşdırıb. Mağazanın yaxınlığında yerləşən, insanların görə bilməyəcəyi dalana gətirib və bir daha arvadı barədə yaydığı böhtan xarakterli söz-söhbəti yekunlaşdırması ilə bağlı iradlarını bildirib.

Özündə olan bıçağı çıxararaq, Muxtarın bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 16 zərbə vurub. Muxtar aldığı xəsarətlərdən vəfat edib.

"Münasibətlərimiz həmişə yaxşı olub"

İstintaq orqanı tərəfindən Şahbazın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahbaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, arvadı Vəsilə ilə 2008-ci ildə ailə həyatı qurub, birgə nikahlarından 3 qız övladları doğulub: "Müxtəlif tikinti yerlərində sifariş üzrə usta işləmişəm. Təxminən 2021-ci ildən Rusiya Federasiyasının Mahaçqala şəhərinə gedərək, orada tikinti yerlərində usta işləmişəm. Lakin daimi olaraq orada yaşamamışam. İl ərzində bir neçə ay işlədikdən sonra Bakı şəhərinə qayıtmışam.

Arvadım Vəsilə Bakıxanov qəsəbəsində "Şərq şirniyyatı" adlı mağazada satıcı işləyib. Vəsilə ilə münasibəltərimiz həmişə yaxşı olub".

"Videosunu çəkdiyini dedi"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin fevral ayında Rusiyadan Bakı şəhərinə qayıdıb: "Dəqiq xatırlamadığım tarixdə atam Səid zəng edərək, məni qardaşlarımın kirayə qaldığı evə çağırdı. Söhbət zamanı atam Vəsilənin mənə xəyanət etdiyini, ona görə ondan boşanmalı olduğumu bildirdi. Atamdan nəyə görə belə dediyini soruşdum. Bu barədə əmim oğlu Muxtarın məlumat verdiyini bildirdi.

Atam hətta Vəsilənin guya kimləsə görüşən zaman Muxtarın telefonla şəkilini və videosunu çəkdiyini də dedi. Atama bu məsələ ilə məşğul olacağımı bildirdim. Söhbətin səhəri günü Muxtarın işlədiyi marketə getdim, ondan arvadımın kimləsə görüşüb-görüşmədiyini soruşdum, onda şəkil və videolar olub-olmadığını bildirməsini istədim.

Muxtar Vəsilənin həqiqətən başqa oğlanla görüşəndə, hətta öpüşən zaman gördüyünü, şəkilini çəkdiyini, videosunu qeydə aldığını dedi. Amma şəkil və videoları göstərə bilmədi. Çünki guya telefonu oğurlanıbmış. Sonradan bildim ki, Muxtar mənim qardaşımın adına təzə telefon alıb. Buna görə Muxtarın bəhanə elədiyini başa düşdüm".

"Arvadımı izlədim, amma sübut tapmadım"

Təqsirləndirilən şəxs bildirib ki, həmin gün axşam saatlarında arvadı Vəsiləni və əmisi oğlu Muxtarı qardaşıgilin yaşadığı evə çağırıb və orada üzləşdirib:

"Üzləşmə zamanı Muxtar arvadımın başqa oğlanla görüşdüyünü desə də, öpüşdüyünü deyə bilmədi. Mən Muxtarın danışıqlarında yalan olduğunu hiss etdim. Arvadımdan Muxtarın nəyə görə belə dediyini soruşdum. Bildirdi ki, iş yoldaşı ilə bir dəfə "Səhram" marketin yanında görüşüb, həmin oğlan olan borcunu qaytarıb. Muxtar bizi görüb və elə başa düşüb ki, başqa münasibətlərimiz var.

Bu söhbətdən sonra 2023-cü ilin fevral ayından aprel ayınadək arvadım Vəsiləni izlədim. Lakin Vəsilənin hər hansı şəxslə görüşməsini, hərəkətlərində şübhəli məqam aşkarlamadım. Həmçinin, Muxtardan dəfələrlə arvadımın kimləsə görüşməsini özündə əks etdirən şəkil və videoları mənə göstərməsini tələb etsəm də, əmim oğlu müxtəlif bəhanələr gətirdi. Mənə heç bir şəkil və ya video göstərə bilmədi. Amma şəkil və videoları taparaq göstərəcəyini bildirdi".

"Məndə inam yaratdı"

Şahbazın sözlərinə görə, 2023-cü ilin aprel ayında Mahaçqala şəhərinə işləməyə gedib: "Mahaçqalada "WhatsApp"la Muxtara zəng etdim, arvadımın barəsində olan şəkil və videoları niyə göndərmədiyini soruşdum. Telefon danışığı zamanı o, "gəl Bakıya, söhbət edərik", - kimi ifadələr işlətdi.

Muxtara sual verdim ki, əgər mənə arvadımın kimləsə danışmasını sübut edə bilməyəcəkdisə, nəyə görə ailəm barədə belə sözlər yayıb biabır edir? Bu sözdən sonra Muxtar zəngi bağladı. Həmin telefon danışığından sonra əmim oğlunun yalan danışdığına məndə inam yarandı.

Muxtarın arvadım barədə yalan şayiələr yaydığı və özümü qohum-əqrəba arasında biabır olmuş kimi hiss etdiyim üçün Mahaçqala şəhərindən Bakıya qayıtdıqdan sonra ona cəza vermək məqsədilə bıçaqla xəsarət yetirmək qərarına gəldim".

Şahbaz qeyd edib ki, işləri bitdiyi üçün və ailəsini görmək məqsədilə oktyabrın 5-də Bakıya qayıdıb: "Mən hələ Mahaçqala şəhərində olarkən, Muxtara bıçaqla xəsarət yetirmək qərarına gəldiyim üçün oktyabrın 12-də saat təxminən 13 radələrində "Bakıxanov" ticarət mərkəzinə getdim.

Oradan 1 manat 60 qəpiyə mətbəx bıçağı aldım, Muxtarın işlədiyi marketə getdim ki, onu çağırıb söhbət edim, ayağından bir bıçaq zərbəsi vuraraq, ona xəsarət yetirim. Lakin Muxtarı marketdə tapa bilməyib evimə qayıtdım".

"Bu sözlərdən əsəbiləşib bıçağı çıxardım"

Şahbaz qeyd edib ki, oktyabrın 13-də aldığı bıçağı cibinə qoyub, yenidən Muxtarın işlədiyi marketə gəlib: "Onu marketdən bayıra çağırdım. Söhbət edə-edə avtoyuma məntəqəsinin qarşısına çatdıq, dalana daxil olduq. Əmim oğlundan yenə də arvadım Vəsilənin barəsində şəkil və videoları nəyə görə mənə vermədiyini soruşdum.

Muxtar isə guya həmin şəkil və videolar olan telefonun oğurlandığını deyib eyni sözləri təkrarladı. Onun bəhanə gətirdiyini başa düşdüm, yaxınlıqda yerləşən hamamın qarşısında bıçaqla ona xəsarət yetirmək istədim. Muxtarı öldürmək niyyətim yox idi. Lakin avtoyuma məntəqəsinin arxasındakı dalana keçib üzü hamama tərəf gedərkən, Muxtar mənə "sən mənimlə fahişə söhbəti edirsən?", - sözlərini söylədi.

Bu sözlərdən əsəbiləşdim və əynimdə olan gödəkcəmin sol yan cibində saxladığım mətbəx bıçağını çıxardım, Muxtarın bədəninin müxtəlif nahiyələrinə ardıcıl çoxsaylı zərbələr vurdum.

Mən Muxtara xəsarət yetirərkən, qışqırdı və qaçmağa çalışdı. Mən isə onun qaçmasına imkan vermədim və bıçaqla ardıcıl xəsarətlər yetirməyə davam etdim. Muxtar üst-başı qana bulanaraq, yerə yıxıldı.

Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, adam bıçaqladığımı söylədim və hadisə yerini göstərdim. Sonra yola tərəf çıxdım, bir neçə dəqiqə sonra polis avtomobilinin gəldiyini gördüm və onları hadisə yerinə apardım. Muxtarı təcili tibbi yardım avtomobilinə qoydular, məni isə polis bölməsinə apardılar.

Hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişəm. Lakin Muxtarın Vəsilə barəsində yaydığı rüsvayedici və həqiqətə uyğun olmayan məlumatlardan xəbərdar olduqdan sonra əsəblərimdə bir sıra pozuntular yaranıb".

"Mən onunla görüşmürdüm, borc verdiyim pulu alırdım"

İş üzrə şahid qismində ifadə verən Vəsilənin sözlərinə görə, iş yoldaşı Sabir onunla birlikdə mağazada işləyib: "Sabir məndən 42 manat borc pul aldı. Tarix yadımda deyil, təxminən 3-4 gün sonra işdən çıxan zaman məndən borc aldığı pulu qaytaranda, yoldaşımın əmisi oğlu Muxtar bizi gördü.

O bizi yanlış anladı, guya mənim Sabirlə görüşdüyümü düşündü. Sonra gedib qaynımgili çağırdı ki, gəlininiz başqa adamla görüşür.

Mən iş yoldaşımdan pulu alanda yoldaşımın əmisi oğlu bizə yaxınlaşdı, mənə böhtan atmağa başladı. Guya orada şəklimi çəkdiyini, məni videoya aldığını dedi. Muxtarı başa salmaq istədim ki, fikirləri yanlışdır, ona yalan dediyini bildirdim. Muxtar isə durmadan Sabiri döydü, təhqir etdi.

Sabir borcu ona görə işdə qaytarmamışdı ki, pulu çöldə bankomatdan çıxarmalı idi. Həmin vaxtlar ərim Şahbaz Azərbaycanda deyildi. Ondan sonra da dəfələrlə işdən çıxanda Muxtar məni izləyib, güdüb.

Bu söz-söhbətlə bağlı Şahbazla birlikdə mərhumla görüşmüşük. Muxtar mənim Sabirlə gəzməyimi sübut edəcəyini, əlində sübutların olduğunu bildirirdi".

"Parkda təzəcə oturmuşduq ki..."

İş üzrə şahid qismində ifadə verən Sabirin sözlərinə görə, təxminən 2022-ci ilin may ayından 2022-ci ilin noyabr ayının sonlarına kimi Bakıxanov qəsəbəsindəki şirniyyat evində sürücü işləyib: "Vəsiləni şirniyyat evində satıcı olaraq iş yoldaşı kimi tanımışam. Onunla hər hansı kənar münasibət, o cümlədən sevgi münasibətim olmayıb.

Təxminən 2022-ci ilin oktyabrında pulum olmadığına görə Vəsilədən 40 manat borc aldım. Noyabrın əvvəllərində kafedə olarkən Vəsilə zəng edib əmək haqqımızın köçdüyünü xəbər verdi. Aldığım borcu geri qaytarmaq üçün zəng etdiyini anladım. Ona əmək haqqı kartından pulu çıxarıb borcumu qaytaracağımı dedim. Vəsilə işdən çıxaraq, yavaş-yavaş "Möcüzə" market tərəfə getdiyini, pulu gətirib həmin ərazidə təqdim etməyimi istədi.

Mən dediyi əraziyə yaxınlaşaraq, Vəsiləyə zəng etdim. Vəsilə qayınlarının mağazada işlədiklərini, bizi birlikdə görmələrinin ayıb olduğuna görə irəlidə park kimi yerin yaxınlığında, skamyanın yanında məni gözlədiyini bildirdi.

Mən kartından pul çıxarıb Vəsilə əyləşdiyi skamyaya yaxınlaşdım. Onun yanında oturdum, cibimdən pulu çıxararaq, ona verəndə adının Muxtar olduğunu sonradan bildiyim şəxs bizə yaxınlaşdı, nə etdiyimizi soruşdu.

Vəsilə Muxtarın əri Şahbazın əmisi oğlu olduğunu dedi. Ona Vəsilədən bir neçə gün əvvəl aldığım pulu qaytarmaq üçün buraya gəldiyimi, aramızda hər hansı münasibət olmadığını bildirdim".

Sabirin sözlərinə görə, daha sonra Şahbazın qardaşları olduğunu bildiyi Musa və Vəli adlı şəxslər də yanlarına gəliblər: "Mən Muxtara dediklərimi onlara da izah etdim. Muxtar qəfil üz nahiyəmə zərbələr endirdi. Yerə yıxılaraq, huşumu itirdim. Bir neçə saniyə sonra özümə gələndə yerdə uzanıqlı, paltarlarımı isə toza bulaşmış vəziyyətdə gördüm. Güclə ayağa qalxaraq, onların yanlış anladıqlarını, aramızda hər hansı münasibət olmadığını izah etməyə çalışdım.

Vəsilə də mənimlə eyni sözləri təkrarladı, aramızda heç bir sevgi münasibəti olmadığını söylədi. Bu zaman Musa və Vəli sakit dayandılar. Muxtar isə fikrində israr etdi, hətta birgə görüntülərimizin olduğunu da dedi. Ondan nə qədər həmin görüntüləri istəsək də, heç bir görüntü təqdim etmədi".

"Bizi dəfələrlə birlikdə gördüyünü dedi"

Sabirin sözlərinə görə, Muxtar birlikdə şirniyyat evinə gedəcəklərini, həqiqətən Vəsilə ilə orada işlədiyi məlum olarsa, üzr istəyəcəyini deyib: "Biz birlikdə şirniyyat evinə getdik. İş yoldaşlarımla söhbət zamanı məlum oldu ki, mən həqiqətən şirniyat evində işləyirəm.

Buna baxmayaraq, Muxtar öz inadından dönmədi, mənim Vəsilə ilə sevgi münasibətimin olduğunu, hətta bizi dəfələrlə birlikdə gördüyünü dedi. Muxtar məni iş yoldaşlarımın da yanında döyməyə başladı. Mən yenə huşumu itirdim. Ayılanda özümü şirniyyat mağazasının içərisində gördüm.

Axşamı özümü pis hiss etdiyim üçün təcili tibbi yardımla xəstəxanaya getdim. Oradan polisə məlumat verildi".

"Məndən üzr istədi"

Sabiq qeyd edib ki, növbəti gün Şahbazın qardaşları Musa və Vəli, o cümlədən Muxtarı da bölməyə gətiriblər: "Bölmədə Vəsilə ilə aramızda heç bir münasibət olmadığını dedim. Sonradan bölməyə Şahbazın atası Səid də gəldi. Ona da hadisə barədə məlumat verdim, Vəsilə ilə aramızda hər hansı bir sevgi münasibəti olmadığını izah etdim. Səid xahiş edərək şikayət etməməyi, yanlış anlaşılma olduğunu bildirdi.

Bundan sonra mən də şikayətimi geri götürdüm, araşdırmanın dayandırılmasını xahiş etdim. Muxtar məndən üzr istədi. Həmin gündən sonra bir daha Muxtarla görüşmədim, danışmadım".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahbaz 17 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1218   Tarix: 04 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

TOP MP3