Sülh müqaviləsinin imzalanması 3 il gecikəcək? - RƏY
Ermənistan konstitusiyasına 2027-ci ildə dəyişiklik edəcəyini bildirib. Nəzərə alsaq ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan maddələr var, sülh müqaviləsinin imzalanması gecikə bilərmi?
Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, 3 il bizim üçün çox uzun müddətdir. Bu müddət ərzində çox şey baş verə bilər, geosiyasi reallıqlar dəyişə bilər. Bunun təsiri kimi Cənubi Qafqazda proseslər dəyişə bilər. Azərbaycan bütün risk faktorlarını nəzərə alır və Ermənistandan bu məsələni ən qısa zamanda həll etməsini tələb edir:
"Ermənistan qeyd edir ki, 2027-ci ilə qədər konstitusiyanın dəyişməsi üçün işlər görüləcək. Bu, Paşinyanın bir müddət əvvəl 2026-cı ilə qədər möhlət istəməsi ilə eyni məntiqə sığan yanaşmadır. Təbii ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı mövqeyini hələ bildirməyib. Sadəcə ölkə başçısının çıxışlarından bilirik ki, Azərbaycan konstitusiya dəyişikliyini ən qısa zamanda istəyir. Əslində, 3 il bizim üçün çox uzun müddətdir. Bu müddət ərzində çox şey baş verə bilər, geosiyasi reallıqlar dəyişə bilər. Bunun təsiri kimi Cənubi Qafqazda proseslər dəyişə bilər. Paralel olaraq Ermənistan regiona Qərb qüvvələri, Fransa, Avropa İttifaqı sülhməramlı missiyasını gətirə bilər və ABŞ qoşunlarının sayı da arta bilər. Bütün bunlar Ermənistanın prosesdən yayınmasına səbəb ola bilər. Azərbaycan bütün risk faktorlarını nəzərə alır və Ermənistandan bu məsələni ən qısa zamanda həll etməsini tələb edir. Sülh prosesinə baxdıqda məsələlərin həllinin müddət aralığının eyni olmadığını görürük. Məsələn, Azərbaycanın həll edilməsini istədiyi, həlli vacib və prioritet məsələlər var. Həllini istədiyimiz məsələ demarkasiyadır. Demarkasiya kifayət qədər uzun prosesdir. Bunun həlli sülh prosesindən sonra da mümkündür. Azərbaycan və Gürcüstan arasında tam delimitasiya olmayıb və bu, tərəflər arasında problem yaratmayıb. Delimitasiyanı gələcəyə saxlaya bilərik. Bütün bunları nəzərə alaraq demək olar ki, rəsmi Bakı bütün məsələlər təcili həll olmalıdır demir. Konstitusiya məsələsinin tez həll olmasını istəyirik. Ermənistanın konstitusiyasında Azərbaycana ərazi iddiaları var. Bəzi maddələr gələcəkdə ehtimal sülh müqaviləsinin qüvvədən düşməsinə gətirib çıxara bilər. Bakının tələbi buna görədir. 3 il məsələsinin real olduğunu düşünmürəm. Azərbaycan tərəfinin mövqeyi daha vacibdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 733 Tarix: 04 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü
ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar
04.09.2026 138 Bakıda bu 2 yol təmirə bağlanır
Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb
04.09.2026 196 Rus ordusu Donetskdə iki kəndi işğal etdi
Rusiya ordusu Donetsk vilayətində daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Nikanorovka və Qruzskoye yaşayış məntəqələri Rusiya qüvvələrinin nəzarətinə keçib
04.09.2026 147 Paşinyanın ermənicə mesajı: dil dəyişdi, bəs Ermənistanın kursu hara dəyişir? - KÖŞƏ YAZISI
Bəzən beynəlxalq siyasətdə bir dövlət başçısının seçdiyi dil onun söylədiyi cümlələrdən daha çox şey deyir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında keçirilən sammitdə Nikol Paşinyanın rus dilində deyil, erməni dilində çıxış etməsi də belə jestlərdəndir. Əlbəttə, Ermənista
04.09.2026 232 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar
Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir. Qaynarinfo xəbər verir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Bəz
04.09.2026 132 Bir ştat, bir neçə vəzifə: İşçiyə əlavə ödəniş edilməlidirmi? - ARAŞDIRMA
Bəzi işəgötürənlər işçini bir ştata götürür, lakin ondan bir neçə vəzifənin öhdəliklərini yerinə yetirməyi tələb edir. Bu vəziyyətə bir çox sektorlarda rast gəlinir. Xüsusilə ictimai iaşə sektorunda belə hallarla tez-tez qarşılaşmaq mümkündür. Bu sektorda ən çox rast gəlinən vakansiyalardan biri ofisian
04.09.2026 180 Rusiyanın Avropaya qarşı hibrid müharibəsi: Təhlükə böyüyür - POLİTOLOQDAN AÇIQLAMA
Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığı ilə bağlı narahatlıqlar getdikcə artır. Sabotaj, kiberhücumlar, casusluq, kritik infrastruktura müdaxilə, pilotsuz uçuş aparatlarından istifadə və dezinformasiya kampaniyaları Avropa ölkələrinin təhlükəsizlik gündəmində əsas məsələlərdən birinə çevrilib
04.09.2026 273 Donor tapa bilmədi - 9 ay donuz böyrəyi ilə yaşadı
Amerikalı Tim Endryuz doqquz ay ərzində donuz böyrəyi ilə yaşayan ilk insan olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, hipertoniya və diabetdən əziyyət çəkən 66 yaşlı Tim Endryuzun nadir qan qrupu ona dono
04.09.2026 225 İsrail siyasətində yeni mərhələ: Netanyahu seçki öncəsi mövqelərini qoruyacaq?
The Times of İsrael nəşrində dərc olunan son analitik materialda ölkənin siyasi sistemində ciddi dəyişikliklərin baş verdiyi vurğulanır. Nəşrin yazdığına görə, son sorğular Benyamin Netanyahu tərəfdarları ilə ona qarşı olan siyasi blok arasında balansın əvvəlki dövrlərlə müqayisədə dəyişdiyini göstərir
04.09.2026 217