Azərbaycanda pensiyaçıların sayında azalma - STATİSTİKA

Azərbaycanda pensiyaçıların sayında azalma - STATİSTİKA2024-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkə əhalisinin 10,8 faizi pensiyaçı olub.

2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub.

Yəni, 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.

Ötən il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.

Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ölkəmizdə aylıq pensiyaların orta məbləği bu il 441,3 manat təşkil edib.

Qeyd edək ki, ötən il bu rəqəm 372,1 manat təşkil edib. Yəni, keçən bu müddət ərzində Azərbaycanda pensiyaların orta məbləği 69 manatdan çox (18,6 faiz) artıb.

Bu il pensiyaların orta məbləği orta aylıq əmək haqqının 47,3 faizinə bərabər olub. Ötən il bu rəqəm 44,3 faiz olub.

Ötən ilin əvvəlinə olan məlumata görə, ölkəmizdə 418 min sosial müavinət alan şəxs olub. Bu ilin əvvəlində isə rəqəm 442 min təşkil edib. Yəni, 1 il ərzində sosial müavinət alanların sayında 24 mindən çox artım qeydə alınıb.

Ünvanlı dövlət sosial yardımı alanların sayı 1 il ərzində azalıb, yardımın orta məbləğində isə artım qeydə alınıb. Belə ki, ötən ilin əvvəlinə olan məlumata görə, 65,5 min aztəminatlı ailənin 290,8 min üzvü ünvanlı dövlət sosial yardımı alıbsa, bu il 64 min aztəminatlı ailənin 272,3 min üzvü alıb.

2023-cü ilin əvvəlinə olan məlumata görə, ünvanlı dövlət sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği 88,09 manat təşkil edib, bu il isə 114,3 manat olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 946   Tarix: 21 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Stubbdan sərt mesaj: NATO-nun 5-ci maddəsi ilə bağlı xəbərdarlıq

Rusiya NATO ölkələrinin hücum halında cavab verməyə hazırlığını sınamamalıdır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb müsahibəsində bildirib. Stubbun sözlərinə görə, Moskvanın North Atlantic Treaty Organization-nun Kollektiv Müdafiə Müqaviləsinin 5-c

05.05.2026 189
.

Enerjidən diplomatiyaya: Meloni-Əliyev görüşünün detalları

"İtaliya Nazirlər Şurasının sədri Corciya Meloninin Azərbaycana gözlənilən səfəri baş tutub. Səfər regional və beynəlxalq müstəvidə böyük maraqla qarşılanıb. Meloni hazırda Avropa siyasətində xüsusi çəkiyə malik, xarizmatik liderlərdən biri kimi qiymətləndirilir. Onun siyasi üslubu, özünəinamı v

05.05.2026 211
.

Alena Əliyevanın tələbələrlə səmimi görüşündən - Fotolar

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva İ.K.Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin tələbələri və Kiyev Milli Akademik Operetta Teatrının rəhbərliyi ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Sözügedə

05.05.2026 371
.

Ermənistan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq

Ermənistan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində paylaşım edib. Paşinyan bildirib ki, bu sənəd iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcıdır:

05.05.2026 194
.

Qətldə şübhəli kimi saxlanılan müğənni ilə bağlı qərar dəyişdi

Futbolçu Kubilay Kaan Kundakçı cinayəti ilə bağlı aparılan istintaqda məhkəmə yeni qərar qəbul edib. Axşam.az xəbər verir ki, məhkəmə cinayət işi üzrə şübhəlilər arasında yer alan və daha əvvəl həbs edilən müğənni İzzət Yıldızhanın azadlığa buraxılmasına qərar verib. Eyni qərarla Yıldızhanın ölkədə

05.05.2026 342
.

Rusiya İkinci Dünya Müharibəsi qələbə paradından əvvəl mobil interneti məhdudlaşdırır

Rusiya çərşənbə axşamı günü Nasist Almaniyası üzərində qələbəni qeyd etmək üçün keçirilən illik 9 may paradından əvvəl Moskvada bir çox müştəri üçün mobil internet xidmətlərini dayandırdı. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, parad Ukraynadan gələn dron hücumları təhlükəsi səbəbindən azaldılıb

05.05.2026 222
.

Küçə qidaları: sürətli seçim, yoxsa gizli təhlükə?

Küçə qidaları - yəni ayaqüstü obyektlərdə satılan müxtəlif fast-food və hazır yeməklər - gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə böyük şəhərlərdə sürətli və münasib qiymətli olması bu qidaları daha cəlbedici edir. Lakin bu rahatlığın arxasında ciddi suallar dayanır: bu cür qidalar nə dərəcəd

05.05.2026 269
.

Musiqi aləmində süni intellekt QALMAQALI böyüyür: Mahnılar saxtadır?

Bütün dünyada, eləcə də Türkiyədə musiqi sektorunda süni intellektlə bağlı mübahisələr daha da artıb. "Saygı 1" adlı musiqi gecəsində səhnəyə çıxan Nikbinlər qrupunun performansı sosial mediada geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, gecədə 30-dan çox sənətç

05.05.2026 223
.

Bakıda 97 yaşlı qadının meyiti tapıldı

Bakıda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Nizami rayonu, Q.Qarayev prospektində qeydə alınıb. 97 yaşlı Məqsumə Sadıxovna Gənciyevanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma aparılır

05.05.2026 227
.

TOP MP3