Ağdaban soyqırımından 32 il ötür
"Bu gün bəşər tarixinin ən qanlı olaylarından biri, Ağdaban soyqırımından 32 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə o dövr Bakıda yaşanan anarxiya nəticəsində yaranan siyasi böhrandan istifadə edən Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycanda əhalinin gözünü qorxutmaq və etnik təmizləmə prosesini intensivləşdirmək məqsədilə Kəlbəcər rayonunun Ağdaban kəndinə qəfil hücum əmri verdi".
Bu sözləri BiG.AZ-a deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, beynəlxalq humanitar hüququn bütün tələblərini ayaqlar altına atan bu soyqırım aktı nəticəsində 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılaraq yer üzündən silindi, 2 azyaşlı, 8 nəfəri 90 yaşdan yuxarı qoca olmaqla, 67 nəfər amansız metodlarla qətlə yetirildi, 7 qadın diri-diri yandırıldı, ümumilikdə kəndin 779 nəfər dinc sakini işgəncələrə məruz qaldı.
"Ermənilər yalnız insanları hədəfə almaqla kifayətlənməyərək Ağdabana hücum zamanı tarix, memarlıq və mədəniyyət abidələrini dağıtmış, ziyarətgah və məzarlıqları vandalizmə məruz qoymuş, Aşıq Qurbani və onun oğlu ustad Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları bu vəhşi qəbilə tərəfindən talan edilərək yandırılmışdı. Bu və digər faciələrin üzərindən siyasi oyunlar quraraq cəmi ay yarım sonra hakimiyyətə gələn AXC-Müsavat cütlüyü isə Ağdaban faciəsinə dırnaqarası yanaşaraq hər hansı siyasi-hüquqi qiymət vermək cəhdində bulunmamaqla xəyanətlərini davam etdirdilər. Bu qanlı olaylara ilk hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verərək Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib. Ağdaban faciəsi xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyada təsbit olunan soyqırım əlamətlərini tam formada əhatələsə də, hələ də 1918-ci ilin saxta "erməni soyqırımı" olaylarına timsah göz yaşları tökən ikiüzlü Qərb siyasətçiləri, insan haqları təsisatları o zaman bu hadisəni görməzdən gəldikləri kimi bu gün də prosesə heç bir tarixi-siyasi, hüquqi qiymət verməyiblər. Lakin cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsindəki qələbəsi ilə Azərbaycan BMT qətnamələrini öz gücünə hərbi-siyasi yolla icra etdirərək erməni işğalına son qoymaqla, Ermənistan və müttəfiqlərinin birləşmiş ordularını darmadağın etməklə 28 il sonra Ağdaban qurbanlarının da qisasını aldı.
Bu gün Kəlbəcər, o cümlədən Ağdaban böyük quruculuq və bərpa prosesində özünün çiçəklənmə dövrünə qədəm qoymaqda, əsl sahiblərinin əbədi formada Böyük Qayıdışı günlərini saymaqdadır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 752 Tarix: 08 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur
İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər
23.10.2026 162 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, o, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanınd
23.10.2026 257 Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23.10.2026 270 Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb
23.10.2026 188 Azərbaycan-Hindistan münasibətləri: siyasi dialoq, iqtisadi əməkdaşlıq və yeni ixrac perspektivləri
"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu görüşü Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan, bütün istiqamətlər üzr
23.10.2026 250 Coni nadir xəstəlikdən əziyyət çəkir?
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, 30 yaşlı ifaç
23.10.2026 227 Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23.10.2026 296 Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
23.10.2026 276 "Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar
Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen
23.10.2026 122