Zelenski Ukraynanın Kurskdakı əməliyyatları barədə danışıb: Plana uyğun gedir
Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu və əldə etdiyi nəticələr barədə şərh verib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, o, bu barədə Kiyevdə Polşa prezidenti və Litva baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Dövlət başçısı əməliyyatın mürəkkəb olduğunu diqqətə çatdırıb: "Vacib olan odur ki, hücum planımıza uyğun gedir. Bu əməliyyatın bir neçə nəticəsi var. Amma hamısı haqqında danışa bilmərəm. Ancaq Rusiya Federasiyanın şimalından bizə qarşı əməliyyatın dayandırılmasına nail olduq. Qabaqlayıcı zərbə olaraq əməliyyatımız bu tapşırığı yerinə yetirdi. Biz Sumı vilayətinin mühasirəyə alınmasının və vilayətin mərkəzi Sumı şəhərinin işğal təhlükəsinin qarşısını aldıq".
Ukrayna prezidenti deyib ki, kimsə bu əməliyyatlara görə bufer zonadan danışır və Kursk əməliyyatının hansısa danışıqlar üçün kart rolu oynadığını deyirlər, amma bu, belə deyil:
"Hansı dialoq? Biz heç bir kart oynamırıq. Biz tərəfdaşlarımıza çox açıq məlumat veririk. Biz ədalətli sülhə və müharibənin sona çatmasına doğru necə diplomatik yolla irəlilədiyimizi söylədik. Və hamı sülh formulunun və ya sülh sammitinin keçirildiyi yerə dəvət olunub, onu dəstəkləyib və ya sadəcə bu haqda danışıb. Kursk əməliyyatının məqsədlərinə gəlincə, biz inanırıq ki, onlara nail olunacaq. Onların sayı açıq şəkildə sizə söylədiklərimdən çoxdur. Bu əməliyyatın məqsədlərindən biri də Rusiyanın kim olduğunu və onun ölkəmizə müdaxiləsini hələ də anlamayan dövlətlərə reallığı göstərməkdir. Məncə, onlar artıq başa düşüblər. Gördülər ki, bu müharibə Rusiyaya necə baha başa gəlir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 578 Tarix: 24 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233