Şəbnəm sənət dostlarına və aparıcılara xəbərdarlıq etdi

Şəbnəm sənət dostlarına və aparıcılara xəbərdarlıq etdi"Zamanında getdiyim verilişlərdə üzüyumşaqlığımdan, sadəliyimdən, mehribanlığımdan çox istifadə olunub. Ailə üzvlərimin adı ilə bağlı zarafat etməsinlər. Hər kəs özü ilə məşğul olsa, daha yaxşı olar".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Xəzər axşamı" verilişində deyib. O, ailə üzvləri haqda danışan sənət yoldaşlarına və aparıcılara xəbərdarlıq edib:

"Sənət dostlarımdan, aparıcılardan da bunun kimi şeylər eşitsəm, efiri tərk edəcəyəm. Verilişi tərk etmək ola bilər ki, onlar üçün fərq edər və ya etməz. Niyə də olmasın, sevilən bir ifaçıyam. Həmin aparıcı ilə çox böyük mübahisəmiz ola bilər, çox dərinə də gedə bilərəm. Buna görə istəmirəm ki, getdiyim efirdə mənim ailəm, övladlarım haqda danışılmasın. Mən əziyyətlə bu yerə çıxmışam, bəhrəsini də görürəm. Məni sevən xalqım var, buna görə də mənə toxunmayın.

Fərdanın verilişdə xətrinə dəymək istəmədim, illərin dostudur. O insanları güldürə bilən bir insandır. İstəmədim nəsə deyim, amma xoşuma gəlmədi. Bundan sonra bir efirdə heç kimdən o sözü eşitməyim. Eşitsəm çox böyük mübahisəmiz düşəcək. İnanın ki, dərinə də gedən insanam. Əvvəlki üzüyumuşaq Şəbnəm deyiləm, artıq hər kəsi yaxşı tanıyıram. Qanun və qaydamız var. Reytinqə görə niyə məni incidirsən? Olmaz, xoşum gəlmir".

Qeyd edək ki, aktyor Fərda Xudaverdiyev "Xəbər-ətər" proqramında "Əvvəl "hacı" deyəndə müqəddəs torpaqlar, indi isə Şəbnəm yada düşür" sözlərini demişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1342   Tarix: 31 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranda etirazlar səngimir: gərginlik davam edir

İranda davam edən etirazlar fonunda ölkədə vəziyyət hələ də gərgin olaraq qalır. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, son məlumatlara görə, bir sıra şəhərlərdə təhlükəsizlik qüvvələrinin mövcudluğu artırılıb, bəzi bölgələrdə isə lokal qarşıdurmalar qeydə alınıb. Hakimiyyət nümayəndələr

28.01.2026 270
.

ABŞ İranla gərginliyin artdığı bir vaxtda Yaxın Şərqdə hərbi təlimlər keçirəcək

ABŞ-İran gərginliyinin artdığı bir vaxtda ABŞ Hərbi Hava Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Kəşfiyyat Mərkəzinin (AFCENT) CENTCOM-un məsuliyyət zonasında çoxgünlük təlim keçirəcəyi bildirilir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Mərkəzi Komandanlıqdan verilən yazılı açıqlamada bildirilir ki, AB

28.01.2026 254
.

ABŞ və Danimarka Qrenlandiya məsələsində razılığa gələ bilmir

"ABŞ və Danimarka arasında Qrenlandiya ilə bağlı gərginlik davam edir. Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ölkəsi ABŞ-la 1951-ci il müqaviləsini yenidən müzakirə etməyə hazırdır, lakin adanın suverenliyinin başqa tərəfə verilməsi "qırmızı xətt" sayılır". Bunu BİG.AZ-

28.01.2026 236
.

"Lazım olsa mən də deyərəm" - Nəsimi Kamrana ilk görüşdən MEYDAN OXUDU - VİDEO

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda 1/8 mərhələnin daha bir görüşü baş tutub. xəbər verir ki, meyxana ustadı Kamran Quliyev səfərdə Nəsimi Allahverdiyevlə qarşılaşıb. Belə ki, ilə bir-birilərinə maraqlı cavab verən söz ustadları 1/8 mərhələnin ilk qarşılaşmasında tamaşaçılara gözəl meyxan

28.01.2026 271
.

"TikTok"da hüquqşünas adı ilə yarım milyona yaxın dələduzluq etdi

"TikTok" platformasında "Hüquq mərkəzi" adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir. Axşam.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaş

28.01.2026 384
.

"Arash Estetik"də pozuntu aşkarlandı: Klinika cərimələndi

Səhiyyə Nazirliyi "Arash Estetik" klinikasında plandankənar yoxlama aparıb. "Teleqraf"a istinadən xəbər verir ki, yoxlama zamanı klinikada tanınmış həkim Sənan Xankişiyevin sertifikatsız stomatologiya ixtisası üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb. Nazirlik İnzibat

28.01.2026 219
.

5 prokuror vəzifədən, 6-sı orqandan xaric edilib

2025-ci ildə 25 prokuror intizam məsuliyyətinə cəlb olunub. xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2025-ci ildə görülən işlərə dair kollegiya iclasında bildirilib. Kollegiya iclasında qeyd edilib ki, ötən ildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzlu

28.01.2026 231
.

Rusiya Ukraynanı şiddətli şəkildə bombalayır

Rusiya‑Ukrayna müharibəsində qarşıdurma davam edir və Ukraynanın müxtəlif regionları bu gün də Rusiya ordusunun raket, pilotsuz uçuş aparatları və digər hücumlarına məruz qalır. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin yaydığı məlumata görə, bu hücumlar nəticəsində mülki şəxslə

28.01.2026 242
.

Dünya 28 gün verir, biz 14: istehlakçı qanunu yenilənməlidirmi?

Azərbaycanda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun hələ 1995-ci ildə qəbul edilsə də, istehlakçı hüquqlarının tətbiqi və müasir tələblərə uyğunluğu hələ də müzakirə mövzusu olaraq qalır. Xüsusilə məhsulun geri qaytarılması müddəti ilə bağlı mövcud qaydalar cəmiyyət arasınd

28.01.2026 355
.

TOP MP3