İctimai Wi-Fi-dən istifadə təhlükəlidir?
"Mümkün riskləri nəzərə alaraq, hətta ictimai yerlərdə telefonların enerji ilə doldurulmasını da tövsiyə etmirəm".
Bu fikirləri ictimai yerlərdə pulsuz internetin əlçatanlığı və şəbəkədən istifadənin yaratdığı mümkün risklər haqda danışan İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev açıqlama verib.
Onun sözlərinə görə, xidməti verən tərəf keyfiyyətin artırılmasında maraqlı olmadığı halda, problemin həll yolunu tapmaq çətindir:
"Bir çox ictimai yerlərdə – parklarda, ticarət mərkəzlərində, nəqliyyatda istifadəçilərin pulsuz internetlə təmin olunduğunu müşahidə edirik. Adətən, həmin məkanlarda Wi-Fi xidmətinin olduğunu göstərmək üçün müxtəlif işarələrdən istifadə olunur ki, oradakı müştərilər sərbəst internet xidmətindən xəbərdar olaraq ondan yararlana bilsinlər.
Lakin pulsuz Wi-Fi xidmətinə qoşulmaq istəyənlərin sayı o qədər çox olur ki, bu tələblərə cavab verə bilməyən sistem bir qədər sonra ya çökür, ya da istifadəçilərin çoxu üçün əlçatan olmur. Həmin xidmətin verilməsi üçün istifadə olunan avadanlıqlar daha çox istifadəçinin qoşulmasına hazır olmadığından, cihazlar "donur", kilidlənir və müraciətlərə effektiv cavab vermir. Belə olduqda, xidmətin keyfiyyəti də aşağı olur.
Xüsusilə, pik saatlarda bu problemin hər hansı həll yolunun olub-olmadığını söyləmək çətindir. Fikrimcə, pulsuz internetin əlçatanlığı ilə bağlı problemin əsas səbəbi onun istifadəçilərə hədiyyə kimi təqdim olunmasıdır. Xidməti verən hər hansı şəxs keyfiyyətin artırılmasında maraqlı olmadığı halda, problemin həll yolunu tapmaq çətindir.
Digər tərəfdən, təhlükəsizlik baxımından, istifadəçilərə restoran, iaşə obyektləri və ictimai nəqliyyatda pulsuz Wi-Fi xidmətindən istifadəni tövsiyə etmirəm. Bu halda müxtəlif risklər yarana bilər. Şəbəkəyə qoşulan pis niyyətli istifadəçinin digər qoşulan şəxslərə müəyyən qədər zərər vermə ehtimalı var.
Onların bəzi qurğular vasitəsilə başqa istifadəçilərin telefon və kompüterinə qoşularaq, fərdi məlumatlarına rahat şəkildə müdaxilə edə, "backdoor" dediyimiz "arxa qapı" proqramlarını həmin cihaza qoşmaları da mümkündür. Mümkün riskləri nəzərə alaraq, hətta ictimai yerlərdə telefonlarım enerji ilə doldurulmasını da tövsiyə etmirəm. Çünki hər iki hal kifayət qədər risk yaradır".
AYSEL ƏKBƏR
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 790 Tarix: 27 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"General Hospital" 20 min manat CƏRİMƏLƏNDİ
Bakının Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən "Seymur-M" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus klinikada yoxlama aparılıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsi tərəfindən MMC-yə məxsus "General Hospital" tib
24.10.2026 212 Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib. "Report" "Arab News"a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türk
24.10.2026 230 Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd
00:14 312 Latviya ərazisində PUA qalıqları aşkarlanıb
Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. "Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xaric
12:30 0 Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır
Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini
24.10.2026 211 Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəd Həsənov küçəsində qanunsuz tikinti aparılır. olaraq əraziyə yaxınlaşaraq tikinti işlərinin aparıldığını müşahidə etdik. Məsələ ilə bağlı əməkdaşlarımızın suallarını cavablandırmaqdan yayınan şəxslər qapını bağlayaraq açıqlama verməkdən imtina etdilər. Qanunsu
00:00 275 Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
00:33 501 Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"
Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind
24.10.2026 231 Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto
Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazo
11:01 134