Bu gün Yel çərşənbəsidir
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
BiG.AZ-ın məlumatına görə, xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb.
Novruz şənliklərində icra olunan Yel baba mərasimi əcdadlarımızın Yel tanrısına etiqadla bağlıdır. İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq ordan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər. Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər.
Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.
Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 712 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAİ İrana qarşı sanksiyaları genişləndirdi - Siyahıya daha 6 nəfər daxil edildi
Avropa İttifaqı Şurası İranda insan hüquqlarının pozulması ilə bağlı tətbiq etdiyi sanksiyalar siyahısını genişləndirib. Aİ Şurasının məlumatına görə, yeni sanksiyalar siyahısına 6 fiziki şəxs daxil edilib. Siyahıya siyasi fəallar, dissidentlər və dini azlıqların nümayəndələri ilə bağlı qərarlar çıxarmaqd
24.07.2026 189 "Space TV"nin bank hesablarına həbs qoyuldu (SƏBƏB)
"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsi "Xalq Bank" ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib
24.07.2026 440 Neftin 100 dolları keçməsi qlobal iqtisadiyyatı yeni risklərlə üz-üzə qoyur
Yaxın Şərqdə gərginliyin yenidən artması fonunda dünya bazarlarında neftin qiyməti yenidən 100 dollar həddini keçib. Reuters-in analitik yazısında qeyd olunur ki, bu vəziyyət qlobal iqtisadiyyatda inflyasiya risklərini artırır və mərkəzi bankların faiz siyasətini daha da çətinləşdirə bilər. BİG.AZ Reuters-
24.07.2026 202 Moldova vətəndaşlarına Rusiyaya səfərlə bağlı xəbərdarlıq etdi
Moldova Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfər etməmələri barədə çağırış edib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, təxirəsalınmaz zərurət olmadığı halda Rusiya Federasiyasına səyahətdən çəkinmək tövsiyə olunur. Bəyanata əsasən
24.07.2026 215 Buraxılış imtahanında 1472 nəfərin 0 bal toplaması nə ilə bağlıdır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Buraxılış imtahanlarının nəticələri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Açıqlanan statistikaya əsasən, 1472 abituriyent imtahanda 0 bal toplayıb. Bu göstərici həm valideynlər, həm də təhsil ictimaiyyəti arasında suallar yaradıb. Bəs yüzlərlə şagirdin sıfır nəticə göstərməsinin əsas səbəbi nədir?
24.07.2026 416 Onlayn alış-verişdə hüquqlarınız necə qorunur? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Elektron ticarətin sürətlə inkişafı ilə yanaşı, onlayn alış-veriş edənlərin sayı da ildən-ilə artır. Rahatlıq və vaxta qənaət baxımından üstünlük qazanan bu alış-veriş üsulu bəzi hallarda istehlakçıların məhsulun keyfiyyəti, çatdırılma, geri qaytarılma və ödənişlə bağlı problemlərlə üzləşməsinə səbə
24.07.2026 234 Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM
Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı
24.07.2026 230 Avropanın müdafiə sənayesi yeni yüksəliş dövrünə daxil olur
Financial Times yazır ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə artan gərginlik Avropa ölkələrini müdafiə xərclərini rekord səviyyəyə çatdırmağa vadar edib. Təhlildə qeyd olunur ki, bu proses müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin sifariş portfelini əhəmiyyətli dərəcədə artırıb və yen
24.07.2026 219 Ağaclara və evlərə zərərvericilər daraşıb - Rəsmi açıqlama
Lənkəranda ağaclara kütləvi şəkildə zərərvericilər daraşıb. Bununla bağlı "Qafqazinfo"ya müraciət edən rayon sakinləri bildirib ki, onlar bütün ağacları kökündən yeyir və təsərrüfata ziyan vurur. Vətəndaşlar qeyd edirlər ki, həmin ağ rəngli həşəratlar ağaclardan əlavə, evlərin divarlarına d
24.07.2026 234