Yeniyetməni qınayan aparıcı tənqid olundu
Aparıcı Jalə Həsənli sosial şəbəkələrdə müzakirə yaradıb.
OLAY yazır ki, buna səbəb onun feysbuk statusu olub.
Belə ki, J. Həsənli avtobus dayanacağında ayaqlarını oturacağa qoyan yeniyetmənin fotosunu çəkərək tənqid edib:
"17-18 yaşında hələ böyüməkdə olan bir gənc. Sabah bir körpəyə həyat və tərbiyə verəcək potensial ana. Yaxşı bir oğulun həyat yoldaşı, ömrünü oğluna həsr edən ana-atanın gəlini olacaq qəşəng bir qız…
Əvvəl ayağının birini yuxarı qaldırmışdı, diqqətlə ona baxdığımı görəndə (müəyyənləşdirmək istəyirdim ki, sadəcə keyfi belə istədiyi üçün oturub, yoxsa nəsə problemi var?) mənə etiraz əlaməti olaraq kinayəli gülümsündü və hər iki ayağını da insanların oturduğu oturacağa qaldırdı.
İstədim yaxınlaşam, deyəm ki, gözəlim, sənin yaşında olan gənclər universiteti qazandıqları balla, oxuduqları kitablarla, öyrəndikləri dil bilgiləri ilə fəxr edirlər. İctimai yerdə belə oturuşla fəxr etmək səni ucaltmaz, əksinə ancaq alçalda bilər. Sonra belə başa düşdüm ki, yanında əyləşən xanım anasıdır, onda dərk etdim ki, quyuya su tökməklə quyu dolmayacaq. Bu yaşa qədər belə böyüyən, öz böyüyünə hörmət qoymayan biri başqasına necə hörmət qoysun?
Allah övladlarımızın, subaylarımızın qarşısına ocaqları yandıracaq insanlar çıxarsın, məhv edəcək yox! Gənclərin əksəriyyəti niyə belə oldu ki?
"Azad gənc" anlayışı niyə deqredasiyaya uğradı ki? Dəyərlərimiz niyə xərcləndi ki?".
J. Həsənli ilə eyni fikirdə olanlarla yanaşı, ona qarşı çıxanlar da olub. Əksəriyyət icazəsiz qızın fotosunu çəkib, paylaşdığı üçün onu sərt şəkildə qınayıb. Çoxluq isə yeniyetmənin hərəkətində böyüdüləcək nəsə olmadığını, onun rahatlıq üçün belə etdiyini yazıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1566 Tarix: 02 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ermənistan uzun illər regional kommunikasiyaların məhdudluğundan əziyyət çəkib" - BƏHRUZ QULİYEV
"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən son görüşü göstərdi ki, Azərbaycan-Ermənistan münasibətlərində proses artıq yalnız klassik sülh müqaviləsi çərçivəsində müzakirə olunmur. Söhbət getdikcə daha çox sülhün iqtisadi və nəqliyyat infrastruktur
03.09.2026 339 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT
Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəy
03.09.2026 0 Diabet bir gündə yaranmır: Xəstəliyə aparan əsas vərdişlər
"Fast-food qidaları təkbaşına xəstəliklərin səbəbi kimi qiymətləndirmək düzgün deyil. Bu qidalar xəstəlik riskini artıran amillərdən yalnız biridir. Xüsusilə 2-ci tip diabet və digər metabolik xəstəliklərin yaranması, əsasən, uzun müddət ərzində bir neçə risk faktorunun üst-üstə düşməsi ilə əlaqəlidir"
03.09.2026 268 5 yaşlı qızın mədəsindən qızıl külçə çıxarıldı
Çinin paytaxtı Pekində 5 yaşlı qız qızıl külçə udduqdan sonra xəstəxanaya çatdırılaraq xilas edilib. xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. Hadisə zamanı qızın təxminən 4 santimetr uzunluğunda və 50 qram ağırlığında olan qızıl külçəni oynayarkən udduğu bildirilib
03.09.2026 209 Üç uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ
Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımında
03.09.2026 352 Yasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonunda dəmir konstruksiyadan qanunsuz tikinti aparıldığı iddia edilir. xəbər verir ki, bu barədə sakinlər narazılığını bildirərək, tikintinin hansı əsaslarla aparıldığı və buna kimlərin şərait yaratdığı ilə bağlı suallar ünvanlayıblar. Şikayətçilər iddia edir ki, Yasamal Rayon İcra Hakimiyyətini
03.09.2026 189 Bəzi məktəblərdə dərslər onlayn olacaq
Bu il Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Axşam.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlər
03.09.2026 257 Binədə güclü YANĞIN - VİDEO
Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib. -ın məlumatına görə, yanğın Binə qəsəbəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a bildirilib ki, ərazidə nəzarət altında qurumuş kol-kos yandırılıb
03.09.2026 1 Avstraliya qlobal fəlakət zamanı Yer kürəsinin ən təhlükəsiz yeri hesab edilib
Avstraliya qlobal fəlakət baş verəcəyi təqdirdə Yer kürəsində yaşamaq üçün ən təhlükəsiz ölkə hesab edilib. xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Almaniyadakı Hagen Universitetinin doktoru Florian Ulrich Jähn-in rəhbərlik etdiyi tədqiqatçılar qrupu qlobal fəlakətlərlə bağl
03.09.2026 159