Qatillər zaldakılardan nə tələb ediblər? – Hadisə şahidi danışır
"Crocus Siti Holl"da terrorçular heç nə tələb etməyiblər, onlar yaxşı hazırlaşmışdılar.
BiG.AZ Globalinfo.az-a istinadla xəbər verir ki, bunu terror aktının şahidi Andrey Lesnıx "İzvestiya" portalına açıqlamasında deyib.
Zalda bacısı ilə birlikdə olan Andrey Lesnıx ilk təxliyə edilənlərdən olub. Hadisə şahidinin sözlərinə görə, zaldan atışma səslərini eşidəndə təşvişə düşüb və bacısı ilə birlikdə zalı tərk etmək qərarına gəlib.
"Mən artıq səhnəyə enmişdim ki, zalda atəş açılmağa başladı, sonra təşviş başladı. Sağ tərəfdəki səhnədən çıxdım, bacım isə balkondan, yuxarıdan çıxdı", – deyə o bildirib.
Lesnıx əlavə edib ki, terrorçular heç bir tələb irəli sürməyiblər. O, terrorçuları təcrübəli və təlim keçmiş döyüşçülər kimi xarakterizə edib.
"Öz aralarında danışarkən heç bir qışqırıq yox idi. Aydındır ki, onlar təcrübəli döyüşçülərdir", – deyə qeyd edib.
Hadisənin digər şahidi isə bildirib ki, əvvəlcə küçədən pulemyotlarla silahlanmış şəxslər atəş açaraq binanın şüşələrini sındırmağa cəhd ediblər, sonra onlar binanın içərisinə girərək insanlara atəş açıblar.
Qeyd edək ki, martın 22-də "Crocus City Hall"da terror aktı baş verib. Konsert zalında "Piknik" qrupunun çıxışı olmalı idi. Rusiya Federasiyasının Baş Prokurorluğu kamuflyajlı şəxslərin binaya soxularaq atəş açdığını bildirib. Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, terror aktı qurbanlarının sayı 133 nəfərə çatıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1075 Tarix: 24 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHüquqşünas alimə cinayət işi açıldı
Sabunçu rayonu, Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev barəsində cinayət işi başlanılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, külli miqdarda mənimsəmədə ittiham olunur. Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevi
10:33 370 Yanacaq bazarındakı çətinliklər… - Putin təsəlli verdi
Rusiya yanacaq bazarındakı çətinliklər müvəqqətidir və ümumi iqtisadi mənzərəyə təsir göstərməyəcək. xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. "Rusiyada dövlət maliyyəsi sabitdir. 2026-cı ilin ilk 5 ayında ÜDM 0,2% artıb", - o bildirib. Qeyd edək ki, Ukrayna ordusunun Rusiy
22.07.2026 464 Sabah 39° isti olacaq
İyulun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25 isti, gündüz 33-38 isti olacaq. Atmosfer təzyiqi normada
12:57 151 İnsanlar niyə rituallara inanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son illər sosial şəbəkələrdə "bolluq ritualı", "arzuların həyata keçməsi üçün edilən ayinlər", "enerji təmizlənməsi" və buna bənzər məzmunların sürətlə yayılması bu mövzuya marağı da artırıb. Xüsusilə qeyri-müəyyənlik və stress dövründə bir çox insan həyatında müsbət dəyişikli
11:34 380 Eldar Əzizov Şərqi Avropa haqqında
22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov " saytının kollektivi ilə görüş keçirib. Görüş zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sayt kollektivinin ictimai əhəmiyyətli hadisələrin işıqlandırılmasında qazandığı mühüm nailiyyətlər
12:46 331 Cennifer Lopez ad günü vannada qeyd etdi
56 yaşlı dünya ulduzu Cennifer Lopez bacısı Linda Lopezin ad gününü qeyd etmək üçün Avropa səyahətinə yollanıb. xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni və aktrisanın sosial şəbəkədə paylaşdığı fotolar izləyicilərin böyük marağına səbəb olub. Paylaşılan kadrlarda Cennifer Lopezin hama
22.07.2026 618 İordaniya ordusu İranın üç raketini vurduğunu bildirib
İordaniya dövlət xəbər agentliyinin verdiyi məlumata görə, İordaniya ordusu son 24 saat ərzində İranın dörd raketi və altı dronunu vurduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bildirilib ki, bu səhər üç raketi vurub, dördüncüsü isə yaşayış olmayan əraziyə düşüb. Həmçinin əlavə edi
12:58 165 Epşteynin əlaltısı ölü tapıldı
Amerikalı maliyyəçi Ceffri Epşteynin əlaltısı Daniel Siad Fransada ölü tapılıb. "Yeni Sabah" BFMTV-yə istinadla xəbər verir ki, onun cəsədi evində aşkarlanıb. Siad Epşteynə qadınları cinsi istismar üçün cəlb etməkdə şübhəli bilinən keçmiş model agenti və fotoqrafdır. Hüquq-mühafizə orqanlar
22.07.2026 466 Süni intellekt uğrunda rəqabət niyə yeni mərhələyə keçir?
The Washington Post yazır ki, süni intellekt sahəsində rəqabət artıq təkcə texnologiya şirkətləri arasında deyil, dövlətlər arasında da strateji yarışa çevrilib. Son aylarda açıq mənbəli (open-source) böyük dil modellərinin sürətlə yayılması bazarda balansı dəyişdirib. Əvvəllər yalnız böyük şirkətləri
15:59 62