"Ancaq qadın uşaqların qulluğunda durmalıdır" deyə bir şey yoxdur" - Sosioloq
Deputat Tahir Rzayev Milli Məclisin plenar iclasında Ailə Məcəlləsinə ailəli, uşaqlı qadınların işə 1 saat gec gəlib, işdən 1 saat tez getməsini təmin edən maddənin salınmasını təklif edib.
Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu, ənəvəni patriarxal cəmiyyət üçün verilən təklifdir."Ancaq qadın kişinin qulluğunda durmalıdır" və ya "ancaq qadın uşaqların qulluğunda durmalıdır" deyə bir şey yoxdur. Bunun əvəzinə qadınların işlədiyi böyük müəssisələrdə hər müəssisənin uşaq bağçaları olmalıdır:
"Hesab edirəm ki, millət vəkilinin səsləndirdiyi bu fikir mübahisələnə bilən məsələdir. Sanki bu, ənəvəni patriarxal cəmiyyət üçün verilən təklifdir. "Ancaq qadın kişinin qulluğunda durmalıdır" və ya "ancaq qadın uşaqların qulluğunda durmalıdır" deyə bir şey yoxdur. Güman edirəm ki, bu, ənənəvi cəmiyyət üçün verilən təklifdir. Qadınların bu məqamlara görə 1 saat işə gec gəlib 1 saat tez getməyi bu arqumentlərlə əsaslandırıla bilməz. Hesab edirəm ki, diferensial iş rejiminin tətbiq olunması məqsədəuyğun deyil. Ailədə hər iki tərəfin həm kişi, həm qadının müştərək hüquqları və öhdəlikləri var. Bunun əvəzinə təklif edərdim ki, qadınların işlədiyi böyük müəssisələrdə hər müəssisənin uşaq bağçaları olsun. Qadın və ya kişi uşağı gətirib bağçaya qoysun, gedəndə də özü ilə apara bilsin. Bu baxımdan qadınların uşağı qidalandırmaq üçün qanunla verilən vaxt rejimləri var. Həmin müddətdə işlədiyi müəssisədə olan uşaq bağçasına tez-tez baş çəkə bilir. Bu həm müəssisənin keyfiyyətini təmin edir, həm qadınlara rahat olur. Ona görə təklif edirəm ki, böyük müəssisələrdə bağça yaradılsın və qadınlar uşaqları bura gətirsin. Evdə əmək bölgüsü patriarxal və ənənəvi cəmiyyət prinsipi ilə bölünməli deyil. "Uşağa yeməyi ana hazırlamalıdır" və ya "kişiyə qadın qulluq etməlidir" köhnə təsəvvürdür. Bu yanaşma ilə qadınların iş rejiminin dəyişməsi indi dövrün çağırışına cavab verən təşəbbüs deyil".
Sosioloq əlavə edib ki, Əmək məcəlləsində qadınların xeyrinə güzəştlər onsuz da var:
"Bundan başqa da işləyən uşaqlı qadınlarla bağlı əmək məcəlləsində güzəştlər var. Əmək məcəlləsində poztiv diskriminasiya, yəni qadınların xeyrinə güzəştlər var. Qadın əməyinin qadağan olunduğu iş yerləri, qadınların gecə işlərinə cəlb edilməsi ilə bağlı qadağalar var. Hətta uşaqların yedizdirilməsi üçün fasilələr var. Ancaq işə 1 saat gec gəlib 1 saat tez gəlməsi təklifi gündəm kəsb etmir. Hamilə və uşağı olan qadınlara görə kifayət qədər güzəşt var. Biz bu baxımdan aparıcı ölkələrlə rəqabət qabiliyyətli qanunvericilik bazasına malikik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 846 Tarix: 24 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA
İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə
16:36 115 Rusiya Ermənistanın AİB üzvlüyünün dayandırılması ilə bağlı hesabatı araşdırmayıb
Moskva hələ də Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dayandırılmasının mümkün mənfi nəticələrinə dair hesabatı nəzərdən keçirməyib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə istinadən Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. "Xeyr, biz onu nəzərdən keçirməmişik",
10:48 172 Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik
"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana
13:47 228 Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
11:47 242 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
16:44 133 Gürcüstanın Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi bəlli oldu
Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabişvili Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndə təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb. Kanalın Baş nazir İrakli Kobaxidzenin açıqlamasına istinadən yaydığı məlumata görə, Rusiya ilə münaqişəni
10:44 184 "Atam məni qəbul etmədi, öləndə də danışmadı"
Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:. "Saç ağartmaqdan qorxanla
21.10.2026 490 Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür
2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda
11:56 258 Prezidentin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu
Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın
12:29 187