Aylardır itkin düşən Rasimin ailəsi şübhələndiyi şəxsin adını açıqladı: Dindirilməsi tələb edilir
Baş prokuror Kamran Əliyev növbəti dəfə 8 ay əvvəl itkin düşən 11 yaşlı Rasim Xankişiyevin nənəsini qəbul edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün itkin azyaşlının nənəsi Zemfira Xankişiyeva hüquq müdafiəçisi Samir Zeynalovla birgə baş prokurorla görüşüb.
Kamran Əliyev artıq dördüncü dəfədir Rasimin yaxınlarını qəbul edib, istintaqın gedişi ilə bağlı məlumat verib. Budəfəki görüş Xətai Rayon Prokurorluğunda baş tutub.
K.Əliyev Z.Xankişiyevanı əmin edib ki, nəvəsinin işi ilə bağlı bütün zəruri işlər yerinə yetirilir. İstintaqın gedişi ilə bağlı ona mütəmadi məlumat verilir. Hazırda Rasimin Qarabağ kanalında batması ehtimalı ilə bağlı axtarış davam edir. Fövqəladə Hallar Nazirliyinin və SOCAR əməkdaşları tərəfindən kanalın axtarılmayan qollarına baxış keçirilir.
Sabah isə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Rasimin bütün ailə üzvlərini qəbul edəcək.
Ailənin nümayəndəsi Samir Zeynalov deyib ki, Rasimin itkin düşməsi ilə bağlı onların şübhələndiyi bir nəfər var. Ailə iki dəfə fərqli ifadə verən həmin şəxsin də dindirilməsini baş prokurordan xahiş edib.
Qeyd edək ki, hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1839 Tarix: 20 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİtinizə bu 7 sözü deməyin
İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay
19.10.2026 221 Baş nazirin müavinlərinin sayı 4 oldu
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba
19.10.2026 351 Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy
19.10.2026 142 Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19.10.2026 157 Payızda xəstələnməmək üçün bunları EDİN - Həkimdən tövsiyələr
Fəsil dəyişikliyi, xüsusilə payızın gəlişi ilə havanın temperaturunda baş verən tez-tez dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Temperaturun dəyişməsi, soyuq havaların başlaması və mövsümi allergenlər bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəlikləri
19.10.2026 312 Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi
19.10.2026 392 İşğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur
"Hazırda işğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur". xəbər verir ki, bunu SOCAR-ın"Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev 2023-2025-ci illərdə azad edilmiş ərazilərd
19.10.2026 223 Yasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19.10.2026 257 Payızda bu qidaları süfrənizdən əskik etməyin - Ürəyə faydalıdır
Payız mövsümündə yetişən meyvə və tərəvəzlər yalnız süfrələrə rəng qatmaqla kifayətlənmir, həm də orqanizmin ehtiyac duyduğu bir sıra vacib qida maddələrini təmin edir. Bəzi məhsullar lif, kalium, antioksidantlar və faydalı yağlarla zəngin olduğundan ürək-damar sağlamlığının qorunmasına dəstək verə bilər
19.10.2026 324