Qız uşaqlarının sayı niyə azalır? - təhlükəli tendensiya

Qız uşaqlarının sayı niyə azalır? - təhlükəli tendensiyaYeni doğulan uşaqlar arasında hər 100 qıza 115 oğlan düşür; cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkədə acınacaqlı nəticələrə səbəb ola bilər

Azərbaycanda bu ilin beş ayı ərzində 41608 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

Beləliklə, Azərbaycanda yeni doğulan uşaqlar arasında hər 100 qıza 115 oğlan düşür. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq.

Sosioloqlar bildirir ki, cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması da aiddir.

Araşdırmalara əsasən dünyada təbii halda hər 100 qıza qarşılıq 105 oğlan doğulur. Amma bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni şəkildə oğlanların xeyrinə dəyişdirilir. Məsələn, Çində hər 100 qıza 120-150, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə 115 oğlan dünyaya gəlir.

Sosioloqlar isə düşünür ki, adətən qız uşaqlarına olan istəksizlik inkişaf etməmiş, partriarxal cəmiyyətlərdə özünü göstərir. Buna səbəb isə ailələrin qızları zəif hesab etməsidir. Belə ki, bu sayaq cəmiyyətlərdə qadınların hüquqları daha çox pozulur. O səbəbdən heç bir ana öz yaşadıqlarını övladlarının təkrarən yaşamasını istəmir. Bu isə cəmiyyətin özünün zəifliyindən irəli gəlir.

Hazırda qızların sevilmədiyi ölkələr sırasında ilk yerdə gələn ölkələrdən biri də Hindistandır. Qız uşağı istəməyən ailələr ya yeni doğulan qız uşaqlarını öldürür, ya da cinsiyyəti müəyyənləşdikdən sonra aldırırlar.

Son 10 ildə öldürülən qız uşaqlarının sayı 8 milyona çatıb. Digər bir fakt isə Hindistanda doğulan qız uşaqlarının cinsiyyətinin dəyişdirilməsi ilə bağlıdır. Oğlan uşağı istəyən ailələr qız uşaqlarını kiçik yaşda ikən əməliyyat etdirmək üçün 3 min dollar ödəyirlər. Bunun səbəbini isə qız uşaqlarını evləndirməyin yüksək maliyyə xərcləri tələbi ilə əlaqələndirirlər. Hindistanda 6 yaşa qədər oğlan uşaqlarının sayı qızlardan 7 milyon daha çoxdur. Cins dəyişikliyi ilə bağlı əməliyyatda iştirak edən həkimlər bunu qız uşaqlarının artım orqanlarının normal olmaması ilə izah edir və tibbi müdaxilə ilə bu problemi aradan qaldırdıqlarını deyirlər. Əslində isə estetik əməliyyatdan sonra qız uşaqlarına kişi hormonları yeridilir. Alimlərin fikrincə, bu, uşaqların gələcəkdə sonsuzlucuna gətirib çıxaracaq. Hindistanda bu gün hər 100 qız qarşılığında 112 oğlan doğulur.

Qız uşaqları qəbul edilmədiyi və tək uşaq istəyi səbəbindən tez-tez uşaqları ana bətnindən götürdən Çində hər 100 qız uşağının müqabilində 121 oğlan doğulur. Hətta bəzi qəsəbə və kəndlərdə bu rəqəm 150-yə çıxır. Dünya əhalisinin yüzdə 38-ni təşkil edən bu iki ölkədə 40 milyon kişini gözləyən sonluq odur ki, 15 il içərisində evlənəcək qadın tapa bilməyəcəklər. Bu ölkələrdə oğlan uşağına sahib olmamaq bir ailənin başına gələcək ən böyük fəlakət hesab edilir. Hətta hindlilərin bir atalar sözündə də deyilir ki, "Bir qız uşağını yetişdirmək, qonşunun bağçasını sulamağa bənzəyir".

Beləliklə, 1970-ci illərdə ana bətnindəki körpənin cinsiyyətini öyrənmənin mümkün olduğu vaxtdan indiyədək dünyada 160 milyondan çox qız uşağı doğulmadan aldırılıb. Bu, yalnız qız uşaqlarının haqlarının əllərindən alınması deyil, dünyada tarazlığın da pozulmasının göstəricisidir. Bu gün dünyada 107 oğlan uşağının müqabilində 100 qız doğulur. Alimlərin fikrincə, kişilərin sayının qadınlardan çox olduğu cəmiyyətlər şiddət və müharibəyə daha meylli olurlar.

Azərbaycana gəldikdə, ölkəmizdə selektiv abort geniş yayılıb. Doğrudur, Azərbaycan Respublikasının qanunvericiliyində cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Bununla belə, Azərbaycan selektiv abortların ümumi mənzərəsinə görə dünyada liderdir.

Bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən qadın hamiləliyi süni şəkildə dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edilir.

"Hansısa bir doğulmamış qızın məhv edilməsi bir ananın qətl edilməsi deməkdir. Bir zamanlar "çar öldürənlər", "ata öldürənlər" ifadəsi vardı. Bizdəkilərsə ana öldürənlərdir. Ona görə də belələrinin cəmiyyətə tanıdılması çox vacibdir. Bu vəhşiliyin heç bir izahı, bəraəti yoxdur". Bu sözləri VI çağırış Mili Məclisin deputatı Fazil Mustafa deyib. O qeyd edib ki, bu məsələyə cəmiyyətin həssaslığı artmalı, selektiv abort anlayışının gündəmdən çıxması üçün bütün vasitələrə əl atılmalıdır: "Bunun üçün həm inzibati, həm də stimullaşdırıcı metodlardan istifadə olunmalıdır. Axı necə ola bilər ki, ana-ata cinsinə görə öz övladının ölümünə fətva verir?! Bunun tək adı var, o da vəhşilikdir. Ona görə də bu vəhşiliyə qarşı cəmiyyət olaraq hər birimiz mübarizə aparmalıyıq".

Onu da qeyd edək ki, artıq "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı" təsdiq edilib. Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır. (musavat.com)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1408   Tarix: 17 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.