Yeni qanun hansı taksi sürücülərinə şamil olunacaq ?
Azərbaycanda bundan sonra taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də öz əksini tapıb.
Qeyd edək ki, bu tələb iyulun 1-dən qüvvəyə minəcək.
Taksi fəaliyyəti ilə məşğul olan, avtomobili qırmızı və ya ağ olmayan minlərlə insanı düşündürən sual yaranır. Onlar bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobillərini dəyişdirməli olacaqlar?
Mövzu ilə bağlı BiG.AZ-A nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev açıqlama verib.
O bildirib ki, taksilərlə bağlı qərar bu il yanvarın 1-dən elan olunmalı idi. Amma dövlətimiz taksi sürücülərini düşünərək onlara bir az daha zaman verib.
"Bu gün şəhərdə taksi kimi işləyən çox insan var. Onlardan bəziləri bunu əyləncə üçün edir. Ölkəmizdə taksi fəaliyyəti yenidən baxılmalıdır. "Şirkətlərin tətbiqləri vasitəsilə kilometrə görə qiymət hesablanır. Eyni şey daha geniş bazar iştirakçılarına tətbiq olunacaq. Yəni, tətbiqsiz sifariş etmək mümkün olmacaq. Bu, sadəcə mövcud vəziyyəti nizama gətirmək üçün bir qərardır. Bazarda son illər, qeyri-qanuni sərnişin daşıma ilə məşğul olanların sayı çoxdur, uçota alınmayanların da sayı çox idi və bunu düzəltmək üçün müəyyən qaydalar qoyulub. Bu qaydalarla məlumatların dövlətə ötürülməsi, həmçinin uçota alınması, vergi ödənişlərinin səhmana salınması, iş və istirahət məsələlərinin yaxşılaşdırılması yönündə qərarlar özünü müsbət yöndə göstərəcək. Həmçinin burada maraqlı bir məqam da var ki, yeni qərara əsasən, həm yük, həm də sərnişin daşıyan hüquqi şəxslərlə 7 illik müqavilə bağlanacaq. Uzunmüddətli müqavilələrin olması investisiyaların cəlb edilməsi üçün stimul olacaq. Buna qədər birillik müqavilələr idi, bu isə dayanıqlı deyildi. Yəni, kredit alıb hansısa investisiyaya yatırmaq riskli görünürdü. Amma indi uzunmüddətli müqavilələrlə bu məsələ də öz həllini tapmış oldu".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 556 Tarix: 29 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnsanlar niyə rituallara inanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son illər sosial şəbəkələrdə "bolluq ritualı", "arzuların həyata keçməsi üçün edilən ayinlər", "enerji təmizlənməsi" və buna bənzər məzmunların sürətlə yayılması bu mövzuya marağı da artırıb. Xüsusilə qeyri-müəyyənlik və stress dövründə bir çox insan həyatında müsbət dəyişikli
11:34 110 İranın Mərkəzi Kəşfiyyat İdarəsinin obyektlərinə hücumları Rusiyanın mümkün rolu ilə bağlı suallar doğurur
ABŞ kəşfiyyatı ilə tanış olan dörd mənbə bildirib ki, İranın Körfəzdəki Mərkəzi Kəşfiyyat İdarəsinin obyektlərinə dron hücumları ABŞ kəşfiyyat analitiklərini Rusiyanın hədəf məlumatı və ya qabaqcıl dron texnologiyası ilə təmin edib-etmədiyini araşdırmağa sövq edib. BİG.AZ Reuters-ə istinadən xəbər veri
11:09 123 SEPAH ABŞ-ın Küveytdəki bazasını PUA-larla vurduğunu açıqlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi obyektinə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bəyan edib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, İran tərəfinin yaydığı məlumata görə, hücum zamanı Əl-Doha hərbi bazasında yerləşən ABŞ quru qoşunlarının logistik
22.07.2026 179 Cennifer Lopez ad günü vannada qeyd etdi
56 yaşlı dünya ulduzu Cennifer Lopez bacısı Linda Lopezin ad gününü qeyd etmək üçün Avropa səyahətinə yollanıb. xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni və aktrisanın sosial şəbəkədə paylaşdığı fotolar izləyicilərin böyük marağına səbəb olub. Paylaşılan kadrlarda Cennifer Lopezin hama
22.07.2026 418 Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərə qarşı hər hansı silahlı hücumu olacağı təqdirdə ABŞ-ın cavab zərbələri endirəcəyini bəyan edib. APA xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Bu andan etibarən İran İslam Respublikas
22.07.2026 296 Jurnalist Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Jurnalist və şair Rüfət Əhmədzadənin meyiti aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Rəbiyyə Zərdabi sosial şəbəkə hesabında paylaşım edib. Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün səbəbi hələlik məlum deyil
22.07.2026 437 Nigar Fərhaddan soraq yoxdur - Baş Prokurorluq və DİN-də bu barədə nə deyirlər?
Müştərilərin şikayətləri ilə diqqət mərkəzinə düşən "Aid-Group" xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad gündüz çıraqla axtarılır. Şirkət artıq fəaliyyətini dayandırdığını bildirib və bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edilib. Elanda fəaliyyətin müvəqqəti dayandırıldığı
22.07.2026 439 Sabaha olan hava proqnozu açıqlandı
İyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 31-36 isti olacaq. Atmosfer təzyiqi 757 m
22.07.2026 218 İsrail ordusu Qəzzada HƏMAS mövqelərinə yeni zərbələr endirib
İsrail Silahlı Qüvvələri Qəzza zolağında HƏMAS-a aid olduğu bildirilən bir sıra obyektlərə növbəti hava hücumları həyata keçirib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, İsrail ordusunun yaydığı məlumata əsasən, əməliyyat çərçivəsində təşkilatın hərbi infrastrukturu, silah-sursat saxlanılan məntəqələ
22.07.2026 202