Kamil Zeynallıya qarşı dələduzluq edən FHN-in sabiq əməkdaşı ilə bağlı qərar verildi
Bakı Apellyasiya Məhkəməsində idmançı Kamil Zeynallı və daha 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Oba Construction" tikinti şirkətinin müdiri Emil Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Emil Ağayev "Instagram"da tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "Oba Construction" MMC adlı şirkətin səhifəsini yaradıb. Sonra Emil insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kampaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşıb.
2022-ci ilin fevral ayının sonunda fitnes məşqçisi Kamil Zeynallı Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində "Aframe" tipli evin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət edib. Emil zərərçəkmişə özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək ona ümumi sahəsi 135 kvadratmetr olan ikimərtəbəli "Aframe" tipli evi 65 000 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib.
Kamil isə ona müxtəlif vaxtlarda ümumilikdə 20 000 manat pul verib. Təqsirləndirilən şəxs tikintiyə cəmi 7 010 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırıb və zərərçəkmişə 12 990 manat ziyan vurub. Cinayət materiallarında qeyd edilib ki, o, zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub.
Məhkəmə istintaqında Emil Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Lakin ayrı-ayrılıqda verilmiş mülki iddiaları qismən qəbul edərək ifadəsində göstərib ki, 2008-ci ildən 2018-ci ilə qədər Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində işləyib. 2017-ci ildən etibarən isə o, tikinti sahəsində fəaliyyət göstərib. Qısa müddət ərzində o öz tikinti şirkətini, yəni "Oba Construction" MMC-ni açıb. Bu şirkəti açmazdan əvvəl Emil uzun müddət fəhlə, usta və baş usta kimi çox yerlərdə işlədiyini söyləyib. Onun şirkətinin əsas fəaliyyəti - fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 873 Tarix: 01 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGecə yuxudan tez-tez oyanmaq hansı problemlərin əlaməti ola bilər?
Gecə ərzində dəfələrlə oyanmaq, yenidən yuxuya getməkdə çətinlik çəkmək və səhər yorğun qalxmaq yuxunun keyfiyyətinə təsir edən problemlərdəndir. Bu hal bəzən stress və gündəlik vərdişlərlə bağlı olsa da, bəzi hallarda yuxu pozuntularının və ya digər sağlamlıq problemlərinin əlaməti ola bilər. BİG.A
14:23 194 Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd
11:14 215 Sabah 28 dərəcə isti olacaq
Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq
15:09 162 Bu Anlaşma Memorandumu təsdiq edildi
"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu" təsdiq edilib. "Qafqazinfo"
17:29 43 Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19.10.2026 429 Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy
19.10.2026 518 İranlı nazir Qərbi Ukrayna ilə bağlı mövqeyinə görə tənqid edib
Qərb ölkələrinin Ukrayna böhranı ilə bağlı yanlış mövqeyi münaqişənin uzanmasına səbəb olub. İranın xarici işlər naziri Abbas Əraqçi Qərb ölkələrini mövcud vəziyyəti düzgün qiymətləndirməyə çağırıb. xəbər verir ki, -nun məlumatına görə, Əraqçi bu barədə rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarda
10:17 199 İlyas Yalçıntaş 10 il həbs oluna bilər
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə bağlı ittiham aktı hazırlanıb. Sənətçi təqsirli bilinərsə, 10 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər. Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı müğənninin evində aparıla
19.10.2026 402 Elçin Əfəndidən "İmtahan sualları çətin idi" deyənlərə SƏRT REAKSİYA
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün il
14:06 204