Azərbaycana yeni qaytarılan kənddə mina partlayışı: İki nəfərin ayağı amputasiya olundu
"Mina partlayışı hadisəsi səbəbilə xəsarət alan dörd nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, ayaq nahiyəsindən xəsarətlər alan 1995 və 1998-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra onlar tibb müəssisəsinin Reanimasiya Şöbəsinə yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
"Bədənin müxtəlif nahiyələrində çoxsaylı qəlpə yaraları diaqnozu qoyulan digər iki nəfərə - 1989 və 2002-ci il təvəllüdlü şəxslərə isə Təcili Tibbi Yardım Bölməsində ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirildiyi üçün xəstəxanadan təxliyə ediliblər", - deyə məlumatda qeyd olunur.
15:42
Qazax rayonunun Qızılhacılı kəndində mina partlayışı hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində xəsarət alan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu gizir Xəyal Ədinəqulu oğlu Əhədli və Minatəmizləmə Agentliyinin əməkdaşı Afiq Müşviq oğlu Mehdizadənin ayağı pəncə hissəsindən amputasiya edilib.
14:41
Avqust ayının 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.
Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Xəyal Ədinəqulu oğlu Əhədli və Minatəmizləmə Agentliyinin əməkdaşı Afiq Müşviq oğlu Mehdizadə minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar.
Agentliyin əməkdaşları Elçin İlham oğlu Ələkbərov və Yavər Gəray oğlu Mirzəyev isə qəlpə yaraları alıblar.
Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur.
Hazırda Şəmkir hərbi və Qazax Rayon Prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1417 Tarix: 02 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniya müdafiə naziri Kiyevə səfər edib
Almaniyanın müdafiə naziri Boris Pistorius 11 may, bazar ertəsi günü Kiyevə səfər edərək Ukrayna rəhbərliyi ilə danışıqlara başlayıb. Görüşlərin əsas mövzusu iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi olub. xəbər verir ki, bu barədə "n-tv" məlumat yayıb. Səfər təhlükəsizli
11.05.2026 127 WUF13-də Startap Pavilyonu təqdim olunacaq
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. BİG.AZ "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzind
11.05.2026 177 "Yaxşılığın ‘Y’ hərfi gələndə mənim başımdan "TÜSTÜ ÇIXIR""
Müğənni Nazənin Salayeva açıqlaması ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, həyatından çıxardığı insanlarla bağlı söylədiyi sözlərlə diqqət çəkib. Nazənin Salayeva bildirib ki, artıq əvvəlki kimi hər kəs üçün çalışa
11.05.2026 171 Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır - "Politico"
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, 21-ci sanksiyalar paketinin hazırlanması üzərində işləyir. xəbər verir ki, "Politico"nun yaydığı məlumata görə, bu dəfə əsas diqqət Rusiyanın "kölgə donanması" adlandırılan tanker şəbəkəsinə yönələcək. Həmin tankerlər dünya bazarına Rusiy
11.05.2026 131 20 günün əsgəri vəfat etdi
Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib. BİG.AZ -a istinadla xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib. Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir. Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Əsgər Hüseyn Əsədov bu gün Binə qəbiristanlığınd
11.05.2026 247 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Azərbaycanın avtomobil yollarında mayın 12-də müşahidə ediləcək vəziyyət açıqlanıb.. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarınd
11.05.2026 139 Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı: Polis hərəkətə keçdi
Bakıda 233 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasındakı münaqişə iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq. BİG.AZ xəbər verir ki, bu barədə -a İdarədən bildirilib. Bildirilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir:
11.05.2026 213 WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir. xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyə
11.05.2026 153 Türk Hava Yollarına məxsus təyyarə Katmanduda eniş etdikdən sonra təkər yanğını səbəbindən təxliyə edilib
Türk Hava Yollarına (THYAO.IS) məxsus təyyarənin təkəri, yeni sekme açırNepalın paytaxtı Katmanduda təyyarənin eniş etdikdən sonra alovlanması hava limanının bir saatlıq bağlanmasına səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Airbus təyyarəsindəki bütün 277 sərnişin və 11 heyət üzvü (AIR.PA)
11.05.2026 246