Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA

Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) bit xəstəliyinin tüğyan etdiyi iddia olunur. Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

Bizim.Media məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb.

Penitensiar Xidmətin mətbuat katibi Tanrıverdi Mustafayev cavab olaraq bildirib ki, qeyd edilənlər həqiqəti əks etdirmir:

"Bütün penitensiar müəssisələrdə mütəmadi olaraq məhkum və həbs edilmiş şəxslərin saxlandığı kameralarda, yataqxanalarda və digər yaşayış yerlərində mütəmadi olaraq sanitar-gigiyena və əksepidemik tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir və nəzarətdə saxlanılır".

O qeyd edib ki, Bakı istintaq təcridxanasında qadınların saxlandığı hər bir kamerada duş qəbul etmək üçün isti və soyuq su ilə təmin edilmiş hamam avadanlıqları və sanitar-gigiyena qaydalarına cavab verən sanitar qovşaqlar mövcuddur:

"Həbs edilmiş şəxslərə həftədə bir dəfədən az olmayaraq, havaların isti keçdiyi dövrlərdə daha tez-tez hamam və ya duş qəbul etmək üçün şərait yaradılır. Penitensiar müəssisələrdə saxlanılan qadınlar qanunvericilikdə nəzərdə tutulmuş xüsusi gigiyena ləvazimatları ilə təmin edilirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 959   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xiaomi 18 Pro necə olacaq? - Yeni flaqmanın əsas xüsusiyyətləri məlum olub

Hələ rəsmi təqdim olunmayan Xiaomi 18 Pro modeli ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Tanınmış insayder Digital Chat Station cihazın əsas texniki xüsusiyyətlərini açıqlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, Xiaomi 18 Pro 6,4 düymlük ekran və bütün tərəflərdə ultra nazik çərçivələrlə təchiz olunacaq

21.07.2026 166
.

Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

Azərbaycan Respublikasının "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur. BİG.AZ xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq

21.07.2026 209
.

Diş ağartma dişlərdə həssaslıq yaradırmı? - STAMATOLOQDAN AÇIQLAMA

Son illər estetik görünüşə marağın artması ilə diş ağartma prosedurlarına müraciət edənlərin sayı da çoxalıb. Lakin bu prosedurdan sonra bəzi insanlar isti, soyuq və ya şirin qidalara qarşı diş həssaslığının artdığını bildirirlər. Bəs diş ağartma həqiqətən həssaslığa səbəb olurmu, bu hal müvəqqətidirmi

21.07.2026 227
.

Niyə bəşəriyyət hələ də yadplanetlilərlə əlaqə qurmayıb? - Alimlər 6 səbəb açıqladı

Onilliklər ərzində aparılan yad sivilizasiyaların axtarışlarına baxmayaraq, bəşəriyyət Yer kürəsindən kənarda ağıllı həyatın mövcudluğuna dair inandırıcı sübut əldə edə bilməyib. Qaynarinfo-nun məlumatına görə, "Popular Mechanics" nəşrinin yazdığına görə, getdikcə daha çox alim hesab edir ki

21.07.2026 127
.

Hind bəylə, azərbaycanlı qızın Qubada 7 gündür davam edən toyu

Qubada hindistanlı bəylə azərbaycanlı gəlinin təmtəraqlı toyu keçirilib. Axşam.az xəbər verir ki, hindistanlı Saad adlı bəy azərbaycanlı Ağgül adlı xanımla ailə həyatı qurub. Cütlüyün Qubada keçirilən toy mərasimi 7 gün davam edib. Tədbirin kulminasiya nöqtəsi isə ötən gün baş tutan nikah mərasimi olub

21.07.2026 357
.

Çevik iş vaxtı rejimi hansı sahələrə və kimlərə şamil ediləcək?

"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəs

21.07.2026 215
.

Azərbaycanda çevik iş vaxtı rejimi tətbiq olunacaq - İşçiləri nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin tətbiqi planlaşdırılır. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında da öz əksini tapıb. Sənədə əsasən, əvvəlcə beynəlxalq təcrüb

21.07.2026 329
.

İsrail kəşfiyyatı hesab edir ki, İran nüvə sentrifuqlarını Pikaks dağına yerləşdirib

"The Wall Street Journal" ın bazar ertəsi İsrail və ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, İran ötən payız minlərlə uran zənginləşdirmə sentrifuqası Pikaxe dağının dərinliklərindəki yeraltı qurğulara köçürülüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, iyun ayında 12 günlü

21.07.2026 175
.

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların ən çox üz tutduğu ölkələr, universitetlər və ixtisas istiqamətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Dövlət Proqramı İdarəetmə Qrupundan bildirilib ki, 2019-2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində iştirakçıların ən çox təhsi

21.07.2026 117
.

TOP MP3