"Söyüş müxalifəti"nə məlumat və pul ötürən məmurlar kimlərdir? - DETALLAR

"Söyüş müxalifəti"nə məlumat və pul ötürən məmurlar kimlərdir? - DETALLARAvropa paytaxtlarında qala bilmək, qondarma "mühacir ömrünü" uzatmaq üçün Azərbaycana qarşı bütün siyasi oyunlarda iştirakçı olan "söyüş müxalifəti" daxilində ifşa prosesi başlayıb. Qarşılıqlı ittihamlardan bəlli olur ki, guya təqib olunan və buna görə "mühacir" etmiş bu kəslər "demokratiya", "insan haqları" kimi məsələlərin arxasına sığınaraq, şantaj yolu ilə pul qazanır və bir çox hallarda hakimiyyət daxilində hansısa oliqarx məmurun sifarişlərini yerinə yetirirmiş. Əslində "söyüş müxalifəti"nin ən "parlaq" dövründə - 2018-2019-cu illərdə onların sifariş yerinə yetirdiyi, həm xaricdəki anti-Azərbaycan qüvvələrə, həm də ölkə daxilində müəyyən qruplara işlədiyinə dair fikirlər vardı. İndi bu, özlərinin çəkişməsində faktlarla ortaya çıxır.

"Bloger" olduğunu iddia edən Tural Sadıqlı bildirib ki, "hakimiyyətlə bağlı problemlər daxili məsələdir və şikayəti əcnəbilərə yox, hakimiyyət nümayəndəsinə etməliyik". Bu, "söyüş müxalifəti"ndə səslənən ilk normal fikir kimi qəbul edilə bilər, lakin bu fikrin Tural Sadıqlı tərəfindən səslənməsi suallar yaradır. Axı o, sırf Avropa paytaxtlarında qalmaq üçün erməni diasporu ilə belə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmiş şəxsdir, o zaman, bu tranformasiyanın səbəbi nədir?! Məhz səbəb axtarışı "söyüş müxalifəti"nin bir-birini ifşa etməsi ilə nəticələndi.

T.Sadıqlının "çevrilməsi"nin səbəbləri eyni qrupun digər bir üzvü Surxay Lətifovun sosial şəbəkə hesabında yazdıqları fonundan aydın olur. S.Lətifov yazır ki, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı blogerlərə qarşı araşdırma başlayıb: "Məsələ bundadır ki, həmin blogerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pul vermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. ndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır".

Almaniyada yaşayan Əfqan Muxtarlı da məsələ haqda yazıb. Bildirib ki, Azərbaycan hakimiyyəti Avropda olan bəzi blogerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib: "Hətta deyilənə görə bir bloger şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir. Xüsusən Avropada bunu bağışlamırlar. Həm də inanmıram ki, Almaniya bazarlığa gedə, Azərbaycan hökuməti iddiadan geri çəkilsə, almanlar işi bağlaya. Bağlamazlar".

Bu açıqlamardan məlum olur ki, indiyə qədər Azərbaycana qarşı söyüşlər hesabına Avropa paytaxtlarında "yaşamaq hüququ" alan bu kəslərin sonu çatıb. Artıq Almaniya onların hüquqi müstəvidə ifşasına başlayıb və "söyüş müxalifəti"nin bir çox üzvü ən yaxşı halda deportasiya olunacaqlar. Bunu bilən Tural Sadıqlı da "problemləri hakimiyyət nümayəndəsinə deməliyik" çıxışı ilə indidən özünü sığortalamağa çalışır.

Əfqan Muxtarlının yazdıqlarından isə yeni faktlar ortaya çıxıb.

1. Almaniyada istintaqdan qaçan "söyüş müxalifəti"nin üzvləri var, lakin onların Azərbaycana qayıdışına da icazə verilmir;
2. "Söyüş müxalifəti"nin üzvləri arasında hansısa məmurla (ad çəkilmir) əməkdaşlıq edənlər olub;
3. "Söyüş müxalifəti"nə məlumat ötürən şəxslər elə məlumatı verdiyi şəxslər tərəfindən pul müqabilində - 5-10 min avroya satılıb;
4. "Söyüş müxalifəti" Azərbaycanda hansısa məmurun sifarişi ilə digər məmurlara qarşı qarayaxma kampaniyası aparıb;

Tural Sadıqlı isə Əfqan Muxtarlı başda olmaqla onun haqqında danışanların hamısını "Azərbaycan hakimiyyətinin adamı" adlandırıb, hətta Əli Kərimli və İsa Qəmbərin də ona qarşı prosesdə maraqlı olduğunu iddia edib.

Əfqan Muxtarlı da Tural Sadıqlıya cavabında onun hansısa məmurla görüşdüyünü iddia edib.

"Sual verirəm, sən, Tural Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətci, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində?", - Muxtarlı yazır.

"Söyüş müxalifəti"nin daxili qarşıdurması və bir-birini ifşa etməsində əsas diqqətçəkən məqam Azərbaycanda hansısa məmurların bu şəxslərdən hansısa məqsədlə üçün istifadə etməsidir. Əslində yaxın keçmişdə "söyüş müxalifəti"nin fəaliyyətinə nəzər yetirdikdə bu ehtimal həmişə ön planda idi. Çünki onların açıqladığı faktlar və yaydıqları məlumatlar sıradan deyildi, bunların "içəridən ötürüldüyü" aydın görünürdü. Hətta mediada konkret adları çəkilən məmurlar da vardı. Misal üçün, Ramiz Mehdiyev, Eldar Həsənov, Ekdar Mahmudov və digərlərinin "söyüş müxalifəti"nə informasiya ötürdüyü, onlardan daxildə "rəqib" kimi gördüyü məmurlara qarşı istifadə etdiyi haqda məlumatlar olub.

Hərçənd, Azərbaycanda aparılan kadr islahatlarından sonra, xüsusilə 2020-ci ildə bu məsələlərə son qoyulduğu görünürdü. Mediada aparılan islahatlar və şəffaflığın təmin edilməsi də "söyüş müxalifəti"ni "çörəksiz" qoymuşdu. Əfqan Muxtarlı və Tural Sadıqlının qarşıdurması, səsləndirdikləri ittihamlar isə hansısa məmurun, yaxud məmurların hələ də "köhnə üsullar"dan istifadə etdiyinə dair şübhələr yaratdı. Onlarla əməkdaşlıq edən məmurlar kimlərdir, bu məmurların məqsədi nədir, informasiyanı hansı formada ötürürlər? Bu cavabsız qalan suallardır. Keçmiş təcrübə göstərir ki, bu halın davam etməsi təkcə hakimiyyət üçün yox, dövlət üçün də təhlükə yaradır. Çünki "söyüş müxalifəti" xaricdə erməni diasporu/lobbisi də daxil olmaqla anti-Azərbaycan dairələrin əlində alətə çevrilib. Hansısa məmurun hansısa marağı üçün onlarla əməkdaşlıq etməsi birbaşa dövlətə qarşı atılan addımdır. Və istisna deyil ki, Muxtarlı ilə Sadıqlının qarşıdurmasında ortaya çıxan nüanslar yaxın zamanda həmin məmurların da ifşasına səbəb olacaq. (Publika.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 30 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zelenski ordu rəhbərliyi ilə görüşdü: Yeni qərarlar hazırlanır

Ukrayna Prezidenti Volodimir Zelenski son günlər ordu rəhbərliyi ilə bir sıra məsləhətləşmələr apardığını və bu istiqamətdə yeni qərarlar hazırlandığını bildirib. xəbər verir ki, Zelenski bu barədə videomüraciətində danışıb. "Son iki gündə çoxlu məsləhətləşmələr olub. Təbii ki, insanların nə dediyin

17:30 138
.

Dəhşət: göldə əlini yumaq istəyən oğlanı timsah diri-diri uddu

Hindistanda baş verən dəhşətli hadisə hər kəsi sarsıdıb. xəbər verir ki, 12 yaşlı oğlan gölün kənarında əlini yumaq istəyərkən timsahın hücumuna məruz qalıb. Yırtıcı uşağı suya çəkərək parçalayıb. Hadisə ətrafdakı şəxslərin gözü qarşısında baş verib və bununla bağlı yayılan görüntülər yaılıb

21:00 0
.

Macarıstanda seçki yaşı 16-ya endirilə bilər: Baş nazir təklif etdi

Macarıstanın Baş naziri Peter Madyar ölkədə seçkidə iştirak üçün yaş həddinin hazırkı 18-dən 16-ya endirilməsini təklif edib. xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində paylaşım edib. "Əminəm ki, bu gün 18 yaşdan kiçik şəxslərin böyük əksəriyyəti ümumi qərarların qəbulunda iştira

18:00 132
.

Vuçiç: Serbiyada insanabənzər robotların istehsalı zavodunun açılışı avqustun 29-da keçiriləcək

Serbiya Prezidenti Aleksandar Vuçiç avqustun 29-da Şabats şəhərində insanabənzər robotların istehsalı zavodunun açılışının olacağını bildirib. "Report"un Balkan bürosunun məlumatına görə, A. Vuçiç bu barədə "Informer"ə açıqlamasında danışıb. "Səhv etmirəmsə, avqustun 29-da Şabatsd

18:45 106
.

Avqust ayının qeyri-iş günləri- TƏQVİM

Avqust ayında Azərbaycanda ümumilikdə 10 qeyri-iş günü var. Avqust ayında rəsmi bayram və ya hüzn günü olmadığı üçün qeyri-iş günləri yalnız şənbə və bazar günlərindən ibarətdir. Qeyd edək ki, beşgünlük iş həftəsi ilə işləyənlər üçün avqust ayında 10 qeyri-iş günü, 21 iş günü olacaq. Altıgünlük iş həftəs

00:52 361
.

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ələt qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatınd

21:39 0
.

Ətin qiyməti BAHALAŞDI? Quzu ətində SON QİYMƏTLƏR AÇIQLANDI

Bazarlarda satışa çıxarılan quzu ətinin qiyməti heyvanın çəkisi və növündən asılı olaraq dəyişir. xəbər verir ki, satıcıların sözlərinə görə, 17-20 kiloqramlıq quzuların əti əsasən 20-21 manata təklif olunur. Çəkisi 10-12 kiloqram olan əmlik quzuların əti isə daha baha satılır və qiyməti 23-25 manat

08:36 261
.

Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi

Böyük Britaniyanın dəmir yolu infrastrukturunu idarə edən "Network Rail" dövlət şirkəti buxar mühərrikli qatarların hərəkətini qadağan edib. Buna səbəb "Harri Potter" filmlərindəki məşhur qatarın təbiətdə yanğına yol açması və bununla əlaqədar yaranan təhlükəsizlik narahatlıqlarıdır

10:15 190
.

Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR

2026-cı ilin yanvar-iyun ayları ərzində 20 247 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Onların 54,64%-ni kişilər, 45,36%-ni isə qadınlar təşkil edi

01:01 256
.

TOP MP3