Azərbaycanda rəqəmsal müyəssərlik həlləri təqdim edən şirkət fəaliyyətə başlayıb

Azərbaycanda rəqəmsal müyəssərlik həlləri təqdim edən şirkət fəaliyyətə başlayıbYerli şirkət internet texnologiyalarını fiziki məhdudiyyətli və əlilliyi olan istifadəçilərə əlçatan etmək üçün xüsusi proqram təminatı olan "Corpowid – rəqəmsal müyəssərlik həlli"ini təqdim edib. Corpowid, internet resurslarındakı müyəssərlik funksionallığını və rəqəmsal əlçatanlığı kod strukturundan, tərtibatçısından, həcmindən və ya digər xüsusiyyətlərindən asılı olmayaraq avtomatik olaraq təmin edə bilir.
Widget, 10-dan çox dildə olub, çox asanlıqla istənilən internet saytına quraşdırıla bilir. Quraşdırıldıqdan sonra, internet saytınız əlilliyi olan istifadəçilər, o cümlədən epilepsiya, disleksiya, görmə qabiliyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə sağlamlıq imkanları məhdud istifadəçilər üçün nəzərdə tutulmuş funksionallıqla təmin olunur.
Dünya internet resurslarının böyük hissəsi, 96%-dən çoxu fiziki məhdudiyyətli istifadəçilər üçün uyğun deyil. Sevindirici haldır ki, ölkəmizdə bu problemə son zamanlarda xüsusi diqqət yetirilməkdədir və artıq bir çox dövlət internet resursları inklüzivlik funskionallığını öz istifadəçilərinə təqdim edirlər.
"Corpowid – rəqəmsal müyəssərlik həlli"inin bir sıra üstün cəhətləri vardır. Belə ki, təqdim olunan rəqəmsal həll mobil cihazlarda çalışır və tam təhlükəsizdir. Şirkətlərin korporativ kimliyinə rahatlıqla uyğunlaşdırıla bilən proqram təminatı quraşdırıldıqdan sonra internet saytında olan məzmun və başqa dəyişiklikləri avtomatik olaraq "anlayır". Əlavə olaraq siz quraşdırılan müyəssərlik widget`inin mövqesini və ölçüsünü internet saytınızın vizuallığına uyğun olaraq şəkilləndirə bilərsiniz. Bütün bunlarla yanaşı önəmli üstünlüklərdən biri də odur ki, şirkətin xüsusi təlim keçmiş əməkdaşları 24/7 ödənişsiz texniki xidmət göstərirlər.
Corpowid rəqəmsal məhsul olaraq davamlı şəkildə şirkət mütəxəsisləri tərəfindən inkişaf etdirilir və yeni funksionallıqlar avtomatik olaraq quraşdırılmış internet resurslarında öz əksini tapır. Yaxın zamanda epilepsiya, görmə qabiliyəti məhdud və koqnitiv pozğunluğu olan istifadəçilər üçün nəzərdə tutulmuş "Başlıqların seçilməsi" və "Animasiyalara fasilə ver" funskionallığının istifadəyə verilmişdir. Növbəti addım olaraq "Mətnlərin mövqesi" və "Canlı rejimdə tərcümə" funksionalığı qısa zamanda istifadəçilərə təqdim olunacaqdır.
Dünyanın bir çox ölkəsində satışa çıxması planlaşdırılan "Corpowid – rəqəmsal müyəssərlik həlli"inin məqsədi internet resurslarını sağlamlığından asılı olmayaraq hər kəs üçün əlçatan edərək bərabərhüquqlu şəkildə istifadəni təmin etməkdir. Unutmayın ki, rəqəmsal əlçatanlıq bütün istifadəçilərin HAQQIDIR.
Ətraflı məlumat almaq və "Corpowid – rəqəmsal müyəssərlik həlli"ini canlı rejimdə demo olaraq istifadə etmək üçün www.corpowid.com internet saytımızı ziyarət edin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat+FOTOLAR-VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. "Qafqazinfo" xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub. Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfində

24.10.2026 310
.

"General Hospital" 20 min manat CƏRİMƏLƏNDİ

Bakının Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən "Seymur-M" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus klinikada yoxlama aparılıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsi tərəfindən MMC-yə məxsus "General Hospital" tib

24.10.2026 169
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

00:26 86
.

Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı

ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi

24.10.2026 177
.

Bakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat

24.10.2026 259
.

Dubayda maşın alverçisi olan sevgilisi tərəfindən təhdid olunan xanım kömək istədi: "Həyatım təhlükə altındadır!"

"Real Azərbaycan"a müraciət edən Gülxar Novruzlu münasibətdə olduğu şəxs tərəfindən təhdid olunduğunu bildirir. Gülxar Novruzlunun sözlərinə görə, Dubayda avtomobil alveri ilə məşğul olan Seyid Hüseyn onunla münasibətə son qoyduğu üçün onu təhdid edir. O, həmçinin sosial şəbəkə hesablarınd

24.10.2026 213
.

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB+Foto/Video

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriba

24.10.2026 243
.

Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"

Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind

24.10.2026 208
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24.10.2026 233
.