Yayda isti çay içməyin zərərləri nədir ?

Yayda isti çay içməyin zərərləri nədir ?Çay Azərbaycan xalqı üçün ən sevimli içkidir. Yay qış demədən çay insanların ağlına gələn, susuzluğun ən yaxşı dərmanıdır. Dünya statistikasına əsasən, ən çox çay içən insanlar azərbaycanlılardır. Yayda isti çay içməyin zərərləri nədir ?

Mövzu ilə bağlı BiG.AZ-a qida üzrə ekspert Ağa Salmanov açıqlama verib.

O bildirib ki, çay dünyada əhəmiyyətli sayda insan tərəfindən istehlak edilən ən məşhur içkidir və bu baxımdan sudan sonra ikinci yerdə gəlir.

"Çayın tərkibində insan orqanizminə bir çox cəhətdən təsir edə bilən 4000-dən çox kimyəvi birləşmə var. Güclü antioksidant xüsusiyyətlərinə görə çay orqanizmdə gedən qocalma proseslərini ləngidir, ürək-damar sistemini qoruyur, bir çox xəstəliklərin, o cümlədən xərçəngin inkişafının qarşısını alır. Amma çox çay icmək zərərlidir. Hər şeyin artığı bədənə ziyandır. Yüksək hərarət zamanı isti tünd çay ziyanlıdır və hərarətin daha da artmasına səbəb ola bilər. Çox isti, qaynar çay içmək olmaz. Belə çayın daim istehlakı boğaz, qida borusu və mədə xərçənginə səbəb ola bilər. Mütəxəssislərdən tövsiyə — çay dodaqlarınızı yandırmırsa, içə bilərsiniz. Əks halda soyumasını gözləyin.Yatmazdan bilavasitə əvvəl çay içməyin. Çayın tərkibində olan kofein sinir sistemini "oyadır" və bu da yuxuya getməyə mane olur. Digər tərəfdən çay sidikqovucu təsirə malikdir ki, bu da gecə rahat yatmağa əngəl ola bilər. Qida qəbulundan dərhal sonra çay içməyin. Bu zülalların və dəmirin mənimsənilməsini pisləşdirir. Spirtli içkilərdən sonra çay içmək olmaz. Bu böyrəklər üçün çox ziyanlıdır. Axşamdan qalan çayı içməyin. Belə çayda artıq faydalı maddələr qalmayıb, mikrobların sayı isə əksinə çoxalıb. Dərmanın üstündən çay içməyin. Bu dərmanların mənimsənilməsinə mane olur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1016   Tarix: 24 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan: Rusiya ilə münasibətlərdə vəziyyət dəyişməyib

Rusiya ilə Ermənistan arasında münasibətlər heç vaxt soyuq olmayıb və bu gün də vəziyyət dəyişməyib. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Sputnik Armenia onun açıqlamasını Telegram kanalında yayıb. Nəşrin Paşinyanın sözlərinə istinadən verdiyi məlumata görə, diplomati

10:52 175
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 408
.

Başqalarına kömək edirsizsə, gəncsiniz

Başqalarına dəstək olmaq təkcə sosial münasibətləri gücləndirmir, həm də beyin sağlamlığı ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Corctaun, Emori və Viskonsin-Medison universitetlərinin tədqiqatçıları başqalarına yardım etmək ilə beynin bioloji yaş göstəricilər

15:08 153
.

Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?

Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini

13:51 206
.

Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir

Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini

21.10.2026 459
.

Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır

Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu

14:38 179
.

"Həzi Aslanov"dakı təmir yekunlaşdı

Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu

14:47 206
.

Meksikada sirli məxluq kameraya düşüb

Meksikanın Çivaua ştatında sakinlər sirli ağ yırtıcının peyda olduğunu bildiriblər. İddialara görə, heyvan fermerlərin təsərrüfatlarına girərək toyuq və dovşanları aparır. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Məşhur paranormal tədqiqatçı Jaime Maussanın açıqlamalarında

11:18 270
.

Səudiyyə Ərəbistanına hücum: Misirdən SƏRT REAKSİYA

Misirin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd hava limanına çərşənbə günü edilən hücumu pisləyib. Hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin bəyanatında Səudiyy

15:30 172
.