İndiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır: Pandemiyadan sonra enməyən qiymət - ARAŞDIRMA

İndiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır: Pandemiyadan sonra enməyən qiymət - ARAŞDIRMABu həftə dünya birjalarında qızılın qiyməti növbəti rekord vurub. İlk dəfə olaraq qiymətli metalın qiyməti 2500 dolları keçib. ABŞ Federal Rezerv Sisteminin uçot dərəcəsini sabit saxlamaq barədə qərarından sonra qızlın qiyməti daha bir psixoloji həddi keçib. Belə ki, avqustun birində "Comex" birjasındakı hərracların gedişində ilk dəfə olaraq qızılın bir unsiyasının qiyməti 2500 dolları keçərək əvvəlcə 2501 dollar, daha sonra 2502 dollar olub. Sonradan qızılın qiyməti sabitləşib və 2500 dollardan aşağı düşüb. Ümumilikdə, son bir ayda qızılın unsiyasının qiyməti təqribən 90 dollar və ya 3,8 faiz, son bir ildə 510 dollar və ya 26 faiz bahalaşıb.

Belə bir fikir var ki, indiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır. Bəs qızıla sadə insanların yatırım etməsi sərfəlidirmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Pandemiyadan sonra enməyən qiymət

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyevin sözlərinə görə, qızılın qiyməti böhranlar zamanı daim artır: "Son 15-20 ildə ən ciddi artım pandemiya zamanı müşahidə edildi. Koronavirus pandemiyasına qədər bir qram 999 əyar qızılın qiyməti maksimum 40-42 dollar idi. Böhrandan sonra isə qiymətlər 60-62 dollara qədər qalxdı. Hətta bəzi günlərdə 65-66 dollar da olurdu. Son bir neçə ayda isə 78-79 dollara qədər qalxıb. Bunu dünyada baş verən müəyyən böhranlara, müharibələrə də bağlaya bilərik. Bunlardan Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin münaqişəsini göstərmək mümkündür. Bunlar qızıla investisiya aləti kimi çox ciddi formada təsir edir. Böhranlarda investisiya alətlərinə tələbat artdığından qızılın qiyməti də yüksəlir".

T.Abbasquliyev bildirdi ki, artım bütün qızıl növlərini əhatə edir: "Qızıl dedikdə söhbət sadəcə 999 əyarlıdan getmir. Zərgərlik məmulatlarını da buraya aid etmək olar. Məsələn, 585 və ya 750 əyarlı qızılların da qiyməti daim qalxır. Çünki qızılın birjadakı ümumi qiyməti yüksəlir. Qeyd etdiyim qiymət artımlarından sonra artıq insanlar zərgərlik məlumatlarına tək bəzək əşyası kimi deyil, həm də investisiya aləti kimi yanaşırlar. Qızılı həm zinət əşyası olaraq fiziki yolla, həmçinin investisiya saytlarından almaq mümkündür. Qiymətlər eyni səviyyədə dəyişdiyi üçün hər bir halda yatırım alətidir".

Qeyri-müəyyənliklər dövründə insanlar qızıla yönəlirlər

Sədr qiymətlərin gələcəkdə necə dəyişəcəyi sualına da aydınlıq gətirdi: "Qiymətlər birja ilə tənzimləndiyi üçün gələcəklə bağlı proqnoz vermək çətindir. Qızılın qiyməti son bir il ərzində 60-62 dollara qədər qalxdı. Amma sonra 50-52 dollara qədər endi. Bir müddət sonra yenidən əvvəlki vəziyyətinə qayıtdı. Belə oynamalar olduğu üçün dəqiq fikir bildirmək mümkün deyil. Lakin dünyanın böyük banklarının ekspertlərinin rəylərinə görə qızılın qiyməti qalxmaqda davam edəcək".

İqtisadçı Elçin Rəşidov isə qızılın qiymətindəki baş verən dəyişmələri insanların yatırım seçimləri ilə əlaqələndirdi: "Çaxnaşmalardan, böhranlardan əvvəl bizneslərin, səhmlərin, qiyməti ucuzlaşır. Belə fonda insanlar pullarını qızıla yatırır və nəticədə onun qiyməti artır. Bəzən də insanlar məhz fiziki şəkildə qoruya biləcəkləri investisiyaya yatırım edirlər. Çünki insanların sistemlərə inamı azalır. Riskləri nəzərə almalı olurlar. Siyasi qeyri-müəyyənlik dövründə insanlar yatırımlarını qızıla dəyişirlər. O baxımdan qızıla investisiya hazırkı dövrdə doğru qərardır".

E.Rəşidov bildirdi ki, investisiya saytlarında qızılın növlərinə görə qiymətləri də dəyişir. Qızılı həmin saytlardan da almaq mümkündür: "Onlar daşınmanı da daha rahat edirlər. Amma həmin saytların yerləşdiyi ölkənin nə qədər risk altında olması da rol oynayır. Unutmayaq ki, qızıla yatırım etmək o demək deyil ki, bu, sizi yüz faiz irəli aparacaq. Amma vəsaitinizi maksimum səviyyədə qoruyacaq. Əgər artım olarsa, əlavə qazanc da əldə etmək mümkündür".

Qazanc olsa da, təhlükə də mövcuddur

İqtisadçının fikrincə, yatırım edərkən istənilən halda riskləri və təhlükələri də nəzərə almaq lazımdır: "Qızıl elədir ki, onu hər kəs alıb saxlaya bilir. Amma onu fiziki şəkildə qorumaq riskli məsələdir. Təbii ki, digər yatırım növlərində də başqa risklər mövcuddur. İnsanlar riskləri və əllərindəki vəsaiti gözdən keçirərək qərar verirlər. Amma bütün vəsaiti bir yatırıma ayırmaq düzgün deyil. Risklərin idarə edilməsinin əsas metodologiyalarından biri də budur. Orada bildirilir ki, əldə olan vəsaiti bir neçə investisiya növünə yatırmaq daha uğurludur. Vəsaitinizin bir hissəsini buraya ayıra bilərsiniz. Amma vəsaitin nə qədərini məhz qızıla yatırmaq məsələsi individualdır. Bu, sizin yaşadığınız ölkədən, oradakı vəziyyətdən asılıdır".

Müsahibimiz dedi ki, Azərbaycan qızıl bazarındakı vəziyyət dünyada baş verən proseslərlə tənzimlənir: "Dünyada çaxnaşmalar azaldıqca qızılın qiyməti stabilləşə bilər. Hətta hazırkı qiymətdən aşağı da düşməsi mümkündür. Amma yaxın gələcək üçün proqnoz budur ki, qızılın qiyməti növbəti rekord hədlərə çatacaq. Dünya qızıl bazarında hansı proseslər baş verəcəksə, Azərbaycan üçün də eyni vəziyyət gözlənilir. Çünki ölkəmizin qızıl bazarı da dünyadakı proseslərlə tənzimlənir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1072   Tarix: 18 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.