Tağı Əhmədova qarşı iki milyonluq dələduzluq işi yenidən məhkəmədə

Tağı Əhmədova qarşı iki milyonluq dələduzluq işi yenidən məhkəmədəBakı Ağır Cinayətlər Məhkəməsində Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova iki milyon manat dələduzluq edən Sahil Nasir oğlu Abuşovun məhkəmə prosesi başlayır.

Musavat.com-un məlumatına görə, məhkəmə hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.

Cinayət işində Dağıstan Şaban oğlu Əzimov, İnqilab Dadaş oğlu Nəzərov və Orxan Asəf oğlu Piriyev zərərçəkmiş qismində tanınıblar.

İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin iki milyon manatını ələ keçiriblər. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən şəxs məhkəmə dövründə azadlıqda olub. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb və onun işi üzrə artıq hökm çıxarılıb.

Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov iki milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

İş materiallarında iddia olunur ki, təqsirləndirilən Səadət Xəlilov iki milyon manatı 200 min, 800 min və bir milyon manat olmaqla, üç dəfəyə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyevdən alıb. Zərərçəkmiş qismində Soltan Əliyev tanınıb. O, Tağı Əhmədovun dostudur.

Səadət Xəlilov isə bildirib ki, o, pulu Tağı Əhmədovdan alıb, Soltan Əliyev sadəcə vasitəçilik edib:

"Tağı Əhmədov pulu sələmlə vermişdi, əvəzində ona aylıq faiz ödəyirdi".

Tağı Əhmədov özü də bu iş üzrə istintaqda şahid qismində dindiriləndə pulun ona məxsus olduğunu etiraf edib.

Səadət Xəlilov və vəkili dəfələrlə məhkəmədə vəsatət qaldırıb ki, Tağı Əhmədov çağırılıb dindirilsin. Onunla Səadət Xəlilov arasındakı telefon danışıqları araşdırılsın. Lakin məhkəmə bu vəsatətləri təmin etməyib. Təqsirləndirilən şəxs və vəkili də bundan narazı qalıb.

Səadət Xəlilovun vəkili məhkəmədə bu işi araşdıran hakimlər kollegiyasına etiraz verib.

Vəkil bildirib ki, məhkəmədə bu cinayət işinin obyektiv, hərtərəfli araşdırılması, Səadət Xəlilovun müdafiəsi məqsədilə verilən vəsatətlərin heç biri təmin olunmayıb. İş üçün çox əhəmiyyətli olsa da, Tağı Əhmədov dindirilməyib:

"Verilən vəsatətlərin heç biri təmin olunmadı. Davamlı olaraq, bu prosesdə ədalətli məhkəmə araşdırması hüququ pozulur. Məhkəmə əvvəldən öz mövqeyini ortaya qoyur ki, nəyin bahasına olursa olsun, Səadət Xəlilov haqqında ittiham hökmü çıxarılacaq. İfadələrdə dəfələrlə Tağı Əhmədovun adı keçir. İş materiallarında da özünün ifadəsi var. Amma müsahibəsində deyir ki, mən istintaqa çağırılmamışam, həmin ifadəni şübhə altına alır. Buna baxmayaraq, məhkəmə onu çağırıb dindirməkdən imtina edir. Aydınlaşdırmalıdır ki, iş materiallarındakı ifadə kimindir".

Qeyd edək ki, Tağı Əhmədov sələmlə pul verməsi, pulu qaytara bilməyəndə isə Səadət Xəlilovu YAP-ın binasında döyməsi haqda Səadət Xəlilovun ifadələri mətbuatda yayılandan sonra "qaynarinfo" saytına müsahibə vermişdi.

Həmin müsahibədən sitat:

"Heç kəsi döyməmişəm. Döysəm də, düz etmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir.

Vaxtilə bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Mən də iki milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən iki mini ona verməyə razılaşdım. Bu culfalı da Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. İki milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər.

Dedilər ki, pul yoxdur. Pul gedib Qazaxıstana. Orada da batıb. Onu Soltanla birlikdə yanıma çağırdım. Cavab verdi ki, pulu qaytarmaq heç cür alınmır. Dedim, alınmırsa, qardaş, sən məni aldada bilmərsən axı! Pulu qaytar. İndi Soltanı mənim pulumla aldadanların hər üçü məhkəmədədir. Hər üçünə 8-10 il həbs verəcəklər. Nə qədər verirlər, qoy versinlər. Bu dəqiqə mən bu məsələ ilə heç məşğul da olmuram".

Məhkəmənin hazırlıq iclası mayın 27-də keçiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov doqquz il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətini bir il azaldaraq səkkiz ilə endirib. Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 975   Tarix: 24 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA

İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə

16:36 115
.

Rusiya Ermənistanın AİB üzvlüyünün dayandırılması ilə bağlı hesabatı araşdırmayıb

Moskva hələ də Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dayandırılmasının mümkün mənfi nəticələrinə dair hesabatı nəzərdən keçirməyib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə istinadən Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. "Xeyr, biz onu nəzərdən keçirməmişik",

10:48 172
.

Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik

"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana

13:47 228
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

11:47 242
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

16:44 133
.

Gürcüstanın Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi bəlli oldu

Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabişvili Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndə təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb. Kanalın Baş nazir İrakli Kobaxidzenin açıqlamasına istinadən yaydığı məlumata görə, Rusiya ilə münaqişəni

10:44 184
.

"Atam məni qəbul etmədi, öləndə də danışmadı"

Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:. "Saç ağartmaqdan qorxanla

21.10.2026 490
.

Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür

2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda

11:56 258
.

Prezidentin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu

Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın

12:29 187
.