Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur.
"Yeni Sabah"ın araşdırmasına görə, bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına, hakimlərə, deputatlara və müharibə əlillərinə şamil edilir.
Maaşın 100 faizi həcmində pensiya alan kateqoriyalar
Hərbi xidmət və ya xüsusi qulluq vəzifələrini yerinə yetirərkən xəsarət alması və ya xəstələnməsi nəticəsində I qrup əlilliyi müəyyən olunmuş hərbi və xüsusi rütbəli şəxslərə pensiya onların xidmətdən azad edildiyi günə olan təminat xərcliyinin tam həcmində hesablanır.
Məhkəmə hakimləri haqqında normativ aktlara əsasən, səlahiyyət müddətində sağlamlıq vəziyyətinə görə vəzifədən azad olunan və ya yaş həddinə çataraq istefaya çıxan hakimlər üçün saxlanılan əməkhaqqı əsasında tam həcmdə ödəniş nəzərdə tutulur.
Maaşın 80 faizi həcmində pensiya alan kateqoriyalar
Tələb olunan minimum qulluq stajını toplayaraq pensiyaya çıxan dövlət qulluqçularının qulluq stajına görə əlavələrlə birgə pensiyası onların orta aylıq əməkhaqqının maksimum bu həddində tənzimlənir.
Milli Məclisin sabiq deputatları, İnsan Hüquqları üzrə Müvəkkil, Mərkəzi Seçki Komissiyasının və Audit Palatasının üzvləri üçün ödənilən qulluq stajı əlavələri də vəzifə maaşının 80 faizi həddini keçməmək şartilə müəyyənləşdirilir.
Qanunla müəyyən edilmiş uzunmüddətli xidmət illərini tamamlayan hərbi qulluqçuların, prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının pensiyaları qulluq stajından asılı olaraq təminat xərcliyinin 80 faizinədək artırılır.
Hərbi xidmət və ya müharibə ilə əlaqədar II qrup əlilliyi təyin olunmuş şəxslərin pensiya təminatı da sonuncu təminat xərcliyinin 80 faizi miqdarında hesablanır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 125 Tarix: 25 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd
24.10.2026 124 Filippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24.10.2026 183 Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin YENİ TƏFƏRRÜATI
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub. -ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminall
24.10.2026 331 Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"
Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind
24.10.2026 208 "Yaşıl enerji dəhlizi"nə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib
Xəzər regionundan Avropaya bərpa olunan enerjinin tədarükü üzrə "Yaşıl enerji dəhlizi" (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə ümumi investisiyalar təxminən 22,1 milyard avro məbləğində qiymətləndirilir ki, bunun da 14,3 milyard avrosu ötürücü infrastrukturun yaradılmas
24.10.2026 189 "Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxmas
00:25 94 Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib. "Report" "Arab News"a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türk
24.10.2026 146 Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. BİG.AZ APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxal
24.10.2026 228 Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm
00:24 89