Bank kartlarımızı necə qoruyaq?
Son zamanlar bank kartlarına kiberhücum halları artıb. Bəs insanlar hansı təhlükəsizlik tədbirləri görməlidir?
Kibertəhlükəsizlik üzrə mütəxəssis Abdulla Abdullayev BiG.AZ-a bildirib ki, kibercinayətkarlığa qarşı mübarizə, bankların və vətəndaşların ortaq məsuliyyətidir. Birlikdə əməkdaşlıq nəticəsində effektiv müdafiə mümkün olur:
"Rəqəmsal mühit artıq bizim həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Komputerlərin masalardan cib telefonlarımıza keçməsi bütün sahələrdə ciddi dəyişikliklərə səbəb olub. Nəticədə, ənənəvi bankçılıq onlayn bankçılığa doğru inkişaf etməyə başlayıb.
Vətəndaşlar bank kartlarından istifadə edərək restoranlarda, marketlərdə və onlayn ticarət platformalarında ödəniş etməyə başlamışlar. Bu tendensiya, təbii ki, kiber cinayətkarların diqqətindən qaçmamışdır.
*Vətəndaşlar, kiber cinayətlərə qarşı hansı tədbirlər görməlidirlər?*
Kiber cinayətkarlığa qarşı mübarizə, bankların və vətəndaşların ortaq məsuliyyətidir. Birlikdə əməkdaşlıq nəticəsində effektiv müdafiə mümkün olur. Banklar təhlükəsiz sistemlər qurmağı öz üzərlərinə götürsələr də, İstifadəçilərin diqqətsizliyi, təhlükəsizlik tədbirlərinin effektivliyini və təsirini azaldır. Vətəndaşları bu sahədə daha ayıq-sayıq olmağa çağırırıq.
Vətəndaşlar öz kart məlumatlarını aşağıdakı üsullarla qoruya bilərlər.
- Kart Məlumatlarını Paylaşmayın: Kartınızın CVV, PIN kodu və ya digər təhlükəsizlik məlumatlarını heç kəslə paylaşmayın və kartınızı başqalarına verməyin.
- Kartınıza Limit Tətbiq Edin: Kartınıza istifadə etməyə uyğun limitlər tətbiq edərək, gün ərzində nə qədər pul çəkilə biləcəyini və onlayn ödənişlərdə hansı məbləğin istifadə oluna biləcəyini məhdudlaşdıraraq onu böyük məbləğdə oğurluqdan qoruyun.
- Çoxfaktotlu autentifikasiyanı Aktiv Edin: Kartınızda ikili autentifikasiyanı mütləq aktiv olduğuna əmin olun. Ödəniş edildikdə telefonunuza SMS vasitəsilə təsdiq kodu gələcəkdir. Bu kodu heç kimlə paylaşmayın.
- Apple Pay və ya Android Pay: Bankınız bu funksionallığı dəstəkləyirsə, kartınız üçün bunu aktivləşdirin. Apple və Android Pay dəstəkləyən platformalarında bu üsuldan istifadə edərək ödəniş etdikdə kartınızın məlumatları daha təhlükəsiz olar.
- Virtual Kart İstifadəsi: Bankınız virtual kart yaratmaq xüsusiyyətini təklif edirsə, ondan istifadə edin. Onlayn ticarət zamanı zəruri kart məlumatlarını paylaşmaq əvəzinə virtual kartınızı yazmaqla əsas kartınızı qorumuş olursunuz.
- Əlavə Debet Kartlardan İstifadə: Virtual kart olmadıqda, onlayn ticarət üçün xüsusi ayırdığınız əlavə debet kartından istifadə edin. Ödəniş edəcəyiniz zaman həmin karta lazımi məbləği yatırın. Bu əlavə kart, əsas kartınızı qorumaq üçün bir seçimdir.
- Şübhəli Saytlardan Çəkinin: Şübhə duyduğunuz saytlarda ödəniş etməyin.
*Son olaraq:Karta Nəzarət Edin: Bank hesabınızdakı tranzaksiyaları müntəzəm olaraq yoxlayın. Hər hansı bir şübhəli fəaliyyət aşkar etdiyinizdə dərhal bankınızla əlaqə saxlayın ve kartınızı bloklayın".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1013 Tarix: 02 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304