Mart soyqırımı: düşmənin dəyişmədiyinin isbatı - ŞƏRH

Mart soyqırımı: düşmənin dəyişmədiyinin isbatı - ŞƏRHMartın 31-i Azərbaycan tarixində soyqırımı günü kimi yad edilir. 106 il öncə bu tarixdə baş vermiş hadisələr həm də simvoldur. Çünki ondan əvvəl və sonra da azərbaycanlılara qarşı bu cinayət törədilib.

Tarixdən həmin hadisələrlə bağlı qısa xatırlama edək. Bu terror aktları ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra başlayıb. Əvvəllər Azərbaycan yadelli işğalçılara qarşı müharibə aparıb. Ancaq bu etnosun Cənubi Qafqaza yerləşdirilməsi daxildə düşmənlərin bəslənməsinə səbəb oldu. Xarici qüvvələr Azərbaycana qarşı savaşını onların əli ilə davam etdirdi.

Azərbaycan ərazilərində oturuşandan sonra ermənilər "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək üçün xarici havadarların yardım və dəstəyindən istifadə etməyə başlayıb. Rusiya və Fransanın yardımı, yaxınlıqları onlara regionda anti-Osmanlı və anti-Azərbaycan fəaliyyəti göstərməsinə təkan verib. İnsanlıqdan uzaq və saxta ideyalarını reallaşdırmaq məqsədilə onlar bu kimi xarici qüvvələrin tapşırıqlarını icra ediblər.

Azərbaycan torpaqlarına gətirilərək məskunlaşdırılan ermənilər ötən illərdə daim azərbaycanlıları soyqırımına məruz qoyublar. Məsələn, ermənilər 1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini talan ediblər.

Birinci Dünya müharibəsi illərində onların cinayətləri bütöv Azərbaycanı əhatə edirdi. 1917-ci il oktyabrı inqilabından sonra ermənilər bolşeviklərlə birlikdə Bakıda sentro-kaspi diktaturası qurub. Bu rejim əks-inqilabi elementlərlə mübarizə adı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasındakı azərbaycanlıların çıxarılması ilə bağlı cinayətkar planın reallaşdırılmasına başlayıb. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. Milli mənsubiyyətə görə minlərlə dinc azərbaycanlı soyqırımına məruz qalıb. Ermənilər evləri, insanları diri-diri yandırıb. Milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və başqa tikililər dağıdılıb. Onlar opera teatrının binasını dəfələrlə yandırıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Muğan, habelə Güney Azərbaycanın Salmas, Xoy, Urmiya, Sulduz və başqa rayonlarında da bu cinayət törədilib. Həmin torpaqlarda kütləvi qaydada dinc əhali qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib.

1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. İrəvanda və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb.

1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı 200 minə yaxın Azərbaycan türkünün qətlə yetirildiyi bildirilib.

Ermənistan bu cinayətlərini Cümhuriyyət dövründə də davam etdirib. Bu ölkə sovetləşsə də, onların anti-Azərbaycan fəaliyyətinə ara verilməyib. Ermənistanın indiki ərazisində, Qərbi Azərbaycanda rəsmi Moskvanın dəstəyi ilə azərbaycanlılar bu ölkədən köçürülüb. Bu azmış kimi onlara qarşı qətliam törədilib.

1988-2020-ci illərdə Ermənistan öz cinayətkar üzünü bütün baxımdan tam gücü ilə göstərib. 1988-1989-cu illərdə Qərbi Azərbaycandan 300 min azərbaycanlının qovularaq Ermənistan vətəndaşlığından məhrum edilməsi, habelə çoxlu sayda dinc sakinlərin qətlə yetirilməsini qeyd etmək olar. Onlar "türklərsiz Ermənistan" planını reallaşdıraraq son yüz ilin ən böyük faciələrindən birinin müəllifidir. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülüb, onların 21-i qadın 6-sı uşaq olub. Vardenis rayonunda isə 40 nəfər öldürülüb. Ermənistanın digər rayonlarından – İrəvan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovakan, Gorus, Sisian, Amasiya və Alaverdidən 300 min azərbaycanlı öz ev-eşiyindən qovulub.

Ermənistan xarici havadarlarının dəstəyindən ruhlanaraq Azərbaycanın ərazilərini də işğal ediblər. Onlar həmin dövrdə Xocalı, Ağdaban, Meşəli, Kərkicahan, Qaradağlı və Azərbaycanın başqa bölgələrində soyqırımı törədiblər. Ermənilər təkcə insanları deyil, Azərbaycanın tarixi-mədəni, dini abidələrini dağıdıblar. Onların bu cinayəti nəticəsində bir milyondan çox insan qaçqın vəziyyətə düşmüş, ərazilərin 20 faizi işğal olunmuşdu. Təkcə Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hələ də dəqiq olmayan məlumatlara görə, 613 nəfər sakın şəhid edilmişdi. Onlardan ancaq 335 nəfərinin meyitini dəfn etmək mümkün olub. 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil.

Qarabağ və ətraf rayonlar işğaldan azad edildikdən sonra da erməni cinayətlərinin izləri aşkarlanır. Birinci Qarabağ müharibəsində 4 minə yaxın insan itkin düşüb. Onlardan 71-i yetkinlik yaşına çatmamış uşaq, 267-si qadın, 326-sı yaşlı insan olub. Məlumatlara əsasən, itkin düşmüş hərbçilərin çoxu döyüşdə deyil, ermənilərin əsir düşərgələrində işgəncələrlə qətlə yetiriliblər.

Son vaxtlar Qarabağda kütləvi məzarlıqlar aşkar edilir. Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə və digər yaşayış məntəqələrində aşkarlanıb. Təəssüf ki, belə kütləvi qəbiristanlıqlar yenə tapılacaq.

Bütün bunlar ermənilərin bir əsrdə azərbaycanlılara qarşı törətdiyi soyqırımına ara vermədən davam etdiyini göstərir.

30 il öncə - 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metrosunda partlayışlar törədilməsi nəticəsində ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər yaralanmışdı.

Hazırda Ermənistanın işğalı altında olan Naxçıvanın Sədərək rayonunun Kərki, Qazax rayonunun Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Qızılhacılı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndlərinin əhalisi də erməni cinayətlərinin şahididir.

Azərbaycanın Ümummili Lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı sərəncama əsasən, martın 31-i azərbaycanlıların soyqırımı günü kimi yad edilir.

Bu, Ermənistanın, ermənilərin havadarları ilə birlikdə cənubi və şimali azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin ümumiləşdirilmiş günüdür. Yada saldığımız faktlar XX əsrin əvvəlində və sonunda onların dəyişmədiklərini isbatlayır. Azərbaycan torpaqlarını işğaldan təmizləməklə ötən əsrdə qətliama məruz qalan azərbaycanlıların qısasını alıb. Bu cinayəti törədənlərdən sağ qalanlarının - Robert Koçaryan, Serj Sarqsyan, Seyran Ohanyan, Zori Balayan və daha neçə-neçə caninin cəzalanması tarixi ədaləti də bərpa edər. Odur ki, belə cinayətlərin bütün baxımdan bir daha təkrarlanmaması üçün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü olaraq anılır.(report)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 660   Tarix: 30 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Netanyahu İordan çayının qərb sahilini bağlayır - SƏRT QƏRAR

İsrailin Baş naziri Benyamin Netanyahu Hebron şəhərinin dərhal bağlanması və işğal altındakı İordan çayının qərb sahilində tam məhdudiyyət rejiminin tətbiqinə hazırlıq görülməsi barədə göstəriş verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Netanyahu "Şin Bet" təhlükəsizlik xidmətini

23.10.2026 250
.

Fəsil dəyişəndə bunlara diqqət edin - Həkimdən TÖVSİYƏ

İlin dörd fəsli var və qidalanma, geyim, gündəlik həyat tərzi fəsillərə uyğun olmalıdır. Biz də həyat tərzimizi həmin fəsillərə uyğun qurmalıyıq. Əgər fəslə, günə, havaya və suya uyğun davranmasaq, orqanizmin immun sistemi zəifləyə bilər. İmmun sistemi orqanların, toxumaların və hüceyrələrin birlikd

23.10.2026 258
.

"7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"

Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:. "Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eş

23.10.2026 382
.

Hindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları

Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl

23.10.2026 332
.

Keşişlər Tramp üçün dua etdilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq

23.10.2026 279
.

Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi

Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqların

23.10.2026 256
.

Rusiya azərbaycanlı iş adamının restoranını susuz qoydu

Rusiyada məhkəmə icraçılarının tələbi ilə Petrovski sahili yaxınlığında yerləşən və qalmaqallarla gündəmə gələn "Yardı Superbar" restoranının su təchizatı dayandırılıb. xəbər verir ki, sözügedən restoran yerli Azərbaycan diasporunun keçmiş rəhbəri, iş adamı Yusif Xəlilova məxsusdur. Daha əvvə

23.10.2026 373
.

Ofelya Şabanova efirdə ingiliscə danışdı

Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz

23.10.2026 371
.

İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbri

23.10.2026 250
.