Qazaxıstandan soğan idxal ediləcək: Keyfiyyət aşağı, qiymət ucuz - ŞƏRH

Qazaxıstandan soğan idxal ediləcək: Keyfiyyət aşağı, qiymət ucuz - ŞƏRHAzərbaycan Qazaxıstandan soğan idxal edəcək. Sahibkarlar məsələni qıtlıqla əlaqələndirirlər. Nazirlik isə soğan tədarükümüzdə heç bir sıxıntı olmadığını bildirir.

Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov deyib ki, bu il ölkəsi Azərbaycan və Gürcüstanla imzalanmış müqavilə çərçivəsində 160 min ton soğan ixrac edəcək. Soğan ərzaq səbətimizdə ən vacib elementlərdəndir. Hansı ki, onun istehsalı ölkəmizdə geniş yayılıb. Ölkədə soğan əkin sahələrinin böyük hissəsi Qarabağ, Qazax-Tovuz, Mil-Muğan və Lənkəran-Astara iqtisadi rayonlarında yerləşir. Hətta mövsüm zamanı tonlarla məhsulun sahələrdə qaldığı, alıcısının olmadığı və ya dəyərindən ucuz qiymətə satıldığına dair xəbərlərin də şahidi oluruq. Maraqlıdır, soğanın bol olduğu ölkəyə nə üçün xaricdən məhsul idxal olunur? Öz məhsulumuz daxili tələbatımızı ödəyə bilmir?

"Kaspi" qəzeti mövzu ilə bağlı yazı hazırlayıb.

Təminatımız 100 faiz üzərindədir

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən məlumata görə, məhsulun istehsalında heç bir problem mövcud deyil: "Azərbaycan xarici ölkələrdən soğan idxal edir. Amma bu rəqəm çox azdır. Məsələn, keçən il 2380 ton məhsul idxal edilib. Amma 22 min ton da ixrac edilib. Əgər özümüzü təmin edə bilmiriksə, necə ixrac edirik? Dövlət ixrac etmir. Bu prosesi sahibkarlar həyata keçirir. Azərbaycanlı sahibkarlar ötən il Qazaxıstandan soğan idxal etməyib. Azərbaycanın soğanla təmin olunması 100 faiz üzərindədir. Çünki Azərbaycan özü bu məhsulun istehsalı ilə məşğuldur. 108 faiz istehsal göstəricisi də buna sübutdur".

İstehsalımız 13 faiz artıb, amma...

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, yerli soğanımız xarab olur, amma biz xaricdən gətiririk: "Öz ehtiyaclarımızı qarşılayacaq gücümüz olsa da, ixrac da həyata keçirilir. Məsələn, keçən il 310 min tondan çox soğan yığılıb. Bu rəqəm 2022-ci illə müqayisədə 13 faiz çoxdur. Fermerlərimiz məhsulun əllərində qaldığını iddia edirlər. Bir tərəfdən də Qazaxıstandan soğan idxal edirik. Amma yerli istehsalçılar məhsullarını sata bilmirlər. Deyirlər ki, məhsul anbarlarda lazımi şəraitdə saxlanılmayıb və xarab olub, keyfiyyət baxımından satışa uyğun deyil. Səlahiyyətli şəxslər də bildirirlər ki, məhsulu düzgün saxlamamısınız, müvafiq anbarlarda soyuducuya yerləşdirməmisiniz".

Yerli məhsulları sıxışdırıb çıxarır

İqtisadçının fikrincə, əgər bu sahəni itirmək istəmiriksə, inkişaf etdirməliyik: "Bu sahəyə xüsusi diqqət olsaydı, soğan tədarükçülərinə əldə etdikləri məhsulları saxlamaq üçün müvafiq şərait yaradılardı. Həm əkin-biçin, həm də məhsulun saxlanılması ilə məşğul olmaq kəndli üçün çox çətindir. Yerli məhsul xarab olduğu üçün digər ölkələrdən soğan gətirilir. Qazaxıstandan gələn məhsulların keyfiyyəti aşağıdır, həmçinin qiyməti də ucuzdur. Xarici məhsul bazardan yerli malları sıxışdırıb çıxarır. Belə davam edərsə, artıq kəndlilər bu işlə məşğul olmaq istəməyəcəklər".

Əkinçiləri ziyana uğradan iqlim

Sahibkar Eldar Hüseynov fermerlərin yaşadıqlarına aydınlıq gətirib: "Qafqaz ərazisində ən çox soğan sahələri Azərbaycandadır. Soğanı Qətər, İran və digər ölkələrə ixrac edirdik. Amma son dörd il ərzində ixrac etməkdə çətinlik çəkirik. Çünki soğan tədarükü ilə bağlı problemlər yaşayırıq. Bunun da bir neçə səbəbi mövcuddur. Əkinçilərin əksəriyyəti xarici toxumlara üstünlük verirlər. Bu il payız aylarında soğan yığımı başlayan ərəfədə beş gün ardıcıl yağış yağdı. Yağışa qədər məhsullarını yığanlar onu saxlaya bildilər. Amma çatdırıb yığa bilməyən fermerlərin məhsulu torpağın altında qalıb ziyan oldu. Soğan elə bir məhsuldur ki, boğaz hissəsinə su dəydikdə içinə dolur. Bu zaman da avtomatik çürüməyə başlayır. Bəzi şəxslər bu islanmış sortları alıb, yığdılar ki, qışda baha satacaqlar, yaxud ixrac edəcəklər. Amma bu məhsullar da xarab oldu. Çünki hər bir soğanın saxlama müddəti və şəraiti var. Sahibkarların əksəriyyəti qısa müddətə xarab olan süfrə və 3-4 ay ömrü olan sortlar əkmişdi".

Əhali üçün müsbət, sahibkar üçün mənfi

E.Hüseynovun sözlərinə görə, bu il Qazaxıstanda soğan bol və ucuz olduğu üçün yaranan qıtlıq bu şəkildə bərpa ediləcək: "Kimlər ki, 7-8 ay saxlama müddəti olan çeşidləri əkmişdi, həmin fermerlər üçün heç bir problem olmadı, məhsulu sata bildilər. Amma onların sayı da çox deyildi. Ona görə ölkəmizdə soğan tədarükündə qıtlıq yaşandı. Bu səbəbdən xarici ölkələrdən gətirməli olduq. Ən münasibi də Qazaxıstan idi. Çünki onlarda bu il soğan boldur. Çox olduğu üçün də ucuzdur. Bu səbəbdən soğanı Qazaxıstandan gətirəcəyik. Amma bu sahibkarlara mənfi təsir edəcək. Əkinçilərlə maarifləndirmə işi aparılmalıdır. Düzgün toxum əkilməsi öyrədilməli, anbar şəraiti qurulmalıdır. İdxalın əhali üçün bir müsbət cəhəti var ki, daxili bazarda qiymətləri aşağı salacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 666   Tarix: 06 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.