Gəncləri məhv edən problem: "TikTok beyni"nin simptomları
Sosial medianın gündəlik həyata təsiri günü-gündən artdıqca yeni problemlər də peyda olur.
BiG.AZ medicina.az-a istinadən xəbər verir ki, artıq "TikTok beyni" adlı yeni bir anlayış gündəmə gəlib.
Nevroloqlar sosial şəbəkələrin, xüsusilə də "TikTok"un istifadəçilərin beyninə qalıcı zərərlər vurduğu barədə xəbərdarlıq edirlər.
Nevroloq Dr. Oğuzhan Onultan xüsusilə uşaq, yeniyetmə və gənclərdə müşahidə edilən bu vəziyyətin simptomlarından və ondan xilas olmağın yollarından danışıb.
Mütəxəssisin sözlərinə görə, "TikTok beyni" diqqətin tez-tez yayınması, diqqəti cəmləyə bilməmə problemlərini təsvir etmək üçün istifadə edilən anlayışdır.
"Davamlı olaraq qısa videolara baxmaq beynin sürətli məlumat axınına öyrəşməsinə səbəb olur. Bu da dərin düşünmə tələb edən fəaliyyətlərdə performansı kəskin azaldır", - deyə nevroloq bildirib.
Onun sözlərinə görə, istifadəçilərin qısa videolar paylaşdığı və izlədiyi sosial media platforması olan "TikTok" saniyələr ərzində istehlak edilən məzmunu ilə beynin diqqət müddətini yenidən formalaşdırır. Sürətli məzmun istehlakının beyinə təsirlərini araşdıran mütəxəssislər "TikTok beyni" anlayışını irəli sürüblər.
"Daim qısa, sürətli məlumat bombardmanına məruz qalan fərdlərdə müşahidə olunan diqqətin yayınması və diqqəti cəmləmə qabiliyyətinin azalması günümüzün ən böyük problemlərindən biridir. Beyin daim yeni və fərqli stimullara məruz qaldığından, bu vəziyyət uzunmüddətli diqqət tələb edən işlərdə zəif performansa səbəb ola bilər. Bu mənfi təsirlər akademik sahədən tutmuş sosial münasibətlərə qədər geniş spektrdə özünü göstərir", - nevroloq diqqətə çatdırıb.
O, "TikTok beyni" ilə mübarizə üçün isə bunları tövsiyə edib:
"Valideynlər və pedaqoqlar gənclərin sosial mediadan istifadəsinə nəzarət etməlidirlər. Onlar uzunmüddətli diqqət tələb edən fəaliyyətlərə təşviq edilməlidir. Kitab oxumaq, təbiətdə gəzintilər etmək, incəsənət sahəsində fəaliyyətlərlə məşğul olmaq diqqəti bərpa etməyə kömək edəcək".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1031 Tarix: 14 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571