İŞİD Moskvadakı terroru törətməyə qadir idi? - TƏHLİL
Moskvadakı terror hadisəsindən sonra qanlı hadisəyə görə məsuliyyət bölgüsü mövzusunda rəsmi və qeyri-rəsmi mübahisələr davam etməkdədir:
- Rusiya "İslam dövləti"nin (İŞİD) bu terrorda əli olmadığı təbliğatını apararaq diqqəti Ukraynaya yönəldir,
- Ukrayna bu terrorda əli olmadığını bəyan edir,
- İŞİD hadisəni törətdiyini car çəkir,
- Qərb İŞİD faktoru üzərində dayanır.
Terrordan sonrakı geosiyasi genişlənmə sahəsi üçün müxtəlif bəhanələr tapılacağı şübhəsizdir və terrorla mübarizə adı altında Yaxın Şərq, Mərkəzi Asiya regionlarında rəqabətin qızışacağı istisna deyil.
Amma indi vacib bir nüans ortaya çıxır: "Crocus City Hall" konsert zalında törədilən qanlı hadisənin hansı qüvvə tərəfindən idarə edilməsindən asılı olmayaraq, İŞİD qlobal təhdid kimi imicini bərpa etmək üçün təbliğat fürsəti qazanır.
Bəs zəif düşmüş və dar bir küncə sıxışdırılmış İŞİD bu cür səs-küylü terror törətməyə qadir idimi?
İŞİD 2023-cü il ərzində, əsasən, Suriya, Pakistan və Əfqanıstanda aktiv fəaliyyətə əl atıb və 2024-cü ilin ilk aylarında İranın Kirman şəhərindəki terrora görə məsuliyyəti üzərinə götürüb.
Düzdür, İŞİD-in müstəsna çəkindirici qabiliyyətə malik hücumlar təşkil etmək gücündə olması o qədər inandırıcı səslənməyə bilər.
Lakin Rusiyadakı terrorun icraçı olaraq arxasında, həqiqətən, İŞİD dayanıbsa, onda qeyd etmək olar ki:
- İŞİD-in Rusiyada dar mövcudluq dairəsi bir qədər genişlənib,
- İŞİD Rusiyada "iz qoyduqdan" sonra təhdid olaraq genişlənməsi üçün Qərbin maraqlarına qarşı da əməliyyatlar keçirə bilər.
Deməli, İŞİD-in hazırda dar çərçivədə küncə sıxılmış kimi görünən əlamətləri kənara çıxa biləcək ambisiyalara malikdir.
Bu, onunla əlaqədardır ki, İŞİD parçalanmış vəziyyətdə olsa belə, şəbəkə əsaslı sistemini işə sala bilir.
Ona hansı geostrateji güc mərkəzi dəstək olur - bu suala cavab axtarmaq da aktualdır, amma nəticə budur ki, İŞİD 2024-cü ildə qlobal səs-küy yaradan iki hadisəyə görə məsuliyyət daşıdığını bəyan edib.
Hər bir vəziyyətdə Moskvadakı hadisələrdən sonra bu nüanslar diqqətdə saxlanılmalıdır:
- Terrorçular hər hansı taktika və silahdan istifadə edərək, istədikləri vaxt hücum həyata keçirə bilərlər,
- Hökumətlər kəşfiyyat xəbərdarlıqlarını gözardı etməməli və terror hücumundan müdafiəni ideal səviyyəyə qaldırmalıdırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 909 Tarix: 25 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF
"Dəbdəbə həvəsi, şöhrətpərəstlik və bir növ görməmişlik bir çox insanın həyatına mənfi təsir göstərir, lakin bəziləri bunun fərqində belə deyil". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. O qeyd edib ki, insanlar bir çox şeyi sadəcə görüntü xatirinə edirlər:. "Məsələn
23.10.2026 473 Azərbaycan-Hindistan münasibətləri: siyasi dialoq, iqtisadi əməkdaşlıq və yeni ixrac perspektivləri
"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu görüşü Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan, bütün istiqamətlər üzr
23.10.2026 293 Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH
Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər
23.10.2026 402 Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir
Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı
12:29 0 Rusiya azərbaycanlı iş adamının restoranını susuz qoydu
Rusiyada məhkəmə icraçılarının tələbi ilə Petrovski sahili yaxınlığında yerləşən və qalmaqallarla gündəmə gələn "Yardı Superbar" restoranının su təchizatı dayandırılıb. xəbər verir ki, sözügedən restoran yerli Azərbaycan diasporunun keçmiş rəhbəri, iş adamı Yusif Xəlilova məxsusdur. Daha əvvə
23.10.2026 411 Dövlət içində dövlət: Türkiyənin sirli "Menzil" şəbəkəsi
FETÖ getdi, "Menzil" gəldi? - Türkiyədə yeni güc savaşı. Türkiyədə dini təriqətlərin dövlət idarəçiliyinə təsiri uzun illərdir müzakirə mövzusudur. Xüsusilə 15 iyul 2016-cı ildə baş vermiş uğursuz hərbi çevriliş cəhdindən sonra bu müzakirələr daha ciddi xarakter alıb. Fətullah Gülən hərəkatını
23.10.2026 363 İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM
Argentinalı ulduz futbolçu Lionel Messi həyat yoldaşı Antonela Rokutso ilə birlikdə İspaniyaya səfər edib. xarici mediaya istinadən xəbər verir ki, cütlük Asturiya Şahzadəsi mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün oktyabrın 22-də Oviedo şəhərinə gəlib. Messi və həyat yoldaşı şəhəri
23.10.2026 345 Bu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərin
11:45 112 Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu
Cənubi Afrika Respublikasından olan yazıçı süni intellektdən istifadə edərək 20 ay ərzində 371 kitab ərsəyə gətirib və milyonçu olub. xəbər verir ki, bu barədə EWN radiostansiyası məlumat yayıb. Koral Hart təxəllüsü ilə fəaliyyət göstərən qadın süni intellekt texnologiyalarının köməyi ilə bir milyo
23.10.2026 339