Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"

Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır.

Oxu.Az xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətində olan ərazilərin mənimsənilməsini isə heç vaxt qəbul etməyəcək.

Zelenski nəzəri cəhətdən Ukrayna torpaqlarından imtina edilməsini nəzərdə tutan hər hansı sülh müqaviləsi ilə razılaşmayacaqlarını da bəyan edib.

"Kimsə 25% barədə danışanda, bu o deməkdir ki, biz bütün Donbasdan əl çəkməliyik, yəni onlar (ruslar - red.) 25%-ə nəzarət edəcəklər. Hazırda isə onların nəzarətində 19.3% ərazi var", - deyə Zelenski vurğulayıb.

Söhbətin davamında jurnalist prezidentdən bu şərtlərlə müqaviləni imzalayıb-imzalamayacağını soruşub. Siyasətçi buna cavab olaraq bildirib ki, Kiyev müharibəni indiki cəbhə xəttində təsbit edərək ona son qoymağa hazırdır:

"Biz müharibəni ən qısa zamanda başa çatdırmağa hazırıq. Münaqişəni dərhal bütün cəbhə xətti boyu dondurmaq mümkündür".

Zelenski, həmçinin qeyd edib ki, Kiyevin Moskva tərəfindən ələ keçirilən əraziləri Rusiya torpaqları kimi tanımasını tələb edən şərt barədə eşidib. O vurğulayıb ki, Ukrayna heç vaxt bununla razılaşmayacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Zelenski ölkəsinin bəzi əvvəlki ərazilərini itirmək bahasına sülh müqaviləsi bağlamağa razı olub-olmadığı barədə verilən sualı müsbət cavablandırmışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 132   Tarix: 24 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb

19:40 0
.

Ofelya Şabanova efirdə ingiliscə danışdı

Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz

23.10.2026 511
.

Canni İnfantino Bakıda - Video

FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə

10:22 237
.

İran ali rəhbərinin nümayəndəsi: Xameneinin ictimaiyyət arasına çıxmaq imkanları məhduddur

"İranın Ali rəhbəri Müctəba Xamenei müharibə şəraitinə və ictimaiyyət qarşısında görünmək imkanlarının məhdud olmasına baxmayaraq, ölkənin idarə edilməsini davam etdirir". Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdulla

23.10.2026 549
.

10 fərqli məhsul, bir üz: Dəriyə qulluqda ifrata varırıq?

Gözəl və sağlam dəriyə sahib olmaq istəyənlər bəzən üzlərinə eyni vaxtda çoxsaylı kosmetik məhsullar tətbiq edirlər. Serumlar, toniklər, nəmləndirici kremlər, maskalar və müxtəlif aktiv tərkibli vasitələr gündəlik qulluq rutinində yer alır. Bəs bu qədər məhsuldan istifadə etmək həqiqətən faydalıdır

11:03 224
.

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Argentinalı ulduz futbolçu Lionel Messi həyat yoldaşı Antonela Rokutso ilə birlikdə İspaniyaya səfər edib. xarici mediaya istinadən xəbər verir ki, cütlük Asturiya Şahzadəsi mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün oktyabrın 22-də Oviedo şəhərinə gəlib. Messi və həyat yoldaşı şəhəri

23.10.2026 376
.

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Cənubi Afrika Respublikasından olan yazıçı süni intellektdən istifadə edərək 20 ay ərzində 371 kitab ərsəyə gətirib və milyonçu olub. xəbər verir ki, bu barədə EWN radiostansiyası məlumat yayıb. Koral Hart təxəllüsü ilə fəaliyyət göstərən qadın süni intellekt texnologiyalarının köməyi ilə bir milyo

23.10.2026 367
.

"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar

Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen

23.10.2026 368
.

XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var

14:51 242
.