Vidadi Bərdəlinin oğlu azadlığa buraxıldı

Vidadi Bərdəlinin oğlu azadlığa buraxıldıMərhum müğənni Vidadi Bərdəlinin 12 il müddətə həbsə məhkum edilmiş oğlu Tuncay Vəliyev azadlığa buraxılıb.

Axşam.az xəbər verir ki, bu barədə V.Bərdəlinin həyat yoldaşı Naida Heydərova məlumat yayıb.

Belə ki, məhkəmənin qərarı ilə Tuncay Vəliyev barəsindəki qətimkan tədbiri dəyişdirilib.

"Allahım sənə çox şükür, oğlumu mənə qovuşdurdun. Rəbbim səni qorusun, ürəyim, Tuncayım" deyə, N.Heydərova paylaşımında yazıb.

Qeyd edək ki, T.Vəliyev tanışı F.Ocaqquliyev ilə birgə 2018-ci ildə taksi sürücüsü Rəşad Hüseynovu Nəsimi rayonu ərazisində qətlə yetirməkdə ittiham edilib. Lakin məhkəmə T.Vəliyevə ittiham olunduğu qəsdən adam öldürmə maddəsi üzrə bəraət verib. O, yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu ildə çıxardığı hökmlə F.Ocaqquliyev 19 il, T.Vəliyev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Tuncay Vəliyev bir müddət müğənni kimi fəaliyyət göstərib.

Onu da qeyd edək ki, Vidadi Bərdəlinin digər nikahından olan oğlu Tural Allahverdiyev də hazırda həbsdədir. O, Bərdədə tanışını borca görə qətlə yetirməkdə təqsirli bilinib və 13 il 6 ay həbsə məhkum edilib.

Xatırladaq ki, V. Bərdəli 2012-ci il noyabrın 30-da 53 yaşında vəfat edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 988   Tarix: 15 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətl

16:15 198
.

Elgizin verilişi bu tarixdə başlayacaq

Tanınmış teleaparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, aparıcının "Şadlıq olsun" adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq. Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağın

20:15 129
.

NASA-dan nəhəng kosmik missiya - Teleskop milyardlarla qalaktikanı araşdıracaq

NASA iki milyarddan çox qalaktika haqqında məlumat toplaya biləcək "Nensi Qreys Roman" kosmik teleskopunu orbitə çıxarıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Agentliyin məlumatına görə, teleskop Bakı vaxtı ilə saat 14:26-da Floridada yerləşən Kennedi Kosmik Mərkəzindən "SpaceX"

12:12 171
.

Bu ərzağı istifadə edənlər diqqətli olsun

Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay

18:15 148
.

Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var

İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin

19:30 125
.

Rusiyanın Avropaya qarşı hibrid müharibəsi: Təhlükə böyüyür - POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığı ilə bağlı narahatlıqlar getdikcə artır. Sabotaj, kiberhücumlar, casusluq, kritik infrastruktura müdaxilə, pilotsuz uçuş aparatlarından istifadə və dezinformasiya kampaniyaları Avropa ölkələrinin təhlükəsizlik gündəmində əsas məsələlərdən birinə çevrilib

16:34 230
.

Qatlanan "iPhone" bu tarixdə çıxır: görüntüləri sızdırıldı

"Apple"ın ilk qatlana bilən "iPhone" modelinin təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir. Lakin cihazın ehtimal olunan prototipi rəsmi təqdimatdan bir həftə əvvəl videoda nümayiş etdirilib. xəbər verir ki, məşhur amerikalı texnobloqer Lyuis Hilsenteqer "Apple"ı

19:00 143
.

Türkiyə Ayın araşdırılması proqramına qoşuldu

Türkiyə ABŞ-ın Artemis Ay proqramına qoşulan 71-ci ölkə olub. xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ankara Artemis Sazişlərində nəzərdə tutulan öhdəliklərə uyğun olaraq kosmosun dinc məqsədlərlə araşdırılması və istifadəs

11:50 156
.

Bu hərəkəti edənlər 500 manat cərimələnəcək

"Heyvanlarla rəhmsiz rəftar edilməsi inzibati məsuliyyətə səbəb olur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz davranaraq onların şikəst və ya tələf edilməsinə səbəb olan şəxslə

14:16 263
.