Bank hesabları və kartlarını necə qoruyaq?

Bank hesabları və kartlarını necə qoruyaq?Son vaxtlar bank hesablarından və kartlarından oğurluq halları artıb. Bu məsələ təkcə ölkəmizdə yox, bütün dünyada ciddi problemə çevrilib.

Bank hesablarından və kartlarından oğurluq edilməməsi üçün istifadəçilər və banklar hansı təhlükəsizlik tədbirləri görməlidir?

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev BiG.AZ-A bildirib ki, bu məsələ ilə bağlı görülə biləcək müəyyən təhlükəsizlik tədbirləri mövcuddur: "Bu tədbirlərin bir qismi bankların üzərinə düşsə də, əsas hissəsi istifadəçilərin üzərinə düşür. Çünkü banklar kifayət qədər tədbir görür, yüksək standarta malik təhlükəsizlik alətlərindən istifadə edir. Təhlükəsizlik məsələlərində əsas zəif halqa kart istifadəçiləridir.
Bank hesabları və kartlarını necə qoruyaq?Müşahidə etmək mümkündür ki, kartını bankomatdan başqa, heç bir yerə daxil etməyən pensiyaçının kartından pul oğurlanmır. Təbii ki, əgər bankomantda hər hansı xüsusi hilə yoxdusa... Bankomatlarda da kifayət qədər təhlükəsizlik tədbirləri görülüb və bu proses davam edir. Fikrimcə, banklar çox qısa müddətdə qaynar xətt vasitəsi ilə edilən müştəri zənglərinə operativ cavab verməlidir. Bir qədər məlumatsız və texnologiyadan istifadədə əziyyət çəkən bank müştərilərinin təcili dəstəyə daha çox ehtiyacı var".
Ekspert əlavə edib ki, əsas narahatedici məqam istifadəçilərin kompüter və mobil avadanlıqlara daxil etdikləri bank kartı ilə olan davranışlardır.

Təhlükəsizliklə bağlı bank istifadəçilərinə bəzi tövsiyələrimiz var:

"Mobil avadanlıq istehsalçısının tövsiyyə etdiyi antivirus proqramından istifadə edilə bilər.

Tanımadığımız mesaj və e-mailləri açmamalı, təsadüfən açsaq belə, içərisində olan linkləri və əlavə faylları açmamalı, yükləməməliyik.

Gələn e-mail ünvanının sonluğuna, linklərin domen adlarına xüsusi diqqət yetirilməlidir.

Cəzbedici heç bir yarış və qaliblik ilə bağlı məlumatlara, mesajlara daxil olmamalıyıq. Atalar məsəlində deyildiyi kimi: unutmayaq ki, pulsuz pendir siçan tilovunda olar.

Bundan başqa, "Google Play" və "App Store" da olmayan 3-cü tərəf proqramları əsla yükləməməliyik. "Google Play" və "App Store"dan yükləmək istədiyimiz tətbiqin yüklənmə sayı 3000-dən aşağıdırsa, əsla yüklənməməlidir. Tətbiqi yükləyərkən, tətbiqin istədiyi icazələrə diqqət yetirməli, icazələri minimallaşdırmalı və istədiyi icazələr məntiqli deyilsə, yükləməkdən imtina etməliyik.

Mümkün qədər pulsuz amma, qlobal olaraq, tanınmamış xidmətlərdən və oyunlardan istifadə etməməliyik. Bilməliyik ki, xidmət pulsuzdursa, satılan bizim məlumatlarımızdır.

Daha bir edilməməli hərəkət SMS təsdiq kodunu və ya bank kartının 16 rəqəmi xaricindəki rəqəmləri heç kəsə deməməkdir. Kartın şəklini çəkib göndərərkən, digər məlumatları bağlamalıyıq. Qarşıdakı insana güvənə bilərik, amma onun telefonu yoluxarsa, bizə də ciddi zərər dəyə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 998   Tarix: 11 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş

24.10.2026 184
.

Ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto

ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo

24.10.2026 150
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

00:30 100
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

00:14 116
.

Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat+FOTOLAR-VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. "Qafqazinfo" xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub. Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfində

24.10.2026 310
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24.10.2026 233
.

Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib. "Report" "Arab News"a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türk

24.10.2026 146
.

Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı

ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi

24.10.2026 177
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxmas

00:25 94
.