Günəş vannası qəbul edərkən ehtiyatlı olun - Həkimdən HƏYƏCAN TƏBİLİ

Günəş vannası qəbul edərkən ehtiyatlı olun - Həkimdən HƏYƏCAN TƏBİLİYay mövsümünün gəlişi ilə insanlar dənizə, hovuzlara üz tuturlar. Məqsəd günəş vannası qəbul etməkdir. Günəş vannasının əsas məqsədi dərinin rəngini bir az tündləşdirmək olsa da, bir çoxları ifrata varır. Nəticədə günəş dərilərini yandıraraq fəsadlara yol açır. Bəs günəş vannası qəbul etmək orqanizmə hansı fəsadlar yarada bilər?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Qızartı varsa, dəri artıq zədələnməyə başlayır

Dermatoloq Samirə Teymurova bildirdi ki, günəş altında qalmaq üçün dəri növünüzü bilməlisiniz: "Günəşin ultrabənövşəyi şüalarının təsiri altında dəridə D vitamini sintez olunur. Lakin bu, yüngül qızartıya qədər olanda formalaşır. Qızartı varsa, dəri artıq zədələnməyə başlayır. Dəri soyulana qədər günəş vannası qəbul etmək, yanmaq, qaralmaq düzgün deyil. Abşeron yarımadasında, eləcə də subtropik iqlimi olan regionlarda səhər 10-a qədər və axşam 6-dan sonra günəş şüalarının zərərli təsiri daha azdır. Günəş şüalarının altında ilk öncə 3-5 dəqiqədən başlayaraq 15-20 dəqiqəyə qədər qalmaq olar. Lakin bu tövsiyələr dəri fototipindən asılı olaraq dəyişir".

Dəri xərçənginə səbəb olan günəş

S.Teymurova dedi ki, günəş yanmalarının orqanizmimizə təsirləri müxtəlifdir: "Günəş şüaları ilə dəri yandıqda dərinin erkən qocalması, susuzlaşması, nəmliyinin itirilməsi kimi hallar baş verir. Buna fotoqocalma deyirlər. Məsələn, günəş şüalarına çox məruz qalan rayonlarımızda yaşayan, kənd təsərrüfatı sahələrində çalışan insanlarda daha dərin qırışlar olur, qocalma əlamətləri daha tez görünür. Həmçinin sükan arxasında oturan, yük maşınlarını sürən insanların günəş şüalarına məruz qalan sol tərəfi sağla müqayisədə daha qızartılı, qaralmış olur. İkinci təsir yanıqlardır. Yay vaxtı birinci və ikinci dərəcəli yanıqlarla müraciət edən insanlar çox olur. Birinci dərəcəli yanıq uzunmüddətli qızartının mövcud olmasıdır. İkinci dərəcəli yanıq isə xırda və iri suluqların əmələ gəlməsidir. Uşaqlıqda böyük sahəni əhatə edən yanıq olursa, bu o deməkdir ki, həmin insanlar yaşlananda bədxassəli dəri törəmələrinə namizəddir. Bir zərər də günəş, piqment ləkələrinin formalaşmasıdır. Bu da uzunmüddətli, yaxud effekti olmayan müalicəyə səbəb olur".

Uşaqların gündən qorunması da olduqca vacibdir

Dermatoloqun fikrincə, günəş vannası qəbul edərkən qoruyucu kremlərdən istifadə etmək mütləqdir: "Əgər dəri yanmadan D vitamini sintezi almaq istəyirsinizsə, səhər saat 10-a qədər və axşam 6-dan sonra xüsusi günqoruyucu vasitələrin tətbiqi ilə günəş vannası qəbul edə bilərsiniz. Saat 12-dən 14.00-a qədər ya çətirlərin altında, ya da qapalı sahələrdə olmaq tövsiyə olunur. Hər zaman baş örtükləri, gözdə qoruyucu eynək olmalıdır. Bədənə SPF 30+, 50+ mütləq vurulmalıdır. Üzə 50+ qoruyucu tövsiyə edilir. Bədənə isə 30-50 arası ola bilər. Dərinin rəngi nə qədər ağdırsa, o qədər də yüksək gün qoruyucu faktorlardan istifadə edilməlidir".

S.Teymurovanın sözlərinə görə, uşaqların gündən qorunması da olduqca vacibdir: "Çiyinlər daha çox yanır. Buna görə çalışmaq lazımdır həmin hissəni dəsmal və ya nazik örtüklə bağlasınlar, yaxud qısa da olsa, qolu olan geyimlər geyinsinlər. Uşaqlara diqqət etmək lazımdır. Çünki onlarda da üz hissə, yanaq, burun, çiyinlər daha tez yanır və dəri soyulmalarına səbəb ola bilir. Uşaqlar üçün xüsusi geyimlər var. Başlarında mütləq şapka, panama, kepka, bandana olmalıdır. Uşaqlar üçün də həm üz, həm bədən günəş qoruyucu kremlər mütləq istifadə olunmalıdır".

Bulud gün yanığından qorumur

Həkim qeyd etdi ki, hətta buludlar da günəş yanmasının qarşısını ala bilmir: "Bəzən insanlar hava buludlu olanda və ya sərin görünəndə düşünürlər ki, günəş şüaları yerə gəlib çatmır və yaxud buludlar günəş şüalarının mənfi təsirindən qoruyur. Amma ən çox yanıqlar məhz buludlu havalarda baş verir. Çünki insanlar buludların kölgə saldığını düşünərkən ultrabənövşəyi şüalar asanlıqla yer səthinə gəlib çatır. Bu zaman gizli, yavaş-yavaş yanmalara səbəb olur. Bir də ayılırlar ki, dəri qızarıb, birinci və ikinci dərəcəli yanıqlar əmələ gəlib".

Diş pastası, gənəgərçək, çaytikanı yağı, spirt...

Dermatoloq düşünür ki, yanığa insanların özbaşına müdaxiləsi düzgün deyil: "Əgər dəridə yanıqlar baş veribsə, günəşin təsirinə məruz qalıbsa, zərərçəkəni kölgəyə və ya qapalı yerə çəkmək, uzandırmaq, çoxlu su vermək, soyuq su ilə islatmalar etmək, bəzi yerlərinə 10-15-20 dəqiqə buz qoymaq lazımdır. Amma özünüz müdaxilə etməsəniz daha yaxşıdır. Diş pastası, gənəgərçək, çaytikanı yağı, spirt tətbiq etmək olmaz. Hətta qatıq belə düzgün deyil. Çünki yanıqlar ikinci dərəcəli ola bilər. Dəri səthində yara varsa, bu da ikincili infeksiyaya səbəb olar. Burada təcili tibbi yardıma, dermatoloqa, yanıqlarla məşğul olan mütəxəssisə, həkimə müraciət etmək lazımdır. Günəşdən sonra kremlər tətbiq oluna bilər. Yanan insanlar sonradan mövsümün sonuna qədər qorunmalıdır".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1233   Tarix: 14 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

TOP MP3