Fransalı tarixçi: Paşinyan separatçıların tör-töküntülərini mümkün qədər tez aradan qaldırmalıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan sabitliyi qorumaq, separatçı fəaliyyətin qalığını mümkün qədər tez aradan qaldırmaq üçün ən yaxşı yolu tapmalıdır, hətta lazım gələrsə, Bakı ilə məsləhətləşməlidir.
Bunu "Report"a açıqlamasında ADA Universitetinin müəllimi, fransalı tarixçi, politoloq Maksim Quen (Maxime Gauin) deyib.
O, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın Fransanın "Le Figaro" nəşrinə müsahibəsi zamanı İrəvanda fəaliyyətlərini davam etdirmələri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
M.Quen xüsusilə nəşrin müxalifət mediası olmasına diqqət çəkib:
"Şahramanyanın müsahibə verdiyi Fransanın "Le Figaro" nəşri özəldir və müxalifət mediasıdır. Baş verənlər fonunda onu demək lazımdır ki, separatçılar Qarabağdakı 30 illik mövcudluğa görə Rusiyaya borcludurlar".
Fransalı tarixçi bildirib ki, Nikol Paşinyan çox mürəkkəb bir oyun oynayır:
"O, iki dəfə, ikincidə həm Qarabağı, həm də işğal altında olan 8 kəndi əhatə edən kvadrat kilometrləri göstərməklə yazılı şəkildə ölkənizin ərazi bütövlüyünü tanıdı. Paşinyan həmçinin bu gün Rusiyanın Ermənistana təsir rıçaqlarını azaltmağa çalışır. Belə olan təqdirdə Paşinyan separatçıların tör-töküntüləri ilə ifrat sağçı yarımhərbi qruplaşmalardan biri olan "Döyüş Qardaşlığı" ilə rəftar etdiyi kimi rəftar etməyin yolunu tapmalıdır. Məsələn, bu ay ərzində Ermənistanda qanunsuz silah saxlama və sui-qəsd maddəsi ilə cinayət işi açıldı və "Döyüş Qardaşlığı" birliyinin nümayəndəsi olan 49 nəfər həbs edildi. Paşinyan onları milli təhlükəsizliyə təhdid adlandırdı. Nikol Paşinyan sabitliyi qorumaq, separatçıların tör-töküntülərini mümkün qədər tez aradan qaldırmaq üçün ən yaxşı yolu tapmalıdır, hətta lazım gələrsə, Bakı ilə məsləhətləşməlidir".
M.Quen vurğulayıb ki, hələlik Ermənistan müxalifəti parçalanıb, seçicilər arasında bədbinlik artır, lakin bu, qisasçı silahlı ünsürlər məsələsini həll etmir:
"Ötən ilin sentyabrında Amerika Erməniləri Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan öz feysbuk hesabında Paşinyanın öldürülməsinə çağırış etdi. Ermənistan Daxili İşlər Nazirliyi 2020-ci ilin noyabrından 2024-cü ilin yanvarına qədər olan müddətdə 3500 silahın müsadirə edildiyini, lakin daha 17 min başqa odlu silah axtardıqlarını açıqladı. Bunların fonunda tarixi bir misal üzərində düşünə bilərik: Şarl de Qoll 1958-ci ildə Əlcəzairi saxlamaq məqsədilə yenidən hakimiyyətə gəldi, sonra 1959-cu ildə öz müqəddəratını təyinetmə qərarını elan etdi və ölkə 1962-ci ildə müstəqil oldu. Sərt xətt tərəfdarları onu qisas hissi ilə öldürməyə çalışdılar. Bu istiqamətdə ilk cəhd 1961-ci ilin sentyabrında, sonuncu isə 1964-cü ilin avqustunda baş verdi. Sui-qəsd planlaşdıran ən sonuncu qrup 1965-ci ilin mayında həbs edildi. Ancaq 1962-ci ildə müstəqillik əldə etdikdən sonra geniş fransız radikal sağı bugünkü erməni müxalifətindən daha çox depressiyaya düşmüş və parçalanmışdı. Deməli, sırf qisas ruhu ilə terroru sınamaq üçün xalq dəstəyinə ehtiyac yoxdur. Qorxulmalı və diqqətdə saxlanmalı olan əsas problem budur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 528 Tarix: 30 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNetanyahu İordan çayının qərb sahilini bağlayır - SƏRT QƏRAR
İsrailin Baş naziri Benyamin Netanyahu Hebron şəhərinin dərhal bağlanması və işğal altındakı İordan çayının qərb sahilində tam məhdudiyyət rejiminin tətbiqinə hazırlıq görülməsi barədə göstəriş verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Netanyahu "Şin Bet" təhlükəsizlik xidmətini
23.10.2026 250 Fəsil dəyişəndə bunlara diqqət edin - Həkimdən TÖVSİYƏ
İlin dörd fəsli var və qidalanma, geyim, gündəlik həyat tərzi fəsillərə uyğun olmalıdır. Biz də həyat tərzimizi həmin fəsillərə uyğun qurmalıyıq. Əgər fəslə, günə, havaya və suya uyğun davranmasaq, orqanizmin immun sistemi zəifləyə bilər. İmmun sistemi orqanların, toxumaların və hüceyrələrin birlikd
23.10.2026 258 "7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"
Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:. "Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eş
23.10.2026 382 Hindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları
Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl
23.10.2026 332 Keşişlər Tramp üçün dua etdilər
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq
23.10.2026 279 Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi
Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqların
23.10.2026 256 Rusiya azərbaycanlı iş adamının restoranını susuz qoydu
Rusiyada məhkəmə icraçılarının tələbi ilə Petrovski sahili yaxınlığında yerləşən və qalmaqallarla gündəmə gələn "Yardı Superbar" restoranının su təchizatı dayandırılıb. xəbər verir ki, sözügedən restoran yerli Azərbaycan diasporunun keçmiş rəhbəri, iş adamı Yusif Xəlilova məxsusdur. Daha əvvə
23.10.2026 373 Ofelya Şabanova efirdə ingiliscə danışdı
Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz
23.10.2026 371 İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu
Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbri
23.10.2026 250