Şah İsmayıl öz anasını öldürüb? -Tarixi yalana son

Şah İsmayıl öz anasını öldürüb? -Tarixi yalana sonAzərbaycan tarixində qadınların oynadığı mühüm rol barəsində çox heyf ki, tarixi mənbələr çoxluq təşkil etsə də, onlar barədə yazılar azdır. Azərbaycan tarixində çox sayda qadın dövlət adamının olması siyasi mexanizmanın qadın kimliyinə mühüm diqqət verilməsini göstərir. Azərbaycanın şərəfli tarixində haqqında müxtəlif şayələr gəzən, erməni, rus, osmanlı və fars tarixçilərinin şər atdıqları, hökmdar qızı və hökmdar anası olan Aləmşah Bəyim (bəzi mənbələrdə Həlimə xatun) barəsində bütün yalanlarla son qoymaq lazımdır.

Səhih və ciddi qaynaqlarda, mənbələrdə, elmi əsərlərdə, tədqiqat işlərində Şah ANA-sı Aləmşahbəyim haqqında yazırlar:

"Aləmşah bəyim hörmətlə yad edilir və heç zaman Ağqoyunlu xanədanına təəssübkeşlik etməmiş, dövrün siyasi prosesləri zamanı daim ərinin və oğullarının tərəfində çıxış etmişdir"

Səfəvi dövrünün hökmdar qadınları "mehd-i ulya", yəni yüksək taxt kimi böyük məqam və səlahiyyətlərə sahib idilər. Aləmşahbəyim də böyük məqam sahibi idi və onu böyük edən bir ANA kimi daima dövrün ən çətin zamanında övladlarına sahib çıxmaq, qardaşı və qohumlarına qarşı mübarizədə onları qorumaq idi.

Böyük tarixi şəxsiyyət olan Sara Xatunun nəvəsi, böyük hökmdar Həsən Padişahın qızı Aləmşah bəyim qətiyyətli, övladlarını onlara düşman kəsilən öz qardaşlarından qoruyan, gizlədən və zamanı gələndə Azərbaycan tarixinə Şah İsmayıl kimi bəxş edən güclü qadın idi. Ana tərəfdən xristianlığa bağlı olmasını əsas götürərək onu ittiham edən fars, ərəb və osmanlı müəlliflərinin ona olan nifrətinin kökündə Şah babam İsmayılın şeirlərində onu Həzrəti Fatiməyə bənzətməsi olub. Şaha dini inancına görə nifrət püskürən Osmanlı səlnaməçiləri, tarixçiləri fars, ərəb və erməni müəllifləri ilə birgə olmazın şər və böhtanlar atmasına baxmayaraq Aləmşah Bəyimin Ərdəbildəki məzar daşı Qurandan ayələrlə yazılımışdır. Həmçinin dövrün qaynaqların yazdığına görə, onun əri Şeyx Heydər xristianlara nifrət etdiyi üçün bir həyat yoldaşı kimi ərinin inancına bağlı olmuş, etiqad etmişdir.

Bu gün Azərbaycana, onun xalqına və şərəfli tarixinə düşmən kəsilənlər yazırlar ki, guya 1501-ci ildə Təbrizdə Aləmşah bəyim Ağqoyunlu təəssübkeşliyi etdiyi üçün Şah İsmayıl tərəfindən öldürülüb. Hətta bizim düşüncəsiz tarixçilər erməni Təbrizli Arakelin 1662-ci ildə yazdığı "Tarixlər Kitabı"-nı əsas götürüb yazırlar ki, Şah ANASI əri Şeyx Heydər ilə birlikdə qardaşı Sultan Yaqub tərəfindən zəhərlənib öldürülüb.

Bu gün ciddi qaynaqlar sübut edir ki, bunun heç bir əsası yoxdur və Şah İsmayılın düşmənləri tərəfindən uydurulub dövriyyəyə buraxılmış şayiədir.

Mən o düşmən müəlliflərinin əsərlərinin adlarını və hətta öz adlarını belə yazmaq istəmirəm. Çünki onların istinad etdikləri mənbələrin orjinallarında belə cümlələr yoxdur. Çox uzağa getməyək, elə Şah ANA-nın Ərdəbildəki Şeyx Səfi türbəsinin həyətində, Allah-Allah günbəzinin yanında yerləşən məzar daşı üzərindəki epiqrafik kitabəni oxumaq kifayət edər. Məzar daşının üzərində onun h. 929-cu / m. 1522-23-cü ildə vəfat etdiyini göstərir.

Bakıdan kənara çıxmayan, əlinə rus-erməni-ərəb-fars kitablarının tərcüməsində təhriflər edilmiş kitabları alıb heç bir qaynağı, sənədi, əlyazmanı görməyənlər başlayırlar ki, guya belə olub. A yalansa sizin qələminiz qırlısın.

Şotlandiyanın Edinburq Universitetinin kitabxanasında Şah İsmayıl ilə bağlı doktorluq işini yazan Yusif-Camali Vatikan və digər kitabxanalarda araşdırmalardan sonra yazır ki, " bütün Venesiya qaynaqlarını incələdim, İsmayılın öz anasını öldürmə iddialarının yanlış olduğunu gördüm, istinad edilən səyyahlar və tacirlərin əsərlərini 4 dildə qarşılaşdırılması zamanı orjinaldan tərcümədə böyük yanlışlığa yol verildiyin şahidi oldum" ( The lıfe and personalıty of~ffilH ISMA’IL I (1487-1524) NOHANMAD KARIN YOUSSEF-JAMALI.) Pdf formasını təqdim edərəm oxumaq istəyən olsa.

Məncə bütün saxta və şər, böhtan dolu mənbələrə konkret cavab elə bu yetər. Keçək mətləbə.

Öldürülən qadın kim idi?

Məlumdur ki, o dövrdə çox arvadlıq qəbul edilmiş bir qayda idi. Əlbətdə Şah Babamızın mərhum atası Şeyx Heydərin də bir neçə xanımı olub. Çox təəsssüf ki, adına heç bir qaynaqda rast gəlmədiyimiz əvvəl cariyəsi (qulluqçusu) sonra isə hərəmində yer tutan bir qadını Şah İsmayıl edam edib. Çünki o Anası və ailəsinin başına gətirilən faciələr zamanı bu ögey anası düşmənlərə məlumat ötürüb, onların yerini deyib, qardaşlarının ölüm səbəkarı olub və sonra da çətin günlərdə onları tərk edib Bayanduriyyə dövlətinin ( Ağqoyunlu )- bəylərindən birinə ərə gedib.

Şah ANA-nın sonrakı taleyi necə olub?

Bir çox alimlərin istinad etdiyi "Tarix-e Aləmara-ye Şah İsmayıl" əsəri 1503-cü ildə Şah İsmayıl İsfahanı fəth edərkən Aləmşah bəyimin sağ olmasını təsdiq edir. Bayanduriyyə dövlətində, Həsən Padşahın yanında Venesiya Respublikasının diplomatı olan Katerina Zeno Şah İsmayılın iki xalası ilə söhbətini yazır və orda qeyd edir ki, xalaları İsmayılın hakimiyyətə gəlməsindən məmnun olublar və Təbrizə getməyə hazırlaşırlar. Əgər Şah öz anasını qətl etsəydi, iki xalası niyə saraya, onun yanına getmək istəsinlər?

Çox təəssüf ki, Zeno Aləmşahbəyimi əsərində Marta adlandırır və ondan başqa heç bir səyyahın əsərində bu ad çəkilmir. Məhz buna görə də Oruc bəy Bayat ona istinad edib Marta adını yazır. O dövrün səyyahları olan Giovan Maria Angiolello, Françesko Romano və digər Vetentsiya mənbələrində Marta adı qeyd edilmir.

Qaynaqlarda rast gəldiyimiz məlumatda qeyd edilir ki, Aləmşah bəyim Şeyx Heydərlə ailə quranda 18 yaşı tamam deyildi və demək olar ki, yaşıd idi əri ilə. Eyni zamanda xalası oğlu idi, Şeyx Heydərin anası Xədicə bəyim Həsən Padşahın bacısı idi. Ona görə də hökmdar öz qızı və yezəsinə xüsusi diqqət verirdi və mənbələrdə yazıldığı kimi "onlara şərəf və səxavət göstərməkdən bir dəqiqə belə çəkinməmişdir".

Qeyd edim ki, Həsən Padşahın xanımı, Aləmşah bəyimin anası Dəspinə xatun çox gözəl qadın olub. Xalq arasında sevilən Sarı Gəlin mahnısı da ona həsr edilib. Bu barədə araşdırmamla tanış ola bilərsiniz: https://axar.az/news/kult/661878.html

Lakin ərinin ölümündən sonra çox çətinliklər çəkən hökmdar qızı həbsdə qalmış, aclıq keçirmiş və mənəvi sarsıntılar almışdır. Lakin buna baxmayaraq övladlarını bir Ana kimi var gücü ilə qorumağa çalışmışdır.

Səfəvilər tarixində müşahidə etdiyimiz kimi, çox sayda saray qadını mədrəsələr, külliyələr, saraylar, körpülər, bəndlər tikdirmiş, elmi-bədii məclislər təşkil edərək mədəniyyətin formalaşmasında öncüllük etmişdilər. Aləmşah bəyim də gəlinləri ilə birgə saray işində fəal olmuş, 1522-ci ildə rəhmətə getmişdir.

Son olaraq yazım ki, Azərbaycan tarixçiləri içərisində Namiq müəllim Musalıya təşəkkür edirəm ki, hökmdar qızı və hökmdar anası olan Aləmşah bəyim haqqında geniş yazılar yazıb və onu unudulmağa imkan yaratmır. Yazımda Namiq müəllimə istinadlar vermişəm. Onun dəyərli yazıları ilə tanış ola bilərsiniz:

https://www.researchgate.net/…/316056182_SAH_ISMAIL…

https://abked.de/index.php/abked/article/view/83/60

Eyni zamanda Məhbubə Cəfər xanımın 3 cilddən ibarət "Dövlətin açarı" kitabında da Şah Anasının həyatı barədə məlumat əldə etmək olar. (Yenisabah.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1248   Tarix: 10 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərə qarşı hər hansı silahlı hücumu olacağı təqdirdə ABŞ-ın cavab zərbələri endirəcəyini bəyan edib. APA xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Bu andan etibarən İran İslam Respublikas

22.07.2026 198
.

"Media Kuboku-2026" minifutbol turniri başa çatıb

Azərbaycan Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir "Avrora Qrup"un baş sponsorluğu, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilib. İki gün davam edən yarışda paytaxt və regionlard

22.07.2026 184
.

EASA aviaşirkətlərə İordaniya üzərindən uçmamağı tövsiyə etdi

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) regionda artan hərbi risklər fonunda aviaşirkətlərə İordaniyanın hava məkanından istifadə etməmək barədə xəbərdarlıq edib. Agentliyin açıqlamasında bildirilir ki, 2026-cı ilin iyul ayının ortalarından etibarən təhlükəsizlik vəziyyəti sürətl

22.07.2026 215
.

Tarif Şurasından yeni QƏRAR: Sabahdan qüvvəyə minir

Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə qərar Tarif Şurasının bugünkü iclasında qəbul edilib. İclasda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranı

22.07.2026 267
.

Lavrov sabah Rubio ilə görüşəcək - Ukrayna məsələsi müzakirə olunacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 23-də Filippinin paytaxtı Manilada ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirəcəyini açıqlayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Lavrov bildirib ki, görüş zamanı ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin nizamlanması ilə bağl

22.07.2026 167
.

And dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər

Argentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər

22.07.2026 115
.

SEPAH ABŞ-ın Küveytdəki bazasını PUA-larla vurduğunu açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi obyektinə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bəyan edib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, İran tərəfinin yaydığı məlumata görə, hücum zamanı Əl-Doha hərbi bazasında yerləşən ABŞ quru qoşunlarının logistik

22.07.2026 168
.

"Titanik" fəlakətindən 4 gün əvvəl yazılmış məktub tapıldı: Nələrdən bəhs edilir?

İkinci sinif sərnişinin dostuna yazdığı məktub hərraca çıxarılacaq. Məktubun ilkin qiymətləndirməsi 47 min dollar təşkil edir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" yazıb. Henri Prays Hodces "Titanik"ə Sauthemptonda 250643 nömrəli, təxminən 17,5 dollarlıq biletl

22.07.2026 145
.

Cennifer Lopez ad günü vannada qeyd etdi

56 yaşlı dünya ulduzu Cennifer Lopez bacısı Linda Lopezin ad gününü qeyd etmək üçün Avropa səyahətinə yollanıb. xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni və aktrisanın sosial şəbəkədə paylaşdığı fotolar izləyicilərin böyük marağına səbəb olub. Paylaşılan kadrlarda Cennifer Lopezin hama

22.07.2026 272
.

TOP MP3