Erməni revanşizminin təxribatları məhv olmağa məhkumdur

Erməni revanşizminin təxribatları məhv olmağa məhkumdurAzərbaycan xalqı ötən yüzillikdə dəfələrlə milli zəmində soyqırıma və etnik təmizləmə siyasətinə məruz qalıb. Bunun nəticəsidir ki, Azərbaycan xalqı tarixi dədə-baba yurdlarından köçürülüb, zorla didərgin salınıb. XX əsrin əvvəllərində baş verən siyasi proseslər isə Azərbaycanın qərb torpaqlarında Ermənistan dövlətinin yaradılması ilə nəticələnib. Tarixə nəzər salsaq görərik ki, ermənilər XX yüzillik ərzində bir neçə dəfə fərqli bəhanələrlə qərbi azərbaycanlıları öz doğma yurdlarından didərgin salıblar.

Azərbaycan xalqının mədəniyyət beşiyi olan Qarabağın erməni işğalçılarından azad edilməsi, qərbi azərbaycanlıların öz ata-baba yurduna qaytarılması Heydər Əliyevin ümumi fəaliyyətinin əsas istiqamətini təşkil edirdi. Bununla bağlı Ulu öndər Heydər Əliyev çıxışlarının birində qeyd edirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm". Ata nəsihətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun şücaəti hesabına 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Artıq Azərbaycan xalqı öz əzəli-əbədi torpaqlarına sahibdir. 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən 30 il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Qarabağın azad edilməsi ilə Azərbaycanın xarici və daxili siyasətində yeni prioritetlər meydana çıxdı. Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzuru azad etməklə, artıq soydaşlarımızın bütün tarixi ata-baba torpaqlarına qayıdışını təmin etmək üçün yol açdı. Bu ədalətli siyasətin gerçəkləşməsində dövlətimizlə yanaşı, ictimai təşkilatların da üzərinə böyük öhdəliklər düşür. Qərbi Azərbaycan İcmasının yaranma zərurəti elə bu baxımdan mühüm aktuallıq kəsb edir.

Həqiqət budur ki, Qərbi Azərbaycan İcmasının varlığı Qərbi Azərbaycandan olan soydaşlarımızın, onların yaxınlarının, uşaqlarının, nəvələrinin tarixi diyarımız olan Qərbi Azərbaycanı unutmamasını şərtləndirir. Çünki gün gələcək biz o torpaqlara qayıdacağıq. Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində tarixi ədalət bərqərar olur. 2022-ci ilin dekabr aynın 24-də Qərbi Azərbaycan İcması ilə görüşdə də Prezidentimiz bir sıra hədəfləri açıqlamışdır. Bildirilib ki, ötən əsrdə baş verənlər, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcmasının bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacağına isə inam böyükdür. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə reallaşdırma yolunu bizə göstərəcəklər. Cənab Prezidentimizin də bildirdiyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir.

Qərbi Azərbaycan İcması az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, qəbul etdiyi sənədlər xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər içərisində İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmalarının təmin edilməsi barədə qəbul edilmiş konsepsiya – Qayıdış Konsepsiyası mühüm yer tutur. Belə ki, bu konsepsiyanın birinci bəndində (girişdə) rəsmi olaraq Qərbi Azərbaycan İcmasının əsas məqsədinin Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının bərpası ilə məşğul olduğu önə çəkilməklə bərabər, eyni zamanda indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlıların doğma yurdlarına qayıtmaları üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri müəyyən edilir. Burada haqlı olaraq o da bildirilir ki, Qayıdış Konsepsiyası beynəlxalq hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Hazırda Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə uğurlu dialoq xətti soydaşlarımızın düşmən tərəfindən tapdalanan hüquqlarının bərpasında da müstəsna əhəmiyyət kəsb edir. İcmanın dünyanın bir sıra nüfuzlu təşkilatlarına müraciətlər göndərərək həmin qurumları Qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması, bununla bağlı monitorinqlərin aparılmasına çağırması bu istiqamətdə atılan uğurlu addımlardandır.

Qeyd edək ki, qarşıya qoyulmuş bu vəzifələr istiqamətində bu günədək xeyli işlər görülərək Qərbi Azərbaycanla bağlı həqiqətlər dünya ictimaiyyətinə çatıdılmışdır.

Əfsuslar olsun ki, Ermənistan və erməni revanşist qüvvələr zaman zaman heç bir həqiqəti özündə əks etdirməyən, absurd fikirlərlə "bəyanatlar" verməyə davam edirlər. Bundan əlavə onlar bu istiqamətdə beyənəlxaq aləmədə müraciət etməkdən çəkinmir və öz "yalan"ları ilə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları aldatmağa belə cəhd edirlər. Cari ilin sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalar verməklə Qərbdəki havadarlarına arxalanaraq yenə "beynəlxalq təminat altında Qarabağa qayıdış" kimi heç bir həqiqəti özündə əks etdirməyən fikirlər irəli sürmüşdür. Bununla bağlı olaraq da, sentyabrın 3-də Qərbi Azərbaycan İcması haqlı olaraq "Ermənistanda revanşist qüvvələrin Qərbi azərbaycanlıların qayıdış hüququnu danması ilə əlaqədar" bəyanat verdi. Bəyanatda erməni revanşist qüvvələrin irəli sürdükləri açıq təxribat xarakterli açıqlamalar pislənilir. Bəyanatda qeyd olunmuşdur ki: "Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış etmişdir. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü "mühacirətdə olan hökumət" kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi "repatriasiya komissiyası"nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə "Qərbi Azərbaycana qayıdış"komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".

Göründüyü kimi, Ermənistan və onun revanşist qüvvələri irəli sürdükləri həqiqəti özündə əks etdirməyən çağırışları Qərbi Azərbaycan həqiqətlərini heç zaman kölgədə qoya bilməyəcək. Çünki Azərbaycan haqlı tərəf olmaqla, öz haqq səsini daim dünyanın bir çox nüfuzlu platformalarında ucaltmışdır. Son olaraq qeyd edək ki, revanşist qüvvələr əgər təxribat xarakterli əməllərindən əl çəkməsələr onlar "Dəmir Yumruq"la qarşılaşacaqlar. Bu isə onların tamamilə məhv olması ilə nəticələnəcəkdir.

Azərbaycan Respublikasının Azərbaycan vətəndaşı olaraq qalmaq üzrə təkidlərinə baxmayaraq etnik erməni qrupun Azərbaycandan getməsi tam könüllü olmuş və BMT Missiyası da bunu təsdiqləyib. Azərbaycan Respublikasının prezidentinin də qeyd etdiyi vətəndaşlıq şərtləri dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslanır, hər hansı bir "qrup" tələbi deyil. Azərbaycan dövlətinin konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusudur!

Zahid Cəfərov

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə rayon icmasının sədri, h.e.d, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 04 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü

ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar

04.09.2026 138
.

Bakıda bu 2 yol təmirə bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb

04.09.2026 196
.

Rus ordusu Donetskdə iki kəndi işğal etdi

Rusiya ordusu Donetsk vilayətində daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Nikanorovka və Qruzskoye yaşayış məntəqələri Rusiya qüvvələrinin nəzarətinə keçib

04.09.2026 147
.

Paşinyanın ermənicə mesajı: dil dəyişdi, bəs Ermənistanın kursu hara dəyişir? - KÖŞƏ YAZISI

Bəzən beynəlxalq siyasətdə bir dövlət başçısının seçdiyi dil onun söylədiyi cümlələrdən daha çox şey deyir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında keçirilən sammitdə Nikol Paşinyanın rus dilində deyil, erməni dilində çıxış etməsi də belə jestlərdəndir. Əlbəttə, Ermənista

04.09.2026 232
.

Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar

Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir. Qaynarinfo xəbər verir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Bəz

04.09.2026 132
.

Bir ştat, bir neçə vəzifə: İşçiyə əlavə ödəniş edilməlidirmi? - ARAŞDIRMA

Bəzi işəgötürənlər işçini bir ştata götürür, lakin ondan bir neçə vəzifənin öhdəliklərini yerinə yetirməyi tələb edir. Bu vəziyyətə bir çox sektorlarda rast gəlinir. Xüsusilə ictimai iaşə sektorunda belə hallarla tez-tez qarşılaşmaq mümkündür. Bu sektorda ən çox rast gəlinən vakansiyalardan biri ofisian

04.09.2026 180
.

Rusiyanın Avropaya qarşı hibrid müharibəsi: Təhlükə böyüyür - POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığı ilə bağlı narahatlıqlar getdikcə artır. Sabotaj, kiberhücumlar, casusluq, kritik infrastruktura müdaxilə, pilotsuz uçuş aparatlarından istifadə və dezinformasiya kampaniyaları Avropa ölkələrinin təhlükəsizlik gündəmində əsas məsələlərdən birinə çevrilib

04.09.2026 273
.

Donor tapa bilmədi - 9 ay donuz böyrəyi ilə yaşadı

Amerikalı Tim Endryuz doqquz ay ərzində donuz böyrəyi ilə yaşayan ilk insan olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, hipertoniya və diabetdən əziyyət çəkən 66 yaşlı Tim Endryuzun nadir qan qrupu ona dono

04.09.2026 225
.

İsrail siyasətində yeni mərhələ: Netanyahu seçki öncəsi mövqelərini qoruyacaq?

The Times of İsrael nəşrində dərc olunan son analitik materialda ölkənin siyasi sistemində ciddi dəyişikliklərin baş verdiyi vurğulanır. Nəşrin yazdığına görə, son sorğular Benyamin Netanyahu tərəfdarları ilə ona qarşı olan siyasi blok arasında balansın əvvəlki dövrlərlə müqayisədə dəyişdiyini göstərir

04.09.2026 217
.