Toyda qonaqlar arasında DAVA

Toyda qonaqlar arasında DAVABərdə rayonunda 1990-cı il təvəllüdlü Mürvət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Ceyhuna xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin mayın 20-də baş verib.

Mürvət Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən "Nəqşicahan" şadlıq sarayında qonaq kimi iştirak etdiyi kiçik toy məclisindən çıxdıqdan sonra həmin şadlıq sarayının qarşısında onunla eyni məclisdə qonaq kimi iştirak etmiş həmkəndlisi Ceyhunun zarafat edərək ünvanına nalayiq ifadələr işlətməsinə əsəbiləşib.

Mürvət Ceyhunun ondan üzr istəməsini tələb etmək, əks təqdirdə ona bədən xəsarəti yetirərək qisas almaq qərarına gəlib. O, yaşadığı Bərdə rayonu, Gərənə kəndinə gedib və evdən məlum olmayaq kəsici-deşici alət götürərək Ceyhunun yaşadığı ünvana gəlib.

Mürvət saat 23 radələrində Ceyhunla evlərinin yaxınlığında qarşılaşıb. Ondan ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda, aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Münaqişə zamanı özü ilə gətirdiyi kəsici-deşici alətlə Ceyhuna bir dəfə zərbə vurub.

Hadisəni törədən Mürvətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mürvət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Bərdə rayonu, Gərənə kəndində yaşayır və bir azyaşlı övladı var:

"Gərənə kəndində əkinçiliklə məşğulam. Zərərçəkmiş Ceyhun həmkəndlimdir. Əvvəl aramızda heç bir dava-dalaş və münaqişə olmayıb. Münasibətlərimiz normal olub".

Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü həmkəndliləri oğluna kiçik toy mərasimi təşkil edib:

"Özüm də, Ceyhun da həmin məclisdə iştirak etdik. Bərdə şəhərində yerləşən "Nəqşicahan" şadlıq evində toy mərasimində yemək yeyib, spirtli içki içdik. Toydan sonra Ceyhun mənə yaxınlaşdı. O, şit zarafat etməyə başladı. Ceyhuna dəfələrlə zarafat etməməyi, bundan xoşum gəlmədiyini desəm də, o, söyüş söyərək zarafata davam etdi. Ceyhunla mübahisə edərkən ətrafdakı tanımadığım şəxslər məni taksiyə mindirdi və yaşadığım kəndə yola saldılar. Evə çatdıqdan sonra Ceyhunun mənimlə etdiyi zarafat və nalayiq sözlər ağlımdan çıxmadı. Yaşadığım evdə saxladığım bıçağı götürərək onun yaşadığı evə yollandım. Ceyhunu yolda gördüm və ona yaxınlaşaraq niyə elə zarafat etdiyini və nalayiq ifadələr işlətdiyini soruşdum. Ceyhun yaxşı elədiyini və məndən xoşu gəlmədiyini dedi. Aramızda olan mübahisə davaya çevrildi. Bir-birimizə yumruqla zərbələr vurduq. Yaşadığım evdən götürdüyüm bıçağı cibimdən çıxardım. Əsəbi halda Ceyhunun qarın nahiyəsinə bir dəfə zərbə vurdum. Sonra qorxduğum üçün oradan qaçdım. Ceyhuna xəsarət yetirdiyim bıçağı da yaxınlıqdakı su arxına atdım və yaşadığım evə getdim. Qısa müddət sonra polis əməkdaşları gəldi və məni Bərdə Rayon Polis Şöbəsinə apardılar".

İş üzrə zərərçəkmiş Ceyhunun sözlərinə görə, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Gərənə kəndində yaşayır və əkinçilik edir:

"Təqsirləndirilən Mürvət mənim həmkəndlimdir. Əvvəl aramızda dava-dalaş olmayıb, münasibətlərimiz normal olub. Hadisə günü təxminən 22 radələrində məclis yekunlaşdı. Şadlıq sarayının qarşısına çıxaraq yaşadığım evə qayıtmaq istəyəndə Mürvəti gördüm və söhbət etdim. Qarşılıqlı zarafat etdik, Mürvət də mənim kimi içkili olub. O, nalayiq ifadələr işlədərək mübahisə etməyə başladı. Ətrafdakı tanımadığım şəxslər Mürvəti taksiyə mindirib evə göndərdilər".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mürvət üç il azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1271   Tarix: 01 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Daşınmaz əmlak üzərində mülkiyyət hüququ: Əsas hüquqlar və qanuni təminatlar

Daşınmaz əmlak üzərində mülkiyyət hüququ şəxsin qanunla müəyyən edilmiş qaydada ona məxsus olan əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini əhatə edir. Bu hüquq mülkiyyətçinin əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində hüquqi hakimiyyətin

13:09 176
.

Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi

Sergen Yalçın Türkiyə Milli Komandasının baş məşqçisi vəzifəsini qəbul etdiyini açıqlayıb. Türkiyə mediasına istinadla bildirir ki, 4 illik razılaşma əldə edildiyini açıqlayan Yalçın deyib: "Ay-ulduz hər şeydən üstündür. Onsuz da yox demək lüksümüz yoxdur". Türkiyə milli komandasının baş məşqçis

20.10.2026 370
.

Həmkarı İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu

14:34 141
.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

15:57 83
.

İraq İrana açılan sərhəd-keçid məntəqəsini bağladı

İraq hökuməti İranla sərhəddə yerləşən Əl-Şib sərhəd-keçid məntəqəsinin fəaliyyətini dayandırmaq barədə qərar verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Reuters" agentliyi keçid məntəqəsindəki iki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Əl-Şib sərhəd-keçid məntəqəsi növbət

12:05 183
.

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin birinci xanımı Bricit Makronun qadın diplomatlarla görüşündə iştirak edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı L.Abdullayeva "X" hesabında paylaşıb. Onun sözlərinə görə, nahar formatında təşkil edilən görü

10:51 240
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

15:32 126
.

Gürcüstan Aİ ilə münasibətləri normallaşdırmaq istəyir

Gürcüstan hakimiyyəti Avropa İttifaqı (Aİ) ilə dialoqa başlamaqda maraqlıdır. xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze TASS-ın məlumatına görə, açıqlama verib. Onun sözlərinə görə, dialoqun baş tutması üçün hər iki tərəf addımlar atmalı, danışıqlar isə siyasi səviyyədə və açı

11:24 187
.

Süni intellektdə yeni mərhələ: Ən güclü deyil, ən səmərəli texnologiya qalib gələcək

Son vaxtlar süni intellektlə bağlı müzakirələrdə bir məqam diqqətdən kənarda qalır. İnsanlar əsasən süni intellektin hansı peşələri əvəz edəcəyindən danışırlar. Halbuki böyük texnologiya şirkətləri artıq başqa bir sualla da üz-üzədirlər: süni intellektdən uzunmüddətli istifadə iqtisadi baxımdan nə dərəcəd

14:09 150
.