Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı

Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldıŞirvanlı Gömrük Postunun 240 manat rüşvət aldığına görə 7 il 6 azadlıqdan məhrum edilmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi yenidən araşdırılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi sabiq gömrükçü haqda əvvəlki qərarını dəyişib.

Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum edilərək azadlığa buraxılmışdı. Prokurorun protesti ilə Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv etmiş, Məmmədova 7 il 6 ay həbs cəzası vermişdi.

Həmin qərardan təqsirləndirilən şəxsin vəkilləri kassasiya şikayəti verib. Şikayətdə həbslə bağlı qərarın ləğv edilməsi xahiş edilib.

Ali Məhkəmə cinayət işi materialları ilə tanış olduqdan sonra məhkuma əməlinə görə həddən artıq ağır cəza verildiyi qənaətinə gəlib. Yüksək instansiya məhkəməsi qərarı ləğv edib, işi yeni apellyasiya baxışına qaytarıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən baxış iclasında qərar elan edilib. Hakim Elbəy Allahverdiyev həmkarı Qədim Babayevin həbslə bağlı qərarını ləğv edib. Yeni qərara əsasən, Cavid Məmmədova şərti cəza verilib. O, 5 ay sonra yenidən məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, təqsirləndirilən şəxs gömrük postunda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə rüşvət qismində almağa cəhd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 646   Tarix: 21 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənistan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq

Ermənistan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində paylaşım edib. Paşinyan bildirib ki, bu sənəd iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcıdır:

05.05.2026 194
.

Ukraynanın Naftogaz qaz istehsal zavodlarında Rusiyanın dron və raketləri beş nəfəri öldürüb

Şirkətin baş icraçı direktoru çərşənbə axşamı bildirib ki, Rusiyaya məxsus dronlar və raketlər Ukraynanın dövlət enerji şirkəti Naftogazın Poltava və Xarkov vilayətlərindəki qaz istehsalı müəssisələrinə hücum edib, nəticədə üç işçi və iki xilasetmə işçisi həlak olub. BİG.AZ Reuters-ə istinadən xəbə

05.05.2026 215
.

Arıçılıqda təhlükə böyüyür: virus yayan gənələr

"Arılarla qidalanan gənələr son dövrlərdə istifadə olunan bir sıra dərman preparatlarına qarşı davamlılıq (immunitet) qazanıb. Nəticədə müalicə zamanı onların sayını arzuolunan minimum səviyyəyə endirmək çətinləşir və sürətlə çoxalma müşahidə olunur". Bunu BİG.AZ-a açıqlamasında arıçılıq üzr

05.05.2026 235
.

Bakı Baş Səhiyyə Mərkəzində yeni təyinat

Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Nərgiz Talıb qızı Şərifova təyinat alıb. Qeyd edilib ki, N.Şərifova 2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetind

05.05.2026 233
.

Oğlunuzu zəif iradəli böyütmək istəmirsinizsə... bu ifadəni deməməlisiniz

Bəzən qısa bir cümlə oğlan uşağının özünə inamını illərlə verilən tərbiyədən daha tez sarsıda bilər. Ən təhlükəlisi isə odur ki, valideynlər bunu fərq etmədən deyirlər və bu sözlər uşağın yaddaşına həkk olunur. xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar bu cümləni ən təhlükəlilərdən biri hesa

05.05.2026 257
.

İnsult riskini artıra bilən ət növləri

İnsult dünyada ən çox ölümə səbəb olan xəstəliklərdən biridir və qidalanma bu riskə birbaşa təsir göstərir. Mütəxəssislər bildirirlər ki, düzgün qida seçimi insult riskini azaltmaqda mühüm rol oynayır. bu riski artıran iki növ ət növünü təqdim edir:. 1. Emal olunmuş ət məhsulları. Bu qrupa daxildir:

05.05.2026 214
.

Yeni sevgilisi olduğunu açıqladı

Müğənni Aynur Dadaşova sevgi etirafı edib. Axşam.az xəbər verir ki, sənətçi "Afaqla 10lar" verilişində yeni eşq yaşadığını açıqlayıb. O, həmkarı Niyam Salaminin "Aynur xanımın bu yaşda ürəyində hansı sevgi var? Hansı sevgidir ki, yadına düşəndə onu xəyala daldırır" sualına belə cava

05.05.2026 302
.

Partlayışda xəsarət alan həkim öldü

Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsini

05.05.2026 257
.

Ekranda görünən hər şey artıq məsuliyyət yaradır

"İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi şəkildə nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər inzibati məsuliyyət yaradır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzv

05.05.2026 217
.

TOP MP3