DİQQƏT: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə YOLUXA BİLƏRSİNİZ

DİQQƏT: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə YOLUXA BİLƏRSİNİZÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən gələn sərnişinlərə xüsusi diqqət yetirilir. Azərbaycanda da müvafiq qurumlar tədbirlər görməyə başlayıblar.

Ölkəmizdə onlayn sifarişlərə tələbatın böyük olduğunu nəzərə alsaq, bağlamalar vasitəsilə virusun yayılma təhlükəsi də vətəndaşları düşündürür.

Bəs məsələ ilə bağlı reallıq nə yerdədir? Bağlamalar vasitəsilə virus keçə bilərmi? "Azərpoçt" MMC virusla bağlı qabaqlayıcı tədbirlər görübmü, dezinfeksiya işləri aparılırmı?

Tibb üzrə elmlər doktoru Adil Qeybulla Oxu.Az-a açıqlamasında bildirib ki, bağlamalar vasitəsilə yoluxma təhlükəsi mövcuddur:

DİQQƏT: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə YOLUXA BİLƏRSİNİZ"Meymunçiçəyi virusu təmas yolu ilə keçir. Poçtla göndərilən məhsullar xəstə adamın əli ilə hazırlanırsa, virusun başqa bir şəxsə yoluxma ehtimalı böyükdür. Ən çox poçt məhsulu aldığımız ölkələrdən olan Türkiyə ilə Azərbaycan arasında məsafə böyük deyil. Haqqında danışdığımız virus isə Türkiyədə geniş yayılmayıb. Orada bir neçə adamda müşahidə edilib.

Miqrasiyanın çox olduğu ölkələrdə gediş-gəliş yüksək olduğu üçün meymunçiçəyi virusunun yayılması tam realdır. Bəzən yoluxmalarda gizli dövr üç həftəyə qədər davam edir. Bu da onunla nəticələnir ki, yoluxmuş bir adam ölkəyə daxil olanda tam sağlam görünür, daha sonra xəstələnir. Buna görə də transsərhəd keçid zonalarında nəzarət güclənməli, maarifləndirmə işləri aparılmalıdır".

"Azərpoçt" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Afaq İbrahimova məsələ ilə bağlı sorğumuzu belə cavablayıb:

DİQQƏT: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə YOLUXA BİLƏRSİNİZ"Azərpoçt" MMC öz əməkdaşlarının, eləcə də poçt şöbələrində xidmət göstərdiyi vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün daima müvafiq tədbirlər icra edir.

Hazırda meymunçiçəyi virusu ilə bağlı ölkədə təşviş yaradacaq hal müşahidə olunmadığından qurum tərəfindən də xüsusi tədbir görülməyib.

Məlumat üçün bildirək ki, "Azərpoçt" MMC dövlət sanitariya nəzarətinin və əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsində əsas iştirakçı sayılan aidiyyəti qurumun tədbirləri və çağırışlarına uyğun olaraq addımlar atır".

Qeyd edək ki, bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov Oxu.Az-a açıqlamasında meymunçiçəyi virusunun laboratoriya müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatlarının ölkəyə gətirildiyini bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1006   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.