"Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi..." - Fotolar

"Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi..." - Fotolar"Prezidentimizlə görüşdə demək istəyib dilə gətirə bilmədiyim bircə o idi ki, Allah bu torpaqlar uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Mən öz oğlumdan ayırmamışam o igidlərin heç birini. Hər biri mənim balamdır".

Bu sözləri ötən gün Prezident İlham Əliyevlə görüşü gündəm olan Vətən Müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev "Qafqazinfo"ya təəssüratlarını danışarkən deyib:

"Məni kövrəldən o oldu ki, oğlum elə doğma Zəngilanımız, Qarabağımız üçün canından keçdi. İndi o torpaqlarda Prezidentlə görüşürdüm. Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi. Tapşırıq verdi, ayrıca maraqlandılar, tək qoymadılar, çox sağolsunlar.

Samirin müharibəyə getməyi indiki kimi yadımdadır. Dostları ilə görüşə getmişdi. Gördüm ki, zəng gəldi, çağırıb soruşurdular. Dedi ki, saat 8-ə orada olacağam. Mən getdiyi gün bilmişəm ki, adını könüllü yazdırıb müharibəyə gedir. Tərifləmək istəmirəm amma komandiri, döyüş yoldaşları onun döyüşdəki şücaətindən danışırlar".

"Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi..." - FotolarƏ. Sarıyev Samir müharibədə olarkən onunla telefon danışıqlarından birini xüsusi vurğulayıb:

"Biz Zəngilandan köçkün düşəndə böyük oğlum hələ təzə-təzə addım atmağa başlayırdı. Samir isə anasının bətnində idi. Bir neçə ay sonra doğulacaqdı. Qismət olmadı oradakı evimizi o heç görməmişdi. Cəbhəyə gedəndə də anası 5 il idi ki, vəfat etmişdi artıq. Amma əsgərliyini görmüşdü.

Müharibədə olanda zəng vurdu ki, ata, Zəngilandakı evimizin yerini istinad verə bilərsən? Buradayam, tapmaq istəyirəm. Təxmini başa saldım.

Amma Zəngilanda döyüşsə də, dedilər ki, evimizi yenə görə bilməyib. İndi o evin açarını almağımın mənim üçün xüsusi mənası var idi.

Zəngilan şəhərinin mərkəzində küçələrin birinə də Samirin adı verilib. Açılışı dünən oldu".

Şəhid atası sonda onu da bildirib ki, indi böyük oğlu, gəlini və məktəbli nəvəsi Aylinlə Samirin və onun kimi minlərlə şəhidin qanı bahasına qazandığımız Zəngilanda qürurla yaşayacaq.

"Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi..." - Fotolar"Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi..." - Fotolar"Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi..." - Fotolar"Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi..." - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 607   Tarix: 11 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

16:28 161
.

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, saba

15:59 235
.

Hikmət Hacıyev Azərbaycanın İsraillə münasibətlərindən danışdı: "Prinsiplərdən geri çəkilmirik"

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda Azərbaycanın İsraillə münasibətləri və Fələstin məsələsində mövqeyi barədə açıqlamala

12:30 182
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

13:15 285
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 224
.

Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA

Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır

21:15 39
.

"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"

"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona

13:26 160
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

17:23 157
.

"Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"

"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden

16:35 141
.