Azərbaycanda hotellər "halal" olacaq: Nə dəyişəcək?

Azərbaycanda hotellər "halal" olacaq: Nə dəyişəcək?Müsəlmanların seçimi olan "halal turizm" bu sektorda payını günü-gündən artırır. Hazırda dünya üzrə səyahət edən təxminən 150 milyon müsəlman turistin tətil seçimləri məhz halal sertifikatı ilə formalaşır. Bu sahə ərəb ölkələri ilə yanaşı, Malayziya, Bəhreyn, Misir və Türkiyədə sürətlə inkişaf etməkdədir. Türkiyədə ilk belə hotel 1995-ci ildə istifadəyə verilib. Təbii ki, "halal turizm"in inkişafı üçün müvafiq hotellərin olması zəruridir.

Yeni dövlət standartı hazırlanır

Azərbaycanda da beynəlxalq təcrübə əsasında "halal turizm" xidmətləri üzrə yeni dövlət standartının qəbul olunması gözlənilir. Yeni standartların təsdiq edilməsindən sonra turizm obyektlərinə "halal hotel" sertifikatı veriləcək.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, Azərbaycan Standartlaşdırma İnstitutu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlamaqdadır: "Bu il qəbul edilməsi nəzərdə tutulan standart Azərbaycanda turizmin inkişafına xüsusi töhfə verəcək. Belə ki, standartın əsas məqsədi İslam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır".

Maraqlıdır, "halal hotel"in əsas konsepti nədən ibarətdir? Bu istiqamətdə müvafiq standartların qəbul edilməsi yerli turizmə nə qazandıracaq?

"Kaspi" qəzeti növbəti məqaləsində bu suala cavab axtarıb.

"Halal hotel" nədir?

Qeyd edək ki, ilk "halal hotel" xristian dövləti olmasına baxmayaraq İngiltərədə istifadəyə verilib. Daha sonra Malayziya, Türkiyə, Səudiyyə Ərəbistanı, Sinqapurda bu tipli hotellər tikilməyə başlayıb. Hazırda "halal hotel" axtaranlar "Halalbooking"də xüsusi filtrləmə seçimlərindən istifadə edərək onlarla marşrut və hotel arasında seçim edirlər. Halal konseptdə işləyən hotellərdə müəyyən kriteriyalar mövcuddur. Bu hotellərdə mühafizəkar ailələrin bütün həssaslıqları nəzərə alınır. Hotelin quruluşu, eləcə də mətbəxi buna uyğun dizayn edilir. Məsələn, otaqlarda qibləni göstərən işarələr, "Qurani- Kərim" kitabı, namaz xalçaları, islami telekanalların olması əsas tələblərdən sayılır. "Halal hotel"də kişi və qadın hovuzları, gözəllik mərkəzi və fitnes ayrıdır. Bu hotellərdə yemək və içki konsepti halaldır. Menyuda donuz ətindən hazırlanmış təamlar və spirtli içkilər olmur. Əgər hotel dəniz kənarında yerləşirsə, həm kişilər, həm də qadınlar üçün ayrıca çimərliklər mövcud olur. Bəzən obyektlərdə çimərliklər qarışıq da istifadə edilir. Amma bu zaman qadınların xüsusi qapalı çimərlik geyimlərindən istifadə etməsi məcburidir.

Say 230 milyona çatacaq

Statistik məlumatlara görə, bu gün dünyanın müxtəlif ölkələrində 350-dən çox "halal hotel" fəaliyyət göstərir. Onlardan 160-a yaxını Türkiyədə yerləşir. 2023-cü il Qlobal Müsəlman Səyahət İndeksinə görə, "halal turizmə" böyük sərmayə qoyan İndoneziya və Malayziya müsəlman səyahətçilər üçün dünyada ən yaxşı iki istiqamət sayılır. Digər İslam ölkələri, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman xüsusilə gənc müsəlman turistlərin favoriti olmağa davam edir. İslam Əməkdaşlıq Təşkilatına üzv olmayan Yaponiya, Tailand, Tayvan, Cənubi Koreya və Filippin də müsəlmanlar üçün ən yaxşı səyahət yeri kimi seçilir.

Proqnozlara əsasən, 2020-ci ildə dəyəri 220 milyard ABŞ dolları olan "halal turizm" sənayesinin qlobal iqtisadiyyata töhfəsi 2026-cı ilə qədər 35 faiz artaraq 300 milyard dollara çatacaq. Belə ki, dünya üzrə müsəlman ziyarətçilərin sayının 2026-cı ildə 230 milyona çatacağı və qlobal turistlərin 10 faizindən çoxunu təşkil edəcəyi gözlənilir.

Müsbət dinamika yarana bilər

Turizm üzrə ekspert Ruslan Quliyev bildirib ki, hazırda həm yay, həm qış turizmi üçün "halal hotel" konsepti aktualdır. Onun sözlərinə görə, son illər dünya turizm bazarında "halal hotel" konsepti xüsusi diqqət çəkir: "Dünyada "halal hotel"lərə böyük tələbat var. Bu konseptdə hotellərə hər yerdə rast gəlmək mümkün deyil. Belə hotelləri axtaran səyahətçilər bahalı turistlər sayıldığından bu sahədə mövcud olan gəlirlərdən hər bir ölkə pay götürməyə çalışır. Ona görə də dünyada "halal turizm" ilbəil inkişaf edir. İndiyədək bu istiqamətdə Azərbaycanda da müəyyən işlər görülürdü. Ancaq bu konseptdə tam uyğun olan hotel yox idi. Nəzərə almalıyıq ki, Azərbaycana gələn turistlərin böyük əksəriyyəti Körfəz ölkələrini əhatə edir. Düzdür, son illər ölkəyə gələn ərəb turistlərin sayı azalıb. Biz bunun səbəblərini axtarmalıyıq. Bəlkə onlar elə Azərbaycanda halal konseptdə hotel olmadığından başqa bazarlara üz tutublar".

Ekspert hesab edir ki, bu istiqamətdə yeni standartların hazırlanması təqdir olunmalıdır: "Güman edirik ki, bu addım növbəti ildə ölkəyə gələn turistlərin sayında müsbət dinamika yaradacaq. Sadəcə, sistemli iş aparılmalıdır".

Turizm sektorunun iqtisadiyyatda payı artacaq

İqtisadçı-ekspert Eyyub Kərimli isə vurğulayıb ki, "halal hotel" standartına Azərbaycan bazarında da tələbat var. Çünki ölkəmizə İslam ölkələrindən xeyli sayda turistlər gəlir: "Bu sertifikatda hotellərin olması onların məmnuniyyəti üçün müsbət təsir göstərən amillərdəndir. Yəni, "halal hotel" sertifikatı ilə hotellər bu kateqoriyada turistlərin tələbatını qarşılayacaq. Nəticədə müsəlman ölkələrindən gələn turistlərin sayı daha da artacaq. Bu isə turizm sektorunun ölkə istisadiyyatında payını əhəmiyyətli dərəcədə artıracaq".

Həm paytaxtda, həm də bölgələrdə

Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, Azərbaycanda "halal hotel"lərin fəaliyyəti həm regionlarda, həm də paytaxt ərazisində nəzərdə tutulub: "Ümumiyyətlə, istənilən hər hansı hotel də bu konseptə keçə bilər. Bu, Azərbaycana yeni müştəri portfeli yaradacaq. Hesab edirəm ki, dini konseptdə hotellər fəaliyyət göstərsə, yəni halal və alkoqolsuz qidalardan ibarət bufet və ayrı-ayrı hovuzlar mövcud olsa, xüsusi namaz otaqları ayrılsa, Azərbaycana yeni müştəri bazası yaradacaq".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 936   Tarix: 04 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

TOP MP3