Rusiya Fransanı terrorçu dövlət elan edə bilər - EKSPERT RƏYİ

Rusiya Fransanı terrorçu dövlət elan edə bilər - EKSPERT RƏYİRusiya Fransanı terrorçu dövlət elan edə bilər.

BiG.AZ xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı politoloq, təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov bildirib.

Onun sözlərinə görə, Fransa səfirinin bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinə çağırılması təsadüfi olmayıb: "Çox güman ona nota təqdim olunub. Bütün bunlar Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevin Fransanın "Crocus"da törədilən terror aktında əli olması ilə bağlı bəyanatı fonunda baş verir. Əlbəttə ki, burada əsas diqqət Fransanın üzərinə yönəlir. Əgər Parisin "Crocus" terrorunda əlinin olduğu sübut olunsa, Rusiya faktiki olaraq Fransanı terrorçu dövlət elan edə bilər. Bəziləri Moskvanın Fransanı terrorun arxasında dayanmaqda ittiham etməsini əsassız hesab edirlər. Baxın, Təhlükəsizlik Şurasında ikinci şəxs boş yerə, söz xətrinə belə şey deyə bilməz. Çox güman ki, o, artıq Rusiya xüsusi xidmət orqanlarının "Crocus" terroru ilə bağlı hesabatlarını, məruzələrini oxuyub. Medvedev xüsusi xidmət orqanlarının hesablarını oxumamış heç vaxt belə bəyanat verməzdi".

Rusiyalı ekspert terror aktının bilərəkdən məhz etnik azərbaycanlı iş adamına məxsus məkanda törədilməsinə diqqət çəkib: "Məqsəd Azərbaycan-Rusiya əməkdaşlığına zərər vurmaq, Moskva ilə Bakının strateji müttəfiqlik barədə qarşılılıqlı əlaqələrinə xələl gətirməkdir. Lakin düşünürəm ki, bu, onlarda alınmayacaq. Fransa çox pis oynadı. Aydındır ki, Fransa Rusiya daxilinə nifaq salmaq, cəmiyyəti parçalamağa cəhd edir, xüsusilə də millətlərarası nifaq salmağa çalışır. Ona görə də biz hazırda ölkə daxilində miqrasiya problemi ilə bağlı səsli-küylü skandalların yaşandığını müşahidə edirik. Əslində, bu qanunsuz miqrasiya problemi çoxdan yetişmişdi. Onunla mübarizə aparmaq lazımdır. Ona görə də Rusiya indi bu sahədə səliqə-sahman yaratmağa başlayıb".

Mixaylov qeyd edib ki, "Crocus" terroru Mərkəzi Asiyadan Rusiyaya gələn və nəzarət olunmayan əmək miqrantları tərəfindən terror təhdidinin olmasının üstünü açıb: "Fransa kimi ölkələr hər zaman belə vəziyyətdən istifadə edirlər. Məlumatlar var ki, Fransa Rusiyadan incik düşən Qarabağın erməni sakinlərindən ibarət legion hazırlayır və onları Rusiyaya qarşı döyüşmək üçün Ukrayna cəbhəsinə göndərməyi planlaşdırır. Bu, mümkündür. Dediyim kimi, Fransa kimi ölkələr hər zaman belə vəziyyətdən istifadə edirlər. Bir sözlə, Fransa hər yerdə pislik etməyə çalışır. Lakin bir məqamı qeyd etmək yerinə düşər ki, Fransa artıq o ölkə deyil ki, onunla dünya nəhəngi kimi hesablaşmaq lazım olsun. Bu həmin Fransadır ki, Afrika qitəsində Rusiyaya uduzub. Xatırlamaq lazımdır ki, Paris öz məqsədlərinə nail olmaq üçün Afrika qitəsində nə qədər terror törədib, onlara tabe olmayan siyasətçiləri fiziki olaraq aradan götürüb.

Onu da xatırlamaq lazımdır ki, erməni terrorçuları məhz Fransada özlərinə yuva salıblar. Məhz Fransa erməni terror təşkilatı olan ASALA-nı dəstəkləyib, onun Türkiyə diplomatlarına qarşı terror hücumlarına şərait yaradıb".

Təhlükəsizlik üzrə ekspert Fransanın bu gün həm də Cənubi Qafqazda Rusiya əleyhinə siyasət apardığını vurğulayıb: "Paris öz milli maraqları naminə Ermənistandan istifadə edərək regionda vəziyyəti de-stabilləşdirməyə, Azərbaycanın regionda sülh səylərinə maneə olmağa çalışır. Fikrimcə, Azərbaycanı bu kontekstdə dayandırmaq çox çətindir. Nəzərə alaq ki, Bakı həm Moskva, həm də Ankara ilə müttəfiqlik haqqında bəyannamə imzalayıb. Azərbaycan Rusiya və Türkiyə ilə həm iqtisadi, həm də siyasi və hərbi sahədə əlaqələri inkişaf etdirir. Ona görə də düşünürəm ki, birgə səylərlə həm Ermənistan rəhbərliyinin, həm də onların kuratorlarının ağıllarını başlarına gətirmək mümkündür.

Bu kontekstdə fransızlara düşünmək lazımdır ki, hansı vacibdir: Rusiya ilə sonuna qədər gedib münasibətləri tam kəsmək, yoxsa münasibətlərə yenidən baxmaq..."

Mixaylov bu cür bəyanatlar fonunda Rusiya ilə Fransa arasında diplomatik münasibətərin kəsilməsi ehtimalının da olduğunu əlavə edib.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov APA-nın Moskva müxbirinə açıqlamasında son zamanlar Fransanın ən aqressiv anti-Rusiya ölkəsi olmaq üçün böyük səylər göstərdiyini söyləyib: "Fransa xüsusi xidmət orqanları demək olar Rusiya xüsusi xidmət orqanları ilə Afrikada müharibə vəziyyətindədir.

Bundan başqa Fransa Cənubi Qafqazda da Rusiya ilə münaqişəli vəziyyətdədir. Terror aktının törədildiyi "Crocus City Hall"ın sahibinin etnik azərbaycanlı olması isə Fransanın açıq-aydın ermənipərəst, anti-Azərbaycan siyasət yürütməsinə işarə edir. Ona görə də "Crocus" terrorunda Fransa hakimiyyətinin iştirakı araşdırılmalıdır.

Hələlik Parisin terror aktında iştirakına dair birbaşa faktlar yoxdur, lakin çoxlu dolayısı məlumatlar var ki, onlar Fransa xüsusi xidmət orqanlarının "Crocus" terror aktının hazırlanmasına və həyata keçirilməsinə hansısa şəkildə cəlb olunduğunu göstərir", - politoloq bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 639   Tarix: 13 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Netanyahu İordan çayının qərb sahilini bağlayır - SƏRT QƏRAR

İsrailin Baş naziri Benyamin Netanyahu Hebron şəhərinin dərhal bağlanması və işğal altındakı İordan çayının qərb sahilində tam məhdudiyyət rejiminin tətbiqinə hazırlıq görülməsi barədə göstəriş verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Netanyahu "Şin Bet" təhlükəsizlik xidmətini

12:18 236
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"

13:24 305
.

Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH

Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər

17:21 239
.

Keşişlər Tramp üçün dua etdilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq

22:00 0
.

Fəsil dəyişəndə bunlara diqqət edin - Həkimdən TÖVSİYƏ

İlin dörd fəsli var və qidalanma, geyim, gündəlik həyat tərzi fəsillərə uyğun olmalıdır. Biz də həyat tərzimizi həmin fəsillərə uyğun qurmalıyıq. Əgər fəslə, günə, havaya və suya uyğun davranmasaq, orqanizmin immun sistemi zəifləyə bilər. İmmun sistemi orqanların, toxumaların və hüceyrələrin birlikd

12:02 239
.

İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbri

13:14 232
.

İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Sərəncama əsasən, sentyabrın 10-d

17:03 232
.

Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır

Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric

15:13 245
.

Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü

"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı

18:15 195
.