Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...
Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub.
"Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şərt deyil" məzmunlu mesaj olub.
Məsələ burasındadır ki, ötən ilin yanvarın 21-də Könül Quliyeva dərsində istifadə etmək üçün telefonu qızına verib. Aşağı sinifdə oxuyan qızı isə vatsapın status bölməsində darıxmaqla bağlı paylaşım edib. Məktəbdə Azərbaycan dili-ədəbiyyat müəllimi çalışan Namiq Zeynalov (ad-soyad şərtidir) isə şagirdin statusuna "darıxmaq şərt deyil" mesajını yazıb.
Könülün əri isə bu mesajın onun arvadına yazıldığını düşünərək həyat yoldaşı ilə mübahisə edib. Bu zaman Rəsul mesajı Könülün qardaşına da göndərib. Həmin mesaja isə "Salam, kimdir?" cavabını yazıb.
Qadının məhkəmədə ifadəsinə görə, Könül ərindən zəng edib mesaj yazanın kim olması ilə bağlı maraqlanmağı istəsə də, o, bunu etməyib. Könül ərinin onu ölümlə hədələdiyini, bu səbəbdən qorxduğunu, özünü müdafiə etmək üçün ərinə iki dəfə balta ilə zərbə endirdiyini bildirib.
Rəsul isə məhkəmədə Könüllə heç vaxt barışmayacağını bildirib. O, arvadının ona xəyanət etməsi ilə bağlı düşüncədə qaldığını deyib:
Mənə dedi ki, "aşkım, gəl otur çörək ye". Oturub çay içəndə başımla balta ilə zərbələr endirdi".
Darıxmaqla bağlı statusa reaksiya bildirən müəllim də məhkəmədə ifadə edib. O, ifadəsində yanlış anlaşılma olduğunu bildirib:
"Həmin ərəfələrdə şagirdlərin sinfi dəyişmişdi. Uşaqlar elə bilirdilər ki, daha onların müəllimi olmayacam. Bu düşüncələr mövcud olduğu üçün həmin statusa reaksiya bildirib. Nömrələri telefona uşaqların adı və oxuduqları sinfə uyğun qeyd etmişəm. Ondan sonrakı gün isə mesaj gəldi ki, "Salam, kimdir, tanımadım?". Gələn mesaja baxanda günorta idi. Bu səbəbdən artıq kim olduğumu bildiklərini düşündüyüm üçün cavab yazmadım. Valideyn iclaslarında Könül xanımın üzünü görmüşəm, onunla heç bir münasibətim olmayıb. Mən sadəcə, şagirdin statusuna reaksiya bildirmişəm, o da anasının nömrəsi imiş. Telefonun kim istifadəsində olduğunu bilməmişəm".
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Könül Quliyeva 9 il müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2145 Tarix: 08 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur
İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər
23.10.2026 162 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, o, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanınd
23.10.2026 257 Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23.10.2026 270 Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb
23.10.2026 188 Azərbaycan-Hindistan münasibətləri: siyasi dialoq, iqtisadi əməkdaşlıq və yeni ixrac perspektivləri
"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu görüşü Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan, bütün istiqamətlər üzr
23.10.2026 250 Coni nadir xəstəlikdən əziyyət çəkir?
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, 30 yaşlı ifaç
23.10.2026 227 Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23.10.2026 296 Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
23.10.2026 276 "Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar
Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen
23.10.2026 122