Sabiq generalın milyonluq əmlakı satışa çıxarıldı: Oğlu aldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin müsadirə edilmiş əmlakları satışa çıxarılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, müsadirə edilmiş əmlaklardan biri ilə bağlı hərracı Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev udub.
Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən bağ evi hərrac təşkilatı tərəfindən 1 milyon 174 min manata E.Şixəliyevə satılıb. Artıq E.Şixəliyev həmin əmlakın üzərinə qoyulmuş həbs qərarının ləğv edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Hakim müraciəti əsaslı hesab edib. Qərara əsasən, əmlak üzərindən həbs götürülüb.
Sözügedən əmlakın Elgün Şixəliyev üçün xüsusi əhəmiyyətini öyrənmək məqsədilə vəkili Ceyhun Yusifova müraciət edilib. Vəkil bu barədə danışmaqdan imtina edib.
Qeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun özünün və ailə üzvlərinin adına rəsmiləşdirilmiş 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. Prezidentin sərəncamı ilə Mövlam Şixəliyev "general-mayor" rütbəsindən və dövlət təltiflərindən də məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1372 Tarix: 12 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah yağış yağacaq
Azərbaycanda martın 4-də bəzi yerlərdə hava yağıntılı keçəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərd
12:53 219 Elektron siqaretə görə bu qədər cərimə ödəyəcəksiniz
Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbərinə görə, bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikd
14:15 140 Bu gün Od çərşənbəsidir
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. -ın məlumatına görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərində
10:35 178 Gərginlik merin planlarını pozdu
Tbilisi meri Kaxa Kaladze Yaxın Şərqdə gərginlik səbəbindən Əbu-Dabidən geri qayıda bilmir. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı Tbilisi meriyasına istinadla məlumat yayıb. Məlumata görə, paytaxt meri həftəsonu Əbu-Dabidə səfərdə olub. Regionda ABŞ, İsrail v
11:41 199 ABŞ və İsrailin İrana hücumları nəticəsində ölənlərin sayı 800-ə çatır
ABŞ və İsrailin İrana hücumları nəticəsində ölənlərin sayı 787-yə çatıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu haqda İranın dövlət mediası xəbər verib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
15:18 121 "İftar menyusu"nda bu gün
Axşam.az İftar menyusunu təqdim edir:. Göyərtili kartof şorbası. Ərzaqlar:. 3 orta ölçülü kartof (doğranmış). 1 baş soğan. 2 diş sarımsaq. 1 xörək qaşığı kərə yağı + 1 xörək qaşığı bitki yağı. 1 xörək qaşığı un. 5-6 ispanaq yarpağı, keşniş (doğranmış). Yarım dəstə təzə şüyüd və cəfəri. 5-6 stəkan ist
16:21 0 Fujayra limanı hədəfdə - "Saxta bayraq" əməliyyatı planı
İsrailin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Fujayra limanını hədəf alan "saxta bayraq" hücumu planlaşdırdığı iddia edilir. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, kəşfiyyat məlumatlar
11:32 173 CBS News: "İranın qonşularına qarşı qisas hücumları əks nəticə verə bilər və onu daha geniş regional müharibədə tələyə sala bilər"
Altı Fars körfəzi ölkəsi Tehranı ərazilərinə "ehtiyatsız və ayrı-seçkilik etmədən hücumlar"da günahlandırdıqdan sonra ABŞ və İsrailin İrana qarşı müharibəsində neytrallıqlarına son qoymaq üzrə addımlar atdığı görünür. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurası baza
15:51 0 Məzuniyyət ödənişiniz necə hesablanır? İşçilər bunu bilməlidir!
"Məzuniyyət ödənişinin hesablanması işçilərin son 1 ildə əldə etdiyi əməkhaqqı və məzuniyyət haqqı əsasında həyata keçirilir". Bunu BİG.AZ-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib. O, qeyd edib ki, hesablama zamanı əvvəlcə son 1 ildə işçiyə ödənmiş ümumi məbləğ müəyyən edilir və b
15:58 92