Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!
Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin son vaxtlar xakerlər iPhone modellərinə də müdaxilə edirlər. Ona görə də hansı telefondan istifadə etməyimizdən asılı olmayaraq, zərərli proqramlar təhlükə mənbəyinə çevrilə bilir.
Lakin smartfonları zərərli proqramlardan qorumağın bir sıra üsulları var.
Cihazın əməliyyat sistemini və proqramlarını mütəmadi olaraq yeniləmək lazımdır. Həmçinin naməlum mənbələrdən proqramların yüklənməsi mobil cihazlar üçün risklidir. Bu proqramlar cihaza zərər verə, şəxsi məlumatları oğurlaya və ya cihazın işinə mənfi təsir göstərə bilər.
Antivirus proqramlardan istifadə etmək də çox önəmlidir.
Bu proqramlar cihaza yoluxa biləcək virusları, troyanları, soxulcanları, casus proqramları və digər zərərli proqramları aşkarlayır və bloklayır. Saxta linklərə qarşı xüsusilə ehtiyatlı olmaq lazımdır. Naməlum nömrədən gələn mesajlara və ya e-poçtlardakı naməlum keçidlərə klikləməkdən çəkinmək lazımdır. Bu bağlantılar zərərli virusların cihaza yoluxmasına icazə verə bilər.
Son zamanlar fırıldaqçılar etibarlı mənbə kimi görünən hesablardan e-məktublar göndərir və "bəzi problemləri həll etmək" üçün linklərə klikləməyi söyləyirlər. Saxta linklərə kliklədiyimiz zaman hakerlər məlumatlarımızı, kart hesablarımızı oğurlaya bilir.
Bundan əlavə həmişə güclü parollardan istifadə etmək lazımdır. Güclü parollar hesablarımızı şəxslərin və ya avtomatlaşdırılmış hücum proqramlarının girişindən qoruyur. Zəif parollar asanlıqla təxmin edilə və oğurlana bilər ki, bu da hesabların təhlükəsizliyinə xələl gətirir.
Parollar nə qədər uzun olarsa, təhlükəsizlik səviyyəsi də bir o qədər yüksək olar.
Ən azı 12 simvoldan ibarət paroldan istifadə etmək lazımdır. Parol seçərkən sadə və asanlıqla təxmin edilə bilən parollar deyil, təsadüfi sözlər, rəqəmlər və xüsusi simvollardan ibarət uzun sətirdən istifadə etmək tövsiyə edilir. Parollara hərflər, rəqəmlər və xüsusi simvollar (məsələn, !, @). , #, $, % və s.) yazmaq məsləhətlidir. Hesabların təhlükəsizliyini artırmaq üçün parolları mütəmadi olaraq dəyişmək lazımdır./Sfera.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 789 Tarix: 29 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23.10.2026 294 Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23.10.2026 395 İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir
Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq
23.10.2026 231 "Əsas müttəfiqiniz Mehriban xanımdır"
"44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağılasığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hə
23.10.2026 328 Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23.10.2026 341 Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu
Cənubi Afrika Respublikasından olan yazıçı süni intellektdən istifadə edərək 20 ay ərzində 371 kitab ərsəyə gətirib və milyonçu olub. xəbər verir ki, bu barədə EWN radiostansiyası məlumat yayıb. Koral Hart təxəllüsü ilə fəaliyyət göstərən qadın süni intellekt texnologiyalarının köməyi ilə bir milyo
23.10.2026 317 Keşişlər Tramp üçün dua etdilər
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq
23.10.2026 291 İran ali rəhbərinin nümayəndəsi: Xameneinin ictimaiyyət arasına çıxmaq imkanları məhduddur
"İranın Ali rəhbəri Müctəba Xamenei müharibə şəraitinə və ictimaiyyət qarşısında görünmək imkanlarının məhdud olmasına baxmayaraq, ölkənin idarə edilməsini davam etdirir". Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdulla
23.10.2026 333 Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
23.10.2026 328