"Gənclər asan qazanc yerini bloqerlik etməkdə görürlər"
"Söz yox ki, müasir texnologiya, internet, sosial şəbəkələr, bitməyən-tükənməyən seriallar illərdir ki, dünyanı gətirib evlərimizə. Bütün bunlar gənc nəslin gündəlik həyatına təsirsiz ötmür. Burada təqdim olunan həyatları əksər gənc real həyat hesab edir, onlara oxşamağa, o həyatı yaşamağa çalışır. Ofis, maşın, gözəl geyimlər bəzi gənclərin başını gicəlləndirir. Buna oxşar həyatı yaşamaq ardınca qaçanlar var. Asan qazanc yolu axtarırlar. Məsələn, indi seriallardakı görüntülərdən təsirlənən bəzi qızlar bloqer olmaqla məşhurlaşmaq, hamının diqqətinin öz üzərində olmasına çalışır. Hansı ki, bloqer sözünün hərfi mənasını, onun fəaliyyətinin nədən ibarət olduğunu anlamır. Məgər gedib restoranda yemək yeyib paylaşmaq bloqerlikdir. Yoxsa hansısa geyimi alıb paylaşmaq bloqerlikdir? Bu sahə geniş araşdırmalar tələb edən bir sahədir".
Bu sözləri BiG.AZ-A sosioloq Mətanət Məmmədova deyib.
O bildirib ki, əslində əsl bloqerlər araşdırıb insanlara gözəl, faydalı olanları təqdim edir. Lakin bunu bacarmaq lazımdır axı. Buna təhsil, dünyagörüş lazımdır. Çox təəssüf ki, bu gün ölkəmizdə faydalı kontent formalaşdıran çox az bloqer var.
"Dediyimiz kimi, beləliklə də maddiyyata üstünlük verən gənclər yetişir. Lakin qeyd etməmək bizim üçün günah olar ki, sevgini madiyyatdan üstün tutan gənclərimiz çoxdur. Onlar belələrinə nümunədirlər. Maddiyyatı düşünən qızlar bilməlidir ki, bu, bir anda yaranmır. Gözəl təhsil almaq, ailə qurmaq, həyat yoldaşı ilə əl-ələ verib gözəl bir həyat yaşayan minlərlə gəncimiz var.
Asan yola qaçmaq özünü gülünc hədəfinə çevirməkdən başqa bir şey deyil.
Anlamaq o qədər çətin deyil ki, seriallarda, sosial şəbəkələrdə təqdim olunanlar əlbəttə ki, yaxşı şəkildə olmalıdır ki,tamaşaçı toplaya bilsin. Lakin bunlar real həyat deyil. Real həyatda bu cür yaşayanlar da var, bundan fərqli olanlar da. Qaldı toyları biznes sahəsinə çevirənlərə, bunu da hər kəsə şamil etmək olmaz. Çünki toya övladının yeni həyata qədəm qoyması kimi baxan və bu mərasimlə heç bir qazanc əldə etməyi düşünməyən yüzlərlə insan var. Bu, düşüncə tərzidir. Dediyimiz kimi, kim serialla real həyatı qarışdırırsa, gözəl yaşamağı özünü əziyyətə verməkdə deyil, asan yollarda axtarırsa, toya da biznes sahəsi kimi baxır, Burada marağı övladının xeyir işi deyil, topladığı məbləğ olur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 714 Tarix: 21 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTorpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA
Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr
22.10.2026 249 Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,
22.10.2026 338 Yaşayış binalarında elektrik sobalarına keçid tələbi
Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı
22.10.2026 303 Ermənistan Rusiyadan uzaqlaşır: Azərbaycanla münasibətlər PRİORİTETDİR
"Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz". Bunu Ermənistanın "Respublika Naminə" partiyasının sədr müavini Ruben Mehrabyan deyib. "Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağ
22.10.2026 269 Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır
"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti
22.10.2026 213 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib
"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı
22.10.2026 140 Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22.10.2026 190 "Həzi Aslanov"dakı təmir yekunlaşdı
Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu
22.10.2026 303 Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında
22.10.2026 237